🇬🇪 Tbilisi şəhərində piyada keçidinin birində nişanlanmanı "klas-klas" oyunu formasında ediblər.
⠀
Şəhəri bir az canlandırmaq və maraqlı etmək üçün hərdən belə həllər tətbiq edirlər.
⠀
Biz isə heç olmasa silinmiş "zebra"larının vaxtında rənglənməsini istəyirik 🙂
#Tbilisi

Amsterdam deyil, Tbilisidir. 🇬🇪
⠀
İnfrastrukdur yaradıqca, onun istifadəçiləri də peyd olunacaq. 10 il bundan əvvəl Gürcüstanda belə bir mənzərə təsəvvür etmək olmazdı.
⠀
🚲 Amma şəhər meriyası kütləvi velosiped zolaqları salmağa başladı və velosiped istifadə edən vətəndaşların sayı artmağa başladı. Bu gün Bakının da belə islahatlara çox böyük ehtiyacı var.
⠀
Foto: Viktor Tsilosani
#Tbilisi #velosipedzolaqları

🇬🇪 Tbilisi şəhərində küçənin transformasiyası.
Lazımsız dərəcədə enli sovet tipli küçədə təhlükəsizlik adacıqları yaradıldı, avtobus və velosiped zolaqları təşkil olundu.
#Tbilisi #əvvəlsonra

🚍 Avtobus sürücüsü də yaxşı maaşa layiqdir.
⠀
🇬🇪 Tbilisidə yeni açılan avtobus sürücüsü vakansiya üçün 3000 lariyə qədər məvacib təklif edirlər. Bu, 2000 manata yaxın pul edir.
⠀
❓ İzləyicimiz arasında avtobus sürücüləri varsa, şərhlərdə Bakıda təklif edilən maaşı yazın, müqayisə edək. Şəxsi mesajda da yaza bilərsiniz, anonim qala bilər, istəsəniz.
#Tbilisi #ictimainəqliyyat

🇬🇪 Tbilisi şəhərində avtobus zolaqları.
Qonşu ölkənin paytaxtında ictimai nəqliyyat tıxacda dayanmır. Çünki avtobus zolaqlarına daim işləkdir. Heç kim zolağa girmir (cəriməsi 63 AZN).
Bunun sayəsində buradakı məlumat lövhələri üzərindən sən dəqiq bilirsən sənin marşrutun neçə dəqiqədən sonra gələcək.
🔹 İctimai nəqliyyatı cəlbedici etmək üçün ən vacib amillərdən biri də budur.
#Tbilisi #avtobuszolağı

Avtobus zolağına velosipedlərin daxil olmasını icazə verilsin bizdə də?
⠀
🇬🇪 Tiflisdə cəhd etdilər.
#avtobuszolağı #velosipedzolaqları #Tbilisi

⬆️ Bura Kövkəb Səfərəliyeva küçəsidir və hər gün burada 5 avtobus marşrutu tıxacda ilişib qalır.
⠀
🚍 Orta hesablamalara görə bu 40.000 insan edir (gün ərzində).
⠀
🔸 Bu küçədə mütləq avtobus zolağı olmalıdır. Baxmayaraq ki, küçədə cəmi 2 hərəkət zolağı var, Tbilisi və digər şəhərlərin təcrübəsi göstərdi ki, ictimai nəqliyyata hətta dar küçələrdə prioritet vermək lazımdır
⠀
🔹 Əks halda ictimai nəqliyyat gecikəcək, basabas olacaq və cəlbedici olmayacaq. İnsanlar yenə də özlərini şəxsi maşınlara və taksilərə üz tutacaqlar, tıxaclar daha da bərbad olacaq.
#ictimainəqliyyat

🇬🇪 Tbilisi sürətlə transformasiya etməyə davam edir.
⠀
Burada iki zolaqdan birini avtobuslara verirlər, yeraltı piyada keçidlərini isə “zebra”larla əvəz edirlər.
⠀
Bugünki ətraflı reportajda Tiflis şəhərinin urbanistik islahatlarına yaxından baxırıq:
⠀
➡️ https://youtu.be/K8iri3EvNHk
🔹 Tbilisidən daha bir vloq olacaq növbəti həftədə. Kanala dəstək olan sadiq izləyicilərimiz onu daha öncədən görə biləcək.
Həmçinin Patronlar bu və digər videoların daha geniş versiyalarını izləyə bilir.
#vloq #Tbilisi

