🚲 Velozolaqların sayı artmaqdadır.
⠀
Ötən gecə "8-ci zavod" küçəsi kimi tanınan 250 metrlik ərazidə (xəritə) də velozolaq salındı. Düşünürəm ki, burada və gələcəkdə bir çox küçələrdə artıq yolun bir tərəfində ikitərəfli zolaq salmaqdansa hər iki tərəfdə birtərəfli zolaq salmaq daha məntilqli olar. Bunu mən Xaqani və Nizami küçələri üçün təklif etmişdim.
⠀
🔹 Misal üçün, geniş Yusif Səfərovda da mütləq yolun hər iki tərəfindən velosiped zolağı lazımdır, çünki küçənin hər iki tərəfində yaşayış və müxtəlif obyektlər var.
⠀
📸 Foto: Mikromobillik Azərbaycan (deyəsən, AYNA əməkdaşlarının səhifəsidir).
#velosipedzolaqları

🚲 Velosiped zolaqlarını təşkil edərəkən tez-tez yaddan çıxan məsələ — velosiped keçidləridir.
⠀
🔸 Yenə də 8 noyabr prospektinə qayıdırıq. Bildiyiniz kimi, burada yolun hər iki tərəfindən velozolaqlar salınır, o zaman niyə bu zolaqları birləşdirən velokeçid olmasın ki?
⠀
🔸 Və söhbət artıq bitmiş hissədən gedir (fotoda ASAN xidmətinin yanı). Piyada keçidi zatən çox geniş deyil, həmçinin buradakı pandusu tam baryersiz etmək alınmadı. İndi üstəgəl velosipedlə bu dar yerdən keçmək piyadalara əlavə narahatlıq və ləngitmə yaradacaq.
⠀
❗️ Həm burada, həm hazırda prospekt boyu təmir işləri gedən bütün kəsişmələrdə velokeçidlər nəzərə alınmalıdır.
⠀
#velosipedzolaqları #8noyabrprospekti

This media is not supported in your browser
VIEW IN TELEGRAM
😵💫 Bizi təəccübləndirməyə davam edirlər.
⠀
🚲 8 noyabr prospektində bu velosiped zolaqlarında məntiq axtardım, amma tuta bilmədim.
⠀
#minivloq #velosipedzolaqları #8noyabrprospekti

Media is too big
VIEW IN TELEGRAM
🚲 Velozolaq və velokeçid yaratmaq üçün daha bir fürsət yaranıb.
⠀
🔹 Yadınıza gəlirsə, sizə bu ərazidə düzgün təşkil edilməyən velokeçid göstərmişdim. İndi 28 May küçəsini təmir edərkən, burada daha bir velozolaq və artıq normal bir velokeçid də təşkil etmək üçün fürsət yaranıb.
⠀
🔹 Dilarə Əliyeva küçəsində də velozolağın “yeri görsənir”.
⠀
#velosipedzolaqları #minivloq

🚲 Xocalı prospektində yeni velosiped zolaqları.
⠀
🔹 Velozolaqlar buradakı parkın yanı ilə, küçənin bir hissəsində təşkil olunub (Yusif Səfərov küçəsindən Xətai metrosuna tərəfə qədər).
⠀
🔹 Amma küçənin Xətai metrosu tərəfinə düşən hissədə zolaqlar mövcud deyil. Mütləq orada lazımdır. Gələn həftə öz versiyamızı təklif edərik.

🚲 Velosiped keçidlərini yeni boya ilə nişanlanmağa başlayıblar.
⠀
İkikomponentli boyadır, daha dözümlüdür. Bir qədər rəngi daha tünt yaşıldır, bu da işıq-qaytarma xüsusiyyətinə mənfi təsir edə bilər.
⠀
📍 Bura Afiyyədin Cəlilov küçəsidir, ümid edirəm 8 noyabrda unudulan velokeçidi təşkil edərlər yeni boya ilə.

🚳 Velosiped zolaqları — Bakıda daha bir “şedevr”.
⠀
🔸 Bir həftə öncə Berlindən misal göstərmişdim ki, parkinq və velosiped zolağını bir küçədə necə təşkil etmək olar.
⠀
🚲 Velosiped sürən izləyicilər təsdiqləyə bilər ki bu cür sərt döngələri heç orta sürətlə keçmək mümkün deyil. Skuterlə ondan da narahat olacaq.
⠀
🔸 “Zolaq xətrinə zolaq” prinsipi ilə yanaşanda heç kimə bu velozolaqlarl xeyir gətirməyəcək.

