İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.06K photos
247 videos
630 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌳 Metrodan ayaqla gəziləsi məsafədə (500 metr) yerləşən Baksell arena üçün stadionun özü boyda parkovka tikiblər.

Şəkildə göründüyü kimi ərazidə böyük miqdarda ağac var idi. Yəni sağlam həyat tərzi haqda olan oyun üçün bu qədər ağac məhv etməyə nə gərək var idi 🤦‍♂️

©️ Facebook / EcoKönüllü.

#ağaclar #əvvəlsonra
Yol genişləndirilməsinin qurbanı. Bu səfər Avropadan bir misal.

🇩🇪 1884-cü ildə Hamburqda Elba çayının üzərindən gotika stilində körpü inşa edilmişdir.

Lakin 1959-cu ildə bu körpünü genişləndirərkən onu memarlıq tarixinə əlvida dedilər.

Bu gün inkişaf etmiş ölkələrdə bilirlər ki, tıxaclarla mübarizədə yolun genişləndirilməsi effektiv üsul deyil, lakin səhvlər mərhələsini bir çoxları keçib.

#əvvəlsonra
Şəhər deqradasiyasının nümunəsi.

Binanın sökülməsi və onun qabağında obyektin tikilməsi ilə yanaşı, nədənsə piyada keçidi də yoxa çıxıb.

Foto: İbrahim Cəfərli.

UPD: İzləyicilər yazır ki, piyada keçidi yerindədir və xətlənib.

#əvvəlsonra
Böyük avtomobil yönümlü meydanlar tək Azərbaycan və digər post-sovet ölkələrində deyil, həmçinin Qərb ölkələrində salınmışdır.

Bu gün şəhərlər belə məkanlarda daha təhlükəsiz, sakit və insanyönümlü edilməsi üçün bu cür transformasiyalar edirlər. Ən əsası, bu işlər böyük büdcələr tələb etmir.

🇬🇧 Fotoda Liverpul şəhəri 1960-cı və 2023-cü illərdə.

#əvvəlsonra
🇳🇱 Utrext şəhərində eyni məkan 1980-ci və 2022-ci illərdə.

Bir sıra şəhərlərdə yolların genişləndirilməsi və salınması üçün təbiət qurban verilmişdir.

Bu arada, Seul şəhərində də eyni proseslər baş verib.

#əvvəlsonra
🔹 Küçə və prospektlərimizi normal vəziyyətə salmaq istəyiriksə, onları sadəcə yenidən layihələndirmək lazımdır.

Söhbət tək təhlükəsizlikdən getmir, əgər küçələrin buraxılış qabiliyyətini artırmaq istəyiriksə, insanların ilk növbətə mobilliyini artırmaq lazımdır və ictimai nəqliyyata prioritet vermək lazımdır.

⬆️ Misal üçün, elə 8 noyabr prospektini eynisəviyyəli keçidlərini təşkili yanaşı təxmini bu cür transformasiya etmək lazımdır. Hərəkət zolaqların sayı və yaxud eni azaldılır, ictimai nəqliyyat tıxacda dayanmadan öz zolağı ilə gedir, velosiped və piyada gəzmək üçün əlverişli şərait yaradır.

🔹 Sağlam və müasir şəhərlərdə küçələr məhz bu cür insan yönümlü edilir.

#əvvəlsonra #urbanistika
🔁 Küçənin insanyönümlü transformasiyası.

🇵🇱 Katoviçe nümunəsi, Polşa.

#əvvəlsonra
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇹 Vyananın transformasiyası.

Küçəni avtomobillər üçün bağlayandan sonra burada biznes canlanıb, havanın keyfiyyəti artıb, daha çox turistik axın cəlb olunub.


#əvvəlsonra #Vyana
🇳🇱 Amsterdam 1988-ci ildə və indi.

Görünür ki, 35 il əvvəl bu şəhərdə Bakının hazırdakı vəziyyəti müşahidə olunub - kim səkidə park edib, kim düz yolayrıcının ortasında.

🔹 Bizim isə üstünlüyümüz odur ki, belə misallara bu gün baxıb, daha tez ibrət götürə bilərik.

#əvvəlsonra #Amsterdam
🔹 Tək bizdə deyil.

Bir çox şəhərlərdə Vağzal meydanları əvvəl parkinq olub, sonra müasir ictimai məkanlara transformasiya edilib.

Fotoda: 🇺🇦 Lviv şəhərində vağzal, Ukrayna.

#əvvəlsonra
⬆️ Bu eyni küçədir.

🇪🇸 Bura futbol üzrə Avropa çempionu İspaniyanın paytaxtı Madrid şəhəridir.

