İnsan yönümlü şəhərlər ️
2.82K subscribers
1.7K photos
208 videos
542 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚍 İctimai nəqliyyatda yavaş-yavaş yeniliklərə əl atmağa başladılar.

Bu gün Yerüstü Nəqliyyat Agentliyi (AYNA) elan etdi ki, "BakıKart" üçün mobil tətbiq hazırlanıb və artıq kartın balansını artırmaq və hətta QR-kod vasitəsilə gedişi ödəmək mümkündür.

Yaxşı bir yenilikdir, ödəniş terminallardan asılılıq daha da azalacaq.

Gediş haqqına dair digər vacib yenilikləri də gözləyirəm:
🔹 Təmassız bank kartları ilə birbaşa ödəniş
🔹 Aylıq və illik abunə kartları
🔹 Ödənişsiz transfer (müvafiq vaxt çərçivəsində)
🔹 Metro və qatar ilə daha sıx inteqrasiya
🔹 Müvafiq əhali qruplarına endirimlər (tələbələr, misal üçün)

Avtobus nəqliyyatına dair yaxın günlərdə geniş vloq da efirə çıxacaq.

#ictimainəqliyyat
Taksi qiymətlərinin qalxmasına söz verirlər, insanlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirlər.

Yaxşı, bəs bizim yeganə yerüstü ictimai nəqliyyat olan 🚍 avtobus infrastrukturu nə gündədir?

Urbanist İlkin Babayev və ekspert Rauf Ağamirzəyevlə birgə bu məsələni əyanı araşdırdım. Bakıda avtobusla gəzişdik, Əhmədli qəsəbəsində dırnaqarası "avtobus zolaqları" və acınacaqlı vəziyyətdə olan piyada infrastrukturu haqqında ətraflı danışdıq.

https://youtu.be/UwcY_1KjQNA

🔹 Urbanistika və nəqliyyat haqqında ətraflı danışan yeganə vloqa dəstəyinizi isə Patreon-da gözləyirik. Əvəzində isə Patronlarımız videolara hamıdan tez izləyə bilir və vloqların eksklüziv geniş versiyalarına baxa bilir.
Digər dəstək üsulları
burada.

#vloq #ictimainəqliyyat
🇹🇷 İstanbulda 200 yeni metrobus xidmətə başladı.

Türkiyənin ən böyük şəhəri Bakı kimi tıxaclarda boğulsa da, burada başa düşürlər ki, əsas çıxış yolu insanlara yaxşı ictimai nəqliyyat təklif etməkdir.

Fiziki baryerlərlə ayrılmış zolaqlarda hərəkət edən yeni metrobuslar üç seksiyadan ibarətdir və belə bir avtobus 280 sərnişin daşıya bilir (bu göstəriş üzrə tramvaya yaxınlaşır).

💬 "Bütün iqtisadi çətinliklərə baxmayaraq, biz yenilikləri tətbiq etməyə davam edirik və investisiyalar yatırırıq." - Ekrem İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı.

📍 Videosu burada.

#İstanbul #ictimainəqliyyat
🇦🇿 Lənkəranda ictimai nəqliyyatın vəziyyəti çox acınacaqlıdır.

Bu avtobusların ən azı 20-30 ili var. Təbii ki, heç bir komfortdan burada söz gedə bilməz. 2023-cü ildə Respublika tabeli bir şəhərdə ictimai nəqliyyat bu vəziyyətdə olmamalıdır. Belə şəraitdə insanlar imkan tapan kimi özlərinə gedib avtomobil olacaq. Avtomobil ətrafında qurulmuş şəhər isə heç vaxt insan yönümlü ola bilməz.

📍 Lənkəranda çəkilən vloqda həmçinin bazarda təşkil olunan avtobus dayancağındakı xaosu da göstərdim.

Foto: "Cənublu.az" səhifəsindən.

#ictimainəqliyyat #regionlar #Lənkəran
Yaxşı ictimai nəqliyyat necə olmalıdır? Ətraflı izahı 🇭🇺 Budapeştin nümunəsində.

