İnsan yönümlü şəhərlər ️
2.97K subscribers
1.99K photos
233 videos
609 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Deyəsən, Bakının öz dizayn-kodu olacaq, nəhayət ki.

Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi məlumat yayıb ki, fasad reklamlarının vahid standartları hazırlanır.

Düzdür, hələ bilinmir nəticəsi necə olacaq, amma Bakının küçə lövhələri bəzən çox eybəcər və xaotikdir şəhərin estetik görünüşünü pozur. Buna əmin olmaq üçün Dəmiryolu vağzalı meydanının ətrafında və yaxud Şərifzadə prospektində gəzişmək kifayətdir.

Dizayn-kodu sadə dildə yuxarıdakı iki foto izah edir (əvvəl necə olub və dizayn-kod tətbiq ediləndən sonra).

#dizaynkod
🇺🇸 Nyu-Yorkun yeni "dizayn-kod"u.

Urbanistika ilə maraqlanan bu termin haqqında, çox güman ki, eşidblər. Adətən, bu, şəhərdə reklam və hər hansı bir obyektlərin üzərindən asılan lövhələrin vahid stilistika qaydasıdır.

Nyu-Yorkda bu istiqamətdə bir addım da qabağa gediblər. Tikinti zamanı səkidə hərəkət edən piyadaları qorumaq üçün xüsusi "talvarlar" salırlar və hətta bu konstruksiyaları vahid görünüşünü fikirləşiblər.

Bakıya da mütləq vahid "dizayn-kod" lazımdır, amma hələlik gəlin baxaq ABŞ-ın ən böyük şəhərində bu necə alınıb 👇

👉 city4people.az/post/nyu-york-dizayn-kod/

#bloq #dizaynkod
📍 "28 May" (Dəmiryolu vağzalı) meydanını daha da eybəcər etməyə davam edirlər.

İdi buradakı binaya böyük bir ekran quraşdırılır. Bakıda dizayn-kod yoxdur deyə, hərəsi necə istəyir elə də şəhəri vizual olaraq zibilliyir.

#Vağzalmeydanı #dizaynkod
🚫 Dizayn-kodun olmaması Bakını bu hala salıb.

🚌 Dəmiryol vağzalı meydanının avtomobillər üçün bağlanılmasından 2 aya yaxın vaxt keçir.

🔹 Hazırda dövlət qurumları bura üçün yeni layihə üzərində işləyir. Çox güman ki, asfalt sahəsi azaldılacaq, hərəkət sırf avtobus, velosiped və piyadalar üçün uyğunlaşdırılacaq.

🔸 Lakin vacib bir məsələ - binaların fasadları səliqəyə salınacaqmı? Hazırki vəziyyəti indi fotoda görürsünüz - xaotik reklamlar, monitorlar…

🔹 Təbii ki, burada ticarətin qalması normaldır, hətta burada gələcəkdə biznes daha da inkişaf edəcək, amma meydan özü müasir standartlara uyğun yenidən qurulacaqsa, dizayn-kod mütləq tətbiq edilməlidir, fasadlar səliqəyə salınmalıdır.

🔸 Düz iki il əvvəl ArxKom məlumat yaymışdır ki, Bakının dizayn-kodu hazırlanır, amma bu məsələ ilə bağlı heç bir yenilik yoxdur.

#dizaynkod
❗️ Bakıda dizayn-kod!

🔸 Deyəsən ilk addımları “8 noyabr” prospektində atmağa çalışırlar. Yenidənqurma ilə yanaşı burada obyektlərin adlarını vahid stilistikaya salırlar.

🔸 Lakin dizayn-kodun nüansları çoxdur. Birincisi, o bütün şəhər üçün vahid olmalıdır, hansısa prospekt üçün ayrıca üsul olmamalıdır. Dizayn-kod həmçinin reklam lövhələrinin hündürlüyü, fasadda digər yazıların yerləşməsini də nəzərə almalıdır.

🔸 Əsas məsələ - dizayn-kodun bütün elementləri şəhər mühitinə və onun arxitekturasına da uyğun olsun. Küçə mebeli, fənərlər, piyadalar üçün lövhələr, yaşıllıq - bunların hamısı şəhərin dizayn-kodunda öz əksini tapmalıdır.

🔸 2022-ci ildə ArxKom Bakının dizayn-kodunu elan etdi, lakin tətbiqini görmədik.

📸 İzləyicimiz İlkin Babayevin paylaşdığı bu fotolarda işlər hələ bitməyib, lakin görünür ki ən azı bu məsələdə ilk addım atılıb. Bu proses bir neçə il davam edə bilər, lakin bu işə peşəkar və zövqü olan mütəxəssislər cəlb olunmalıdır.

#dizaynkod