YouTube
Tbilisi: Qafqazın sürətlə dəyişən şəhərində nə baş verir?
Azərbaycanın şimal-qərb qonşusu Gürcüstanda son illər tıxaclara mübarizədə, küçələrin transformasiyasında və ictimai nəqliyyatın inkişafı istiqamətində sərt islahatlar gedir. Burada hətta iki zolaqlı küçələrdə ayrılmış avtobus zolağı təşkil edirlər, böyük…
🚍🇬🇪 İctimai nəqliyyat islahatından danışsaq, yenə də Tiflisi misal gətirməli olacam.
⠀
Burada 6 zolaqları prospekti "daraldaraq", maşınlar üçün cəmi 2 zolaq saxladılar. Qalanı verdilər ictimai nəqliyyata, velosiped yollarına və piyadalara. Bəli, tıxaclarla düzgün mübarizə üsulu məhz budur.
⠀
❓ Bəs bu cür sərt qərarlar necə verildi, ictimaiyyətin reaksiyası necə oldu və Bakı nə etməlidir? Bu suallara həmçinin vloqun qonağı, Tbilisidən nəqliyyat mütəxəssisi ilə söhbət etdik.
⠀
Yeni videoda Tbilisinin ictimai nəqliyyatına baxırıq və özümüz üçün nəticələr çıxarırıq.
⠀
➡️ https://youtu.be/xIASZ0aqST0
⠀
❗️ Dostlar, kanala dəstək olanların sayı, təəssüf ki, uzun müddətdir artmır. Xatırladım ki, vloqların çəkilişi və bu cür maarifləndirmə işlərinin aparılması maddi dəstək tələb edir. Patreon-da sizə uyğun olan məbləğdə bizə daimi şəkildə dəstək göstərsiniz belə, videoların davamlı olmasında böyük bir tövhəniz olacaq. Digər üsuallar burada.

Tıxaclarla necə mübarizə aparaq? Tiflis nəqliyyatının uğur yolu
Gürcüstanın paytaxtı Tiflis şəhəri Bakı kimi nəqliyyat problemləri ilə üzləşməkdədir. Lakin Bakıdan fərqli olaraq, burada problemin həllində daha köklü yanaşdılar. Şəhərin yeni hakimiyyəti və meri Kaxa Kaladze sərt islahatlar aparır - küçələr tam yenidən…
🚇🇬🇪 Metrodan danışarkən, Tiflisdən də xəbər var.
⠀
Dövlət büdcəsindən Tbilisi metrosunda 475 milyon avro ayrıldı ki, şəhər meriyası qatarları yeniləsin.
⠀
Son videoda artıq sizə göstərmişdim ki, Tbilisidə köhnə, SSRİ vaxtından qalan köhnə qatarlar hərəkət edir (81-717). Kosmetik təmirdən keçsə də, qatarlar heç bir müasir standartlara cavab vermir. Nə kondisionerləri var, səs səviyyəsi çox yüksəkdir, vaqonlar arası keçid yoxdur, bir sözlə Bakıda da belələrini hələ də görürük.
⠀
🔹 Əksər post-sovet ölkələri (Azərbaycan daxil olmaqla) qatarları Rusiyadan alır. Lakin Gürcüstanın siyasətini nəzərə alaraq, düşünürəm ki, qonşularımız bu səfər ruslara üz tutmayacaq. Misal üçün, 🇰🇿 Almatı şəhəri "Hyundai" şirkətindən metro qatarları alıblar (sağ fotoda). Tiflis də bu yol ilə gedə bilər. Və yaxud 🇪🇺 Avropadan danışıqlar apara bilər. Hələ dəqiq məlumat verilmir.
⠀
🔹 Gürcüstanın sosial mediyasında şərhlər oxudum ki, vətəndaşlar daha çox xətlərin və stansiyaların inkişafına yatırım etməsini tələb edir. Sözlərində həqiqət var, lakin unutmayaq ki, bu şəhər eyni zamanda yerüstü nəqliyyatını sürətlə inkişaf etdirir, avtobuslar demək olar ki, metro kimi fasiləsiz və cədvəl üzrə işləyir.
Odur ki, vəziyyət Bakıdakı kimi kritik deyil, baxmayaraq ki, bizdə də metroya güclü investisiyalara ehtiyac var.
#Tbilisi #metro

🇬🇪🇪🇺 Gürcüstana Avropa Birliyinə namizəd statusu verildi.
⠀
Tarixi hadisə ilə qonşularımızı təbrik edirəm.
⠀
🔹 Bu gün bütün Cənubi Qafqaz üçün yaxşı xəbərdir.