İnsanları avtomobillərdən düşürdüb ictimai nəqliyyata yönəltmək istəyirsinizsə, həmin nəqliyyatınız ən azı bu beş vacib kriteriyalara cavab verməlidir.

https://youtu.be/pDTPeuMoFZE?si=00nrOL9WR-teF-0k


📍 Tam vloqu buradan izləyə bilərsiniz

#vloq #Budapeşt #ictimainəqliyyat
🚎 Elə bilirdiniz ki, trolleybus dəbdən çıxmış və lazımsız ictimai nəqliyyat növüdür? 🙂

🇸🇰 Fotolarda gördüyünüz Bratislavanın yeni üç-seksiyalı trolleybusudur. 180 sərnişin daşıya bilir.

🔋 Bu trolleybuslarda həmçinin daxili batareya var. Elektrik naqillər olmayan yerdə özü sərbəst hərəkət edə bilir.

🔹 Bakıda trolleybuslar tramvaylarla birgə 2004-cü ildə ləğv olunmuşdur.

#Bratislava #ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vaxt gedir, amma heçnə dəyişmir.

AzNeft dairəsini yenə bağlayırlar, yenə avtobuslar tıxaclarda ilişib qalır.

Yaxşı, onda taksi qiymətini niyə qaldırmışdınız, əgər alternativ olaraq insanlara yaxşı ictimai nəqliyyat verə bilmirsiniz?

#tıxac #ictimainəqliyyat
🚍 Avtobus sürücüsü də yaxşı maaşa layiqdir.

🇬🇪 Tbilisidə yeni açılan avtobus sürücüsü vakansiya üçün 3000 lariyə qədər məvacib təklif edirlər. Bu, 2000 manata yaxın pul edir.

İzləyicimiz arasında avtobus sürücüləri varsa, şərhlərdə Bakıda təklif edilən maaşı yazın, müqayisə edək. Şəxsi mesajda da yaza bilərsiniz, anonim qala bilər, istəsəniz.

#Tbilisi #ictimainəqliyyat
💡 İctimai nəqliyyat məhz buna görə inkişaf etdirilməlidir. Rəqəmlərdə diqqət yetirin.

Avtobus zolaqlarına qarşı fikirlər səslənə bilər, "tramvaylar bizə lazım deyil" ifadələrini eşidə bilərik. Lakin reallıq odur ki, bu gün biz Bakıda mobilliyi təmin etmək və tıxaclardan qurtulmaq istəyiriksə, daha çox insan daşıyan nəqliyyatı inkişaf etdirməliyik.

📊 Bunlar hamısı elm və statistika ilə sübut olunan məsələlərdir və bizdə bunları tətbiq etməyin vaxtı çoxdan çatıb.

#ictimainəqliyyat #urbanistika #infoqrafika
🇷🇸 Serbiyanın paytaxtı Belqrad.

Burada metro yoxdur, lakin 1894-cü ildən fəaliyyət göstərən tramvay var.

🚌🚎 İctimai nəqliyyat həmçinin avtobus və trolleybuslar ilə təmsil olunub.

Avtobuslar da elə bil BakuBus qarajından birbaşa çıxıb gəlib bura 🙂

#Belqrad #ictimainəqliyyat
Hər il dövlət büdcəsinin planı müzakirə olunanda mütləq metronun dotasiyalarından söhbət açılır, sosial şəbəkədə bunun üzərində "hayp" tutmaq, insanları qıcıqlandırmağa başlayırlar.

Dünyanın bütün inkişaf etmiş ölkələrində, hətta varlı Almaniyada ictimai nəqliyyat sərnişinlərdən gələn ödənişlərdən özünü qarşılamır. Türkiyədə də ictimai nəqliyyata çoxlu pul ayrılır. Almaniya ümumiyyətlə möhtəşəm eksperiment keçirmişdir keçən il, aylıq abunə haqqını 9 avroya endirmişdir. Bunun üçün dövlət büdcəsindən 2,5 milyard avro subsidiya ayrılmışdır.

