İnsan yönümlü şəhərlər ️
2.93K subscribers
1.93K photos
223 videos
589 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
📊 Təsəvvür edin hər il Azərbaycanda 8 sərnişin təyyarəsi qəzaya uğrayır. Belə olsaydı, uçuşlar çoxdan qadağa olunardı.

Amma qol qəzalarına dair statistika məhs belə görünür.

Dəhşətli bir rəqəmlərdir. Son 4 ildə 3000 mindən çox insan yollarımızda həyatını itirib. Tək keçən il 834 nəfər həyatını itirib.

Yol qurbanları arasında ən böyük rəqəm hələ də piyadaların payına düşür. Təəccüblü deyil, çünki bu gün ölkəmizdə ən aşağı prioritetdə olan məhs onlardır.

Bir qədər yaxşı tendensiya Bakıda müşahidə olunur, o da güman ki ondan irəli gəlir ki, son illər Bakıda nizamlanan piyada keçidləri, yol ayrıcıları, təhlükəsiz adacıqlar kimi yeniliklər tətbiq edirlər.

Digər ölkələr ilə müqayisədə isə vəziyyət hələ də acınacaqlıdır. Hər 100 min avtomobilə düşən ölənlərin sayı həm digər Avropa ölkələrindən və hətta çox emosional sürücüləri olan Türkiyəyə nisbətən qat-qat böyükdür.

❗️ 2019-2023-cü illər üçün hazırlanan dövlət proqramına əsasən yol qurbanların sayı 5 il ərzində 30% azalmalı idi, amma görünür ki bu məqsəddən hələ çox uzağıq.

#qəzalar #statistika #infoqrafika
🛣 Maksimum icazə verilən sürətə gəlincə. Digər ölkələrdə vəziyyət necədir?

🔹 Maraqlıdır ki, əksər Avropa ölkələrində, o cümlədən bizə hər tərəfdən bizə ən yaxın Türkiyədə siz şəhər daxilində 50 km/s-dan çox maşın sürə bilmərsiniz? Bəli, kimsə deyə bilər ki, Almaniyada maqistrallarda sürət limiti ümumiyyətlə yoxdur. Amma maqistral yolları və şəhər küçələri səhv salmaq olmaz. Bu iki tam ayrı-ayrı bir məkanlardır, onların funksiyası başqdır.

🔹Keçmiş post-sovet ölkələrindən Ukrayna və Moldova artıq sürəti aşağı salıb. Güman ki, Gürcüstan da bu addımı yaxın illərdə atacaq. Yüksək sürət ağır qəzaların əsas səbəblərindən biri olaraq qalmasını nəzərə alaraq, Azərbaycanda şəhər daxilində sürəti 50 km/s-a endirilməlidir.

#təhlükəsizlik #infoqrafika
👆 Yaxşı infoqrafikadır.

Həm də, sürücülərin nəzərinə çatdırım ki, 90 sürətlə gedəndə ortastatistik avtomobildə təxmini 20-30% yanacaq sərfiyyatı da azalır. Yəni, büdcəyə də qənaətdir.

#təhlükəsizlik #infoqrafika
💸🅿️ Hər ay yarım milyondan çox manat şəhər küçələrində parkinq üçün qanunsuz şəkildə yığılır.

Bu, hələ rəsmi təsdiq olunmuş parkinq yerlərin sayını nəzərə almaqla hesablanıb.

2018-ci ildə Bakı küçələrində parklanma BNA-ya verilməli idi, amma bu gün faktiki olaraq, paytaxtda parklanma "parkovşiklərin" əlindədir.

📊 Bəzi maraqlı rəqəmlər infoqrafikada.

#parklanma #infoqrafika
✔️ Küçəni insanyönümlü etmək üçün təlimat:

🔹 Səkilər genişləndirilir
🔹 Velosiped zolaqları salınır
🔹 İctimai nəqliyyat üçün zolaq ayrılır
🔹 Yaşıllıq salınır

Nəticə olaraq:
Şəhərdə mobillik artırılır
Daşınan insanların sayı artırlır
Səs çirkliyi azalır
Şəhər daha sərin olur
Hava daha təmiz olur

#urbanistika #infoqrafika
Urbanistika ilə dərin maraqlanmayan bir vətəndaş hər zaman düşünür ki, yollar mümkün qədər geniş olmalıdır ki şəhərdə tıxac problemi olmasın və hər kəsə normal hərəkət etsin.

Lakin reallıq elə deyil. Tıxaclardan qurtulmaq istəyən şəhərlər küçə sahəsini mümkün qədər effektiv istifadə etməyə çalışır. Daha çox avtomobil yox, daha çox insanı eyni anda daşımağa çalışır. Bu cəhətdən ən effektiv həll - küçə sahəsinin bax bu cür paylaşılmasıdır. ⬆️

#urbanistika #infoqrafika
💡 İctimai nəqliyyat məhz buna görə inkişaf etdirilməlidir. Rəqəmlərdə diqqət yetirin.

Avtobus zolaqlarına qarşı fikirlər səslənə bilər, "tramvaylar bizə lazım deyil" ifadələrini eşidə bilərik. Lakin reallıq odur ki, bu gün biz Bakıda mobilliyi təmin etmək və tıxaclardan qurtulmaq istəyiriksə, daha çox insan daşıyan nəqliyyatı inkişaf etdirməliyik.

📊 Bunlar hamısı elm və