🔹 Madriddə 2009-cu ildən başlayaraq bir sıra küçələri piyadalaşdırmağa başladılar.

🔹 Nəticədə bu cür küçələr:

Daha təhlükəsiz oldu
Daha yaşıl oldu
Daha sakit oldu
Restoran və mağazalar daha çox qazanmağa başladı
Turistlərin cazibə nöqtəsinə çevrildi
Şəhər iqtisadiyyatı canlandı.

🔄 Bu cür transformasiyalar ilk növbədə şəhərlərin tarixi mərkəzi küçələrdən başlayır, Bakıda hələ ki yalnız istirahət günlərində bu təcrübə tətbiq olunur, bu da hələ ki ciddi bir nəticələr haqqında danışmağa imkan vermir.

#əvvəlsonra
🇷🇺 Moskvanın urbanistik islahatları.

🔹 Moskva - Rusiyanın ən tıxaclı və ən avtomobilləşmiş şəhəridir. Buna baxmayaraq, təxmini 10 il əvvəl burada urbanistik islahatlara start verildi.

🔹 Bir sıra küçə və prospektlərdə hərəkət zolaqlarını azaltdılar, səkiləri genişləndirdilər, parklanmanı ödənişli etdilər, velosiped və avtobus zolaqlarını təşkil etməyə başladılar ki, insanlarda şəxsi avtomobildən asılılıq azalsın.

🔹 Fotolarda - Krasnaya Presnya küçəsi əvvəl və sonra.

#əvvəlsonra #Moskva
🔄 50 il əvvəl heç kim təsəvvür etmirdi ki, bu məkan belə dəyişəcək.

🇳🇱 Utrextdə şəhərin içindən keçən maqistralı söküb və vaxtilə bastırılan su kanalını geri qaytardılar.

🔹 Təbii ki, bu cür dəyişikliklər bir gündə baş vermir. Bunun üçün ilk növbədə şəhərdə avtomobildən asılılığını azaltmaq lazımdır. Bunun üçün isə bir çıxış yolu var — insanlara komfortlu ictimai nəqliyyat vermək, piyada gəzmək və velosiped sürmək üçün münbit şərait yaratmaq lazımdır.

🔹 Müasir, təhlükəsiz, ekoloji təmiz, yaşamalı və insan yönümlü şəhəri məhs ikinci foto ilə əks edə bilərik.

🔹 Bakı kimi şəhər üçün bu utopiya görsənə bilər, lakin vaxt gələcək, biz də bu cür transformasiyalarının şahidi olacağıq.

#əvvəlsonra
🇫🇷 Paris - əvvəl və sonra.

Bu gün Parisdə Yay Olimpiya Oyunlarına start verilir.

❗️ Unutmayaq ki, bu şəhər heç də indi gördüyümüz kimi olmayıb. Son illər ərzində burada:

🚲 800 km yeni velozolaq təşkil olunub
🌳 170,000 ağac əkilib
🚗 Tıxaclar 40% azalıb
✔️ 200+ küçə avtomobillərdən azad edilib
🏊‍♂️ Sena çayı çimmək üçün yararlı olub

📸 Urban Cycling Institute.

#əvvəlsonra #paris
🇫🇷 Qələbələr gətirən Parisdən daha bir #əvvəlsonra misalı.
⬆️ Bizdə heç olmasa yuxarıdakı kimi olsun...

🔹 Maraqlıdır ki, biz bu gün urbanistik islahatlardan danışırıq, deyirik ki, küçələrimiz daha müasir və təhlükəsiz olsun. Və hətta bu #ƏvvəlSonra müqayisəsinə baxanda arzu edirik ki, yuxarıdakı variant bizim əksər küçələrdə tətbiq olunsun.

🇵🇱 Polşanın Poznan şəhərində isə hətta bu birinci baxışdan qəşənq küçədə tramvay üçün yer tapdılar, əlavə yaşıllıq əkdilər.

🔹 Şəhəri insan yönümlü, rahat, təmiz və təhlükəsiz etmək — məhz bu cür transformasiyaları nəzərdə tutur.
🌲 Xaqani bağı #əvvəlsonra.

Paylaşdı: Transport for Baku.
🚗 Şəhəri avtomobil yönümlü planlaşdırırsınızsa, nəticədə hər yerdə avtomobil və tıxac görürsünüz.

🚶‍♂️ Lakin şəhərinizi insan yönümlü planlaşdırırsınızsa, nəticədə insan və canlı məkanlar görürsünüz.

🇳🇱 Groningen şəhəri. 1970-ci illər və bu gün.

#əvvəlsonra
Gözün aydın, Bakı! 💚

#əvvəlsonra