🔹 Bakı metrosuna gələndə isə, vəziyyət ümumiyyətlə çox üzücüdür. 3 milyonluq şəhərə cəmi 27 metrostansiyası var, bu gülməlidir. Stokholm şəhəri Bakıdan 3 dəfə kiçikdir, amma orada 100 stansiya var. Bakıda metrosunun yükünü bir qədər azaltmaq üçün, qırmızı və yaxşı xətləri ayırmaq üçün təxmini 2,5 milyard manat ayrılmasına ehtiyac var. Bu məbləği heç olmasa 5 ilə bölüb hissə-hissə ayrılsalar, metrodakı mövcud (və günü-gündən artan) sıxlığın qarşısını qismən ala biləcəyik.

#metro #gedişhaqqı #ictimainəqliyyat
⬆️ Bura Kövkəb Səfərəliyeva küçəsidir və hər gün burada 5 avtobus marşrutu tıxacda ilişib qalır.

🚍 Orta hesablamalara görə bu 40.000 insan edir (gün ərzində).

🔸 Bu küçədə mütləq avtobus zolağı olmalıdır. Baxmayaraq ki, küçədə cəmi 2 hərəkət zolağı var, Tbilisi və digər şəhərlərin təcrübəsi göstərdi ki, ictimai nəqliyyata hətta dar küçələrdə prioritet vermək lazımdır

🔹 Əks halda ictimai nəqliyyat gecikəcək, basabas olacaq və cəlbedici olmayacaq. İnsanlar yenə də özlərini şəxsi maşınlara və taksilərə üz tutacaqlar, tıxaclar daha da bərbad olacaq.

#ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Bu vəziyyət uçuruma aparır.

İctimai nəqliyyat nə qədər ki tıxaclarda dayanacaq, nə qədər ki, bu məsələnin həllinə CİDDİ (sözün əsl mənasında) yanaşmayacaqlar insanların arasında bu cür narazılıqlar artacaq.

Minlərlə insan hər gün işə gecikir, lazımsiz sözlər eşidir, stres və əsəb keçirir. Elə bilirsiniz bu elə-belə keçəcək cəmiyyətdə? Təbii ki, xeyr.

Qarabağı aldıq, qalib xalq olduq. İndi bu qalib xalq normal nəqliyyata və şəhər mühitinə layiq deyil?

İndiki vəziyyətdən çıxmaq üçün hansı düşmənə qalib gəlməliyik? Köklü islahatlar olmasa, bir gün bu çox pis fəsadlara gətirib çıxaracaq.

#ictimainəqliyyat
Bakı küçələrinin öz "Black Friday"-i var.

🛑 Mikayıl Üseynov küçəsində yenə avtobuslar dalbadal tıxacda ilişib qalıb.

Minlərlə insan hər gün bu küçədə əziyyət çəkir.

#tıxaclar #ictimainəqliyyat
⚡️ Bakı üçün nadir bir yeniliyi tətbiq etdilər.

Ziya Bünyadov prospektində arakəsməni ləğv edərək avtobusların marşrutlarının hərəkətəni daha səmərəli etmək üçün yeni yolayrıcını təşkil etdilər.

Yaxşı bir məsələ həm də odur ki, burada hərtərəfli piyada keçidləri və təhlükəsizlik adacıqlarını da unutmadılar.

❗️ Şəhərdə ictimai nəqliyyatın hərəkəti prioritet və fasiləsiz olmalıdır.

#ictimainəqliyyat
🇦🇿🚍 Azərbaycanda elektrobuslar yığılacaq və bu çox yaxşı bir xəbərdir.

