İnsan yönümlü şəhərlər ️
2.84K subscribers
1.73K photos
211 videos
553 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
📍 "28 May" (Dəmiryolu vağzalı) meydanını daha da eybəcər etməyə davam edirlər.

İdi buradakı binaya böyük bir ekran quraşdırılır. Bakıda dizayn-kod yoxdur deyə, hərəsi necə istəyir elə də şəhəri vizual olaraq zibilliyir.

#Vağzalmeydanı #dizaynkod
🏢 MİDA evlərini nəhayət ki ətraflı gəzdik və sizə göstərməyə hazırıq!

Sosial evlər kimi tanınan bu tip binalarda ev almaq üçün növbələr düzülür, hərrac zamanı qalmaqallar olur.

Bəs bu evlərdə mənzil almağa dəyərmi? Burada mühit və keyfiyyət varmı? Yeni vloqda buna cavab tapacaqsınız.

https://youtu.be/Lo18qORptWY

🔹 Əməyimizə dəyər vermək üçün bizə maddi dəstək göstərə bilərsiniz.

🔸 Patreona abunə olanlar isə videolarımızın daha geniş versiyasını izləyir.

#vloq #yaşayışmassivləri
🇬🇪 Tbilisi şəhərində küçənin transformasiyası.

Lazımsız dərəcədə enli sovet tipli küçədə təhlükəsizlik adacıqları yaradıldı, avtobus və velosiped zolaqları təşkil olundu.

#Tbilisi #əvvəlsonra
Koroğlu Rəhimov küçəsində səkidə parkinq təşkil edib hələ qabağına şlaqbaum da qoyublar.

Xəstədilər, dəlidirlər, nədirlər?! 🤦‍♂️

#səkilər
🛑 Yarımçıq görülümüş tədbirlər.

Bizdə niyə bir çox işlər yarı-yarımçıq görülür?

Bura yenə də Koroğlu Rəhimov küçəsidir. Yadınıza gəlirsə, burada lazımsız yerüstü keçidi sökdülər, amma səkidəki bu dirəklər 2 aydır qalır və piyadalara maneə törədir.

Elə dünən paylaşdığımız şlaqbaumu da yarımçıq sökdülər. Əsas konstruksiya hələ də yerindədir.
🇳🇱 Amsterdamda küçə sahəsini avtomobil parkinqindən boşaltmaq üçün su kanalının altında 600-maşınlıq qaraj tikdilər.

Ümumi olaraq bu şəhərdə 2025-ci ilə qədər şəhərdə 10 min avtomobil yeri yığışdırılacaq və insanlara qaytarılacaq.

#Amsterdam #parklanma
🚷 Neftçilər prospektini ildən-ilə piyada keçmək narahat olur.

Arxiv peyk fotolara baxsaq görünür ki, 15 il əvvəl bu prospekti bir çox yerdə rahatlıqla "zebralar" üzərindən keçmək olurdu.

❗️ Müqayisə üçün:

🔹 2009-cu ildə burada 12 piyada keçidi var idi (11 "zebra" +1 yeraltı).
🔹 2023-cü ildə isə cəmi 6 keçid var, onların hamısı yeraltıdır və azmobilli insanlar üçün əlverişsizdir. ♿️

Deyə bilərsiniz, bəs 6 zolağın üzərindən eynisəviyyəli keçid təhlükəlidir.

🚦 Bunun üçün bəşəriyyət svetofor icad edib. Yenə deyərsiniz, "bəs svetofor tıxac yaradır axı". Xeyr, düzgün nizamlanmış svetofor hərəkət axınının paylanılmasını təmin edir. Nəqliyyat elmi küçədənkənar keçidlərin lazımsız olduğunu çoxdan sübut edib.

📍 Xüsusilə nəzərə alsaq ki, şəhərin mərkəzində yerləşən Neftçilər prospekti həm sakinlərin istirahət etdiyi məkanları birləşdirir, həm də turist axını olan bir məkandır. Burada ilk növbədə piyadaların rahatlığı düşünülməlidir.

⚠️ Şəhər insanlara qaytarılmalıdır.

#piyadakeçidləri #Neftçilərprospekti
🚲 Ana və uşaq səhər-səhər velosipedlə məktəbə gedir.

🇩🇪 Berlin şəhəri. Fikir verin velosiped yollarına küçədə nə qədər yer ayrılıb

🔹 Pandemiyadan sonra Berlində çoxlu velosiped zolaqları salmağa başlamışdılar, bu haqda ötən il vloqda da buraxılış olub.

#velosipedzolaqları #Berlin
✔️ Küçəni insanyönümlü etmək üçün təlimat:

🔹 Səkilər genişləndirilir
🔹 Velosiped zolaqları salınır
🔹 İctimai nəqliyyat üçün zolaq ayrılır
🔹 Yaşıllıq salınır

Nəticə olaraq:
Şəhərdə mobillik artırılır
Daşınan insanların sayı artırlır
Səs çirkliyi azalır
Şəhər daha sərin olur
Hava daha təmiz olur

#urbanistika #infoqrafika
🇦🇿 Ağdaş şəhərinin urbanistik icmalı gəldi!

Regionlardakı vəziyyəti işıqlandırmağa davam edirik. Memar Dilqəm İsmayılov və urbanist Arzu Süleymanov ilə Ağdaşı piyada gəzib, sizin üçün yeni vloq hazırladıq. Yeni ətraflı videoda Ağdaşın küçələrinin, tarixi binalarının vəziyyətinə baxacağıq, və hətta ictimai nəqliyyatından istifadə edəcəyik. Maraqlı olacaq:

🔹 https://youtu.be/qS3HpOjGM1Q

Əməyimizdə dəyər vermək üçün və videoların hamıdan tez izləmək üçün isə bizə Patreon-da dəstək olmağınızı çağırırıq. Digər üsullar da var.

#vloq #Ağdaş #regionlar