İnsan yönümlü şəhərlər ️
2.87K subscribers
1.81K photos
212 videos
562 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚎 Elə bilirdiniz ki, trolleybus dəbdən çıxmış və lazımsız ictimai nəqliyyat növüdür? 🙂

🇸🇰 Fotolarda gördüyünüz Bratislavanın yeni üç-seksiyalı trolleybusudur. 180 sərnişin daşıya bilir.

🔋 Bu trolleybuslarda həmçinin daxili batareya var. Elektrik naqillər olmayan yerdə özü sərbəst hərəkət edə bilir.

🔹 Bakıda trolleybuslar tramvaylarla birgə 2004-cü ildə ləğv olunmuşdur.

#Bratislava #ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Küçə sahəsinin ədalətli paylanılması.

🇸🇰 #Bratislava şəhəri.
🇸🇰 Geniş velosiped zolağı, avtobus zolağı və cəmi bir zolaq avtomobillər üçün.

🇦🇿 Bakıda da edək, yoxsa 2040-ci ili gözləyək?

#Bratislava #avtobuszolaqları #velosipedzolaqları
💡 Şəhər küçələri bu cür işıqlandırılmaldıır.

Statistikaya görə daha çox ağır nəticəli qəzalar gecə vaxtı baş verir. Buna baxmayaraq, küçələrimizin əksəriyyətində kifayət qədər işıqlandırma yoxdur.

⚠️ Görün piyadalar “zebra”da necə aydın şəkildə görünür.

#Bratislava #işıqlandırma #təhlükəsizlik
🇸🇰 Vloqun növbəti buraxılışı Bratislavadandır.

Burada da Bakı kimi tarixi mərkəzi küçələr, eyni zamanda sovet dövründə salınan tipik mikrorayonlara rast gəlmək olar. Lakin bizdən fərqli olaraq bu şəhərdə tramvayı qoruya bildilər, küçələri isə insan yönümlü etməyə başladılar.

🔹 Bizim üçün yaxşı nümunələr götürə biləcək şəhərdə urbanistik icmalı artıq kanalda izləyə bilərsiniz:

➡️ https://youtu.be/PiUcqCl_akk

#vloq #Bratislava