🚲 Velosiped zolaqları — Berlindən öyrənək?
⠀
🔹 Parkinq və velozolaqların birgə təşkili, kəsişmələr və hətta təmir işləri zamanı müvəqqəti zolaqların nəzərə alınması — fotolarda Berlin şəhərinin təcrübəsi.
⠀
🇩🇪 Təəssüf ki, Almaniyanın 10-15 il əvvəl təşkil etdiyini səviyyəsini biz 2024-cü ildə təşkil edə bilmərik. Bu işdə təcrübəsi olan xarici ölkələrdən mütəxəssisləri heç olmasa konsultant və audit qismində çağırmaq olmazmı?
⠀
#velosipedzolaqları #Berlin

🔹 Bu gün Bakıda daha bir önəmli dəyişiklik öz əksini tapdı.
⠀
🔹 28 May küçəsində həm avtobus, həm velosiped zolaqları salındı. Düzdür, təklif olaraq mən hətta burada parkinq zolağı təklif etmişdim, yolun bir tərəfinə, indiki halda isə belə çıxır küçə boyu nə sağda nə solda nə dayanmaq, nə durmaq mümkün olmayacaq.
⠀
🔸 İlkin mərhələ üçün bir qədər radikal addım oldu, düşünürəm ki, sürücülər və obyekt sahibləri tərəfindən böyük etirazla qarşılanacaq. Amma avtobusların bu küçədən tıxacsız getməsi vacib addımdır.
📸 Fotonu izləyici göndərib. Küçənin digər tərəflərində vəziyyətdən hələ ki məlumatsızam.
⠀
#avtobuszolaqları #velosipedzolaqları

🚲 Xaqani küçəsində velosiped zolaqları təşkil olundu.
⠀
🔹 Çox əladır, ən azı Bakının mərkəzində yeni təmir olunan küçələrdə velozolaqların salınması artıq bir qayda olaraq nəzərə alınır. Yaxşı olardı ki, Xaqani kimi canlı küçələrdə velosipedçilərə hər iki tərəfə təhlükəsiz çatmaq üçün şərait yaradılsın.
⠀
🔸 Bəli, bunun üçün zolaqları bir az da daraltmaq lazımdır, bir qədər standartlardan kənara çıxmaq lazımdır. Amma geniş zolaqlar şəhər daxili küçələrdə onsuzda faydalı bir şey deyil. Avropada hətta 2,8-metrlik zolaq şəhər daxili küçələrin qəbul olunanadır.
⠀
💡 Xaqani və Nizami küçələri ilə bağlı vaxtilə təklif göndərmişdim, burada velosiped zolaqları hər iki tərəfdə nəzərə alınıb, həm də hərəkəti ikitərəfli təşkil etmək olar ki, sürücülər şəhərə çatmaq üçün artıq yürüşlər etməsin.
⠀
✅ Beləliklə, artıq biri birinə parallel olan 28 May, Xaqani, Nizami küçələrində bu zolaqlardan var, bunları birləşdirən küçələrdə (Azadlıq prospekti, A.Puşkin, R.Zorge, K.Səfərəliyeva, R.Behbudov küçələrində velozolaqlar salınsa bu vahid bir şəbəkə yaradacaq.

🚲 Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edildi.
İzləyicinin göndərdiyi videodan görünür ki, avtobus zolağı artıq ikinci cərgəyə keçirilidi, yerində ikitərəfli velozolaq salındı.
#velosipedzolaqları
İzləyicinin göndərdiyi videodan görünür ki, avtobus zolağı artıq ikinci cərgəyə keçirilidi, yerində ikitərəfli velozolaq salındı.
#velosipedzolaqları
📢 Deyirlər, Bakıda velosiped sürən yoxdur…
⠀
🚲 Təzəlikcə fəaliyyətə başlayan veloicarə şirkəti APAR isə deyir ki, artıq 8 mindən çox unikal istifadəçi var. Və bu hələ 1-2 ayın göstəricisidir.
⠀
🔹 Bəs bu xidmət niyə ancaq şəhər mərkəzini əhatə edir? Velosipedlər nə dərəcədə keyfiyyətlidir? Bu və digər sualları birbaşa olaraq APAR-ın rəhbəri Əli Əhmədli cavablandıracaq.
⠀
🔹 Həmçinin təcrübəli velosipedçi və urbanist Arzu Süleymanov ilə həm veloicarəni, həm Bakıda sürətlə salınan yeni velozolaqları sınadıq.
⠀
➡️ Yeni vloq artıq efirdə: https://youtu.be/EPQYQIP-dRE?si=9lK0VhFO3yKd-dMj
#vloq #APAR #velosipedzolaqları

YouTube
Nəhayət Bakıda - APAR velosipedlərini yeni zolaqlarda sınadıq
Artıq Bakıda da "Bike Sharing", yəni velosiped icarəsi xidməti fəaliyyətə başladı. Bu xidməti "Apar" şirkəti təqdim edir. Sözügedən şirkətinin rəhbəri Əli Əhmədli ilə görüşdük və maraqlandıran sualları verdim.
Həmçinin qonağım - Arzu Süleymanov ilə həm yeni…