Deyilənə görə, Sumqayıtda elektrik avtobuslar yığılacaq. Çinin BYD şirkətinin zavodu həqiqətən açılsa və tələbatı ödəsə, bu ictimai nəqliyyatın hazırki "yaralı yerini" - avtobusların çatışmazlığını - aradan qaldıra bilər. Həm Bakıya, həm də regionlara müasir və ekoloji təmiz nəqliyyat versək əla olar.

⚡️ Bu arada, Bakıda artıq bir ədəd BYD elektrobusu var.

🔹 Bəziləri fikirləşə bilər ki, Çin etibarlı bir avtobus buraxmaz, lakin görünür ki, bu cəhəddən Çinlər irəli gedib və bu gün bir sıra inkişaf etmiş ölkələrdə bu istehsalçının elektrobuslara rast gəlmək olar.

#ictimainəqliyyat #elektrobus
❗️ Velosiped yolları öz yerində, amma ictimai nəqliyyatı da unutmayaq.

Misal üçün, bura Rəşid Behbudov küçəsidir, Mərkəzi Bankın düz önündəki avtobus cibi. Vaxtilə burada güya "avtobusların rahatlığı" üçün səkidən kəsib cib yaradıblar, bugünki vəziyyət odur ki, bu cibdə, yolun üzərində birbaşa olaraq sərnişinlər avtobusu gözləyir. Bu haqda danışmışdım.

🔸 Avtobus ciblərinin şəhər daxilində mənasız olması haqqında və onların necə işləməyi haqqında artıq göstəmişdim.

Əgər nəhayət yollarda velosiped zolaqları salan şəhər oluruqsa, bu cür səhvlər də aradan qaldırılmalıdır.

#ictimainəqliyyat
🚍 AYNA Bakıya daha bir elektrik avtobus gətirib.

Bu səfər BYD deyil, Çinin "YUTONG" istehsalıdır və bundan əvvəl Daşkəndə istismar olunub. Məqsəd "necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır".

🔹 Bundan öncə BYD şirkətinin Azərbaycanda elektrik avtobusların istehsalı haqqında planları açıqlamışdır. Niyə məhz "YUTONG" - soruşmayın, bilmirəm. 🙂

#elektrobus #ictimainəqliyyat
İrəvanda avtobus sürücüləri Bakıdan çox maaş alır. Tiflisi ümumiyyətlə demirəm.

❗️Nəzərə alaq ki, Bakıda əksər gündəlik məhsullar Ermənistan və Gürcüstandan daha bahadır.

#ictimainəqliyyat
🚌 Yaxşı ictimai nəqliyyatın əsas amillərdən biri - onun proqnozlaşdırılmış hərəkəti və sərnişinlərə məlumatlandırılmasıdır.

🔸 Təsəvvür edin, yaxınlaşırsınız avtobus dayanacağına, amma heç bir məlumatınız yoxdur - buradan hansı avtobuslar keçir, onların qrafiki nədir, təxmini gəlmə vaxtı neçə dəqiqə təşkil edəcək.

Belə ictimai nəqliyyata arxalana bilərsinizmi?

🔸 Misal üçün bu fotolarda gördüyünüz bir sıra şəhərlər heç də varlı qərb ölkələri deyil. Qonşu Tbilisi şəhəri daxil olmaqla, bu şəhərdəki dayanacaqların əksəriyyətində hərəkət edən avtobusların (ya tramvayların) nə vaxt gələcəyi göstərilir. Saniyə dəqiqliyi ilə işləməsə də, ən azı məlumatınız olacaq ki, avtobus 3 dəqiqədən sonra gələcək yoxsa 13.

🔸 Qeyd edim ki, "BakıKart" mobil tətbiqinə qismən bu məlumat artıq inteqrasiya olunub, yəni işin yarısı görülmüş hesab olunur. İnanmıram ki, bizim büdcədə bu cür sadə elektron tablolar (rəngli bahalı LED monitorlar lazım deyil) üçün vəsait tapılmasın. Bahalı "SMART" dayanacaq əvəzinə bu cür həllərə üz tutmaq lazımdır.

#ictimainəqliyyat #dayanacaqlar