İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.06K photos
247 videos
630 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Yeni BYD elektrik avtobusları yaxın günlərdə artıq Bakı yollarında fəaliyyət göstərəcək.

🔹 Daşıyıcı BakuBus olacaq.

#ictimainəqliyyat
Ⓜ️ Metro xəbərləri. Yeni xətlər və stansiyalar haqqında bəzi planlar aydın oldu.

💬 Tədqiqatçı Azər Axundov yazır:

Daha öncə “Xocəsən” stansiyasının açılışında təqdim edilən istiqamətlərdən fərqli olaraq, bu sxemdə 2 prioritet istiqamət qeyd olunub:

🔹 Bənövşəyi xəttin Ağ Şəhərə kimi uzadılması.
🔹 Yaşıl xəttin “Həzi Aslanov” stansiyasına kimi uzadılması

Sxemdə bu işlərin icra olunması üçün 3.8-4 milyard AZN investisiyanın tələb olunduğu da qeyd olunub.

Sxemdə ən maraqlı məqam isə bənövşəyi xətdə yeni stansiyanın əlavə olunmasıdır. Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə “B-5” stansiyası Xarici İşlər Nazirliyi ətrafında, “B-6” stansiyası isə Hökümət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin “Sahil” stansiyasına keçid kimi göstərilib.

Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni “Sahil” stansiyası yanında keçid stansiyası olarsa 6, olmasa 5 stansiya tikilməlidir. Bu əslində çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq “Xalqlar Dostluğu” stansiyasında kəsişirdi.

“Sahil” stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda, bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş “28 May” stansiyası əvəzinə “Sahil” tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər.

🔸 Hər bir halda, hələ ki, dəqiq bir məlumat yoxdur, lakin bu planların açıqlanması kiçik də olsa ümid yaradır. Dəqiq olan tək bir şey var, o da metroya mütləq investisiya ayırmağın vacib olmasıdır.

#metro
🔹 Və gündəm ictimai nəqliyyatdırsa, gəlin daha bir uğurlu xarici təcrübəyə baxaq.

🇵🇱 Bu gün Varşavaya yollanırıq. Azərbaycan kimi keçmiş sosialistik Polşada bu gün müasir urbanistik islahatlar baş tutur.

🔄 Küçələr insan yönümlü transformasiyadan keçir, tunellər əvəzinə piyada zonaları yaradılır, metro və tramvay isə şəhərin bir çox hissəsini əhatə edir. Və maraqlıdır ki, Varşavada maaşlar Bakıdan çox olsa, ictimai nəqliyyatda gediş o qədər də baha deyil.

🔹 Videonun qonağı isə Varşavadan yaşayan həmyerlimiz və izləyicimiz İsmayıl Axundov olacaq.

Yaxın əyləşin, maraqlı olacaq: https://youtu.be/ngdZsayyyQo

#Varşava #urbanvlog
🌳 Dəmiryol vağzalı meydanı əsaslı təmirdən sonra rəsmi açıldı.

❗️ Bu transformasiya COP29 çərçivəsində ən önəmli urbanistik islahat oldu.

Artıq Bakı sakinləri öz şəhərinin əsas nəqliyyat meydanlarından utanmayacaqlar.

Foto: Bəxtiyar Haciyev.

#vağzalmeydanı
Gözün aydın, Bakı! 💚

#əvvəlsonra
Media is too big
VIEW IN TELEGRAM
Vağzal meydanı. Yenidənqurmadan sonra ilk gün və ilk təəssüratlar.

#vağzalmeydanı #minivloq
🚶 Uzun illərdən sonra, burada piyada keçidi təşkil olundu.

✍️ Dəfələrlə müraciətlər yazırdım ki, Şəmsi Bədəlbəyli və Azadlıq prospektinin kəsişməsində böyük piyada axını var, mütləq keçid lazımdır. Lakin imtina cavabı alırdım.

🔹 Artıq burada hərəkətinin təşkili dəyişir, svetofor qoşulacaq və bu ərazi daha təhlükəsiz olacaq.

#piyadakeçidləri
🚲 Dilarə Əliyeva küçəsində yeni salınan velosiped zolaqları haqqında.

🔸 Burada da velozolaqlar yolun bir tərəfində təşkil olunub. Nədənsə bu artıq bir standarta çevrilib, bu yanaşma hər yerdə tətbiq edilir. Baxmayaraq ki, bir təklifim olub ki, zolaqlar küçənin hər iki tərəfində olsun (çünki küçə özü çox canlı və ikitərəflidir), bunun üçün yolun kəsiyi tam şərait yaradır.

🔹 Fotolarda həmçinin Azadlıq prospektindən misallar gətirdim, orada yeni hərəkət təşkil olunandan sonra velozolaqlarda artıq kənar xəttdən istifadə olunmur, və bufer zonanı da daha kompakt etmək olur.

Bu küçədə yenidən zolaqlanma işlərini aparmaq heç vaxt gec deyil. Velosiped zolaqları küçədə elə salınmalıdır ki, onlar həqiqətən velosipedi və skuteri bir nəqliyyat vasitəsi kimi istifadəsini stimullaşdırsın.

#velosipedzolaqları