🚲 Zərifə Əliyeva küçəsində yeni velozolaq.
Şərhsiz…
Hələ qabaqdakı parkovşikə baxın.
#velosipedzolaqları
Şərhsiz…
Hələ qabaqdakı parkovşikə baxın.
#velosipedzolaqları
İnsan yönümlü şəhərlər ️
🔄 Daha bir ərazini effektiv etmək üçün fürsət yaranır. ⠀ 🚧 Dilarə Əliyeva küçəsi hazırda yenidən asfaltlanır və burada nişanlanmanı dəyişməklə avtobus və velozolaqlar salmaq mümkündür. ⠀ ❓ Soruşarsınız, "vacibdirmi?". Əlbəttə vacibdir, çünki "28 May" nəqliyyat…
⬆️ Fikir verdinizsə, burada velozolaqlar yolun hər iki tərəfində nəzərdə alınıb.
İndiyə qədər Bakıda velozolaqlar yolun bir tərəfində salınıb və ikitərəfli olub (8 noyabr prospekti və BNA-nın təşkil etdiyi zolaqlar xaric).
🔹 Lakin Dilarə Əliyeva küçəsi özü ikitərəfli hərəkət təşkil olunan küçədir, velozolaqları da eyni məntiqlə təşkil etmək lazımdır.

🚳 BNA-nın vaxtında təşkil edilən zolaqlar artıq yararsız hala düşür və təhlükə mənbəyinə çevrilib.
Onsuzda səhvləri çox idi bunların, özü də səkilərdə salınıb və piyadaların yolunu daraldır.
Bu zolaqlar yenidən təşkil olunmalıdır.
🔸 Foto: Emin Rasulzadə
#velosipedzolaqları
Onsuzda səhvləri çox idi bunların, özü də səkilərdə salınıb və piyadaların yolunu daraldır.
Bu zolaqlar yenidən təşkil olunmalıdır.
🔸 Foto: Emin Rasulzadə
#velosipedzolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚲 Belə bir mənzərini gözləmirdim!
💬 “Salam. Velozolaqlar olan yerlərdə biz ailəvi olaraq velosipedlərdən istifadə edirik.”
🔸 Videonu izləyici göndərib.
#izləyicilərdən #velosipedzolaqları

🚲 Qala divarları boyunca velosiped zolaqları təşkil olundu.
⠀
📍 Əziz Əliyev küçəsində izləyicimizin çəkdiyi fotolar. Yoxuşa qalxmaq üçün təcrübəli velosipedçi olmalısan, yaxud skuter və ya elektrik velosiped köməyin olsun 🙂

🚲 Dilarə Əliyeva küçəsində yeni salınan velosiped zolaqları haqqında.
⠀
🔸 Burada da velozolaqlar yolun bir tərəfində təşkil olunub. Nədənsə bu artıq bir standarta çevrilib, bu yanaşma hər yerdə tətbiq edilir. Baxmayaraq ki, bir təklifim olub ki, zolaqlar küçənin hər iki tərəfində olsun (çünki küçə özü çox canlı və ikitərəflidir), bunun üçün yolun kəsiyi tam şərait yaradır.
⠀
🔹 Fotolarda həmçinin Azadlıq prospektindən misallar gətirdim, orada yeni hərəkət təşkil olunandan sonra velozolaqlarda artıq kənar xəttdən istifadə olunmur, və bufer zonanı da daha kompakt etmək olur.
⠀
✅ Bu küçədə yenidən zolaqlanma işlərini aparmaq heç vaxt gec deyil. Velosiped zolaqları küçədə elə salınmalıdır ki, onlar həqiqətən velosipedi və skuteri bir nəqliyyat vasitəsi kimi istifadəsini stimullaşdırsın.

🚲 Maqistral tipli yolda velosiped zolağı.
⠀
🛣 Bu gün açılışı baş tutan Balaxanı-Pirşağı yolunda da velosiped zolağı açılıb. Mərkəzdən qəsəbələrə velosiped üçün şəraitin yaradılması müsbət tendensiya kimi görünür.
⠀
❗️ Lakin çox önəmlidir ki, burada təhlükəsizlik nəzərə alınsın. Şəhər küçələrdən fərqli olaraq, burada avtomobillər yüksək sürətlə hərəkət edir, qəza riskləri və onların fəsadları daha çoxdur.
⠀
🔹 Burada velosiped zolaqları fiziki olaraq hərəkət hissəsindən təhlükəsiz şəkildə ayrılmalıdır. Fotolarda misallar var.