🇬🇪🚍 Tiflisin yeni "qarmoşka" avtobusları.
⠀
Artıq Gürcüstan paytaxtının küçələrində 18-metrlik "MAN" avtobusları fəaliyyətə başlayıb. Tutumluğu 162 sərnişindir.
⠀
🔹 Tbilisidə hazırda ciddi urbanistik islahatlar aparılır, yenidən qurulan bütün əsas küçə və prospektlərdə avtobus zolaqları salınır. Sizə bunu ətraflı olaraq bu vloqda göstərmişdim. Nəzərə alsaq ki, şəhər insanları daha çox ictimai nəqliyyata yönəltmik istəyir, iritutumlu avtobuslar çox yerinə düşdü.
⠀
💬 Facebook-da müxtəlif Gürcü qruplarını oxuyuram, sürücülər küçələrdə avtomobil zolaqlarının avtobuslara verilməsindən narazıdır. Amma Şəhər hakimiyyəti öz işini görməkdədir. Dayanıqlı şəhərin arxasında mütləq yaxşı ictimai nəqliyyat dayanır.
#Tbilisi #avtobuslar

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🅿️ Parkinq yerlərini bu cür işarələmək lazımdır.
Kim xatırlayırsa, ödənişli parklanma təzə tətbiq olunanda, hər parkinq yeri ayrıca nömrələnmişdir. Daha sonra bu təcrübədən imtina etdilər və yalnız hər küçə sahəsinə vahid nömrə verdilər.
🇬🇪 Düşünürəm ki, indiki vəziyyətdə Tiflisin təcrübəsini tətbiq etmək lazımdır, mən oxşar vəziyyəti Tiflisdə çəkilən vloqda göstərmişdim.
🔹 Video: Vüqar Əliyarov.
#parklanma #Tbilisi

🥇 Qonşu paytaxtda daha bir cürətli addım.
⠀
🇬🇪 Tiflisdə növbəti yerüstü piyada keçidi sökülür.
⠀
🔹 Bu şəhərdə hələ 2019-cu ildən yerüstü piyada keçidlərinin söküntüsünə başlanıldı, əvəzində svetofor və “zebra”lar təşkil olunur. Yeraltı keçidlərə eynisəviyyəli alternativlər yaradıldı. Bəzi yerləri mən sizə keçən il vloqda göstərmişdim.
⠀
🔹 Tiflisin meri Kaxa Kaladze birmənalı olaraq şəhəri piyada və ictimai nəqliyyat yönümlü etmək niyyətindədir. Tıxaclardan qurtulmaqdan yolları bu cür mərhələlərdən keçir.
⠀
🔹 Bəli, bizdə ilk addım atıldı və Zığ dairəsində yerüstü keçidinin altında nizamlanan alternativ yaradılır. Lakin, bu tək-tük hal deyil, şəhərin bir strategiyası olmalıdır. Sürətli maqistrallar istisna olmaqla, bütün yeraltı/yerüstü keçidlər daha rahat, əlçatan və şəhərdə sürəti tənzimləyən eynisəviyyəli keçidlərlər əvəz edilməlidir. Zatən bu cür keçidlər tıxac problemini həll edə bilmir.
⠀
🔸 İnsanların “yerüstü keçid var da! niyə zebra lazımdır?” tipli müqavimətinə dözüb şəhəri insan yönümlü etmək lazımdır. Həmin insanlar sizə sonra təşəkkür edəcək.
#piyadakeçidləri #tbilisi

❌ Yeraltı piyada keçidi həqiqətən öldürür.
⠀
🇬🇪 Tiflisdə dəhşətli faciə baş verib. Bir turist qız küçədə hərəkət edərkən yeraltı piyada keçidinin girişinə yıxılıb və dünyasını dəyişib. Fotolarda baxanda açıq-aydın görünür ki, piyada keçidinin bordürü çox alçaqdır (~30 sm), bu da tikinti və təhlükəsizlik normalarına uyğun deyil.
⠀
❗️ Amma söhbət tək texniki məsələdən getmir. Bu cür keçidlərin şəhər daxilində inşası artıq müasir şəhərsalma prinsiplərinə ziddir.
⠀
🔸 Tiflisdəki vloqdan sizə göstərmişdim ki, bu şəhərdə artıq bir çox yerlərdə yeraltı və yerüstü keçidləri svetoforla nizamlanan zebralarla əvəz edirlər. Lakin onlar tam sökülmür və bəziləri bu cür təhlükə mənbəyi olaraq qalır.
📸 Foto: X/martin_camera
⠀
#piyadakeçidləri #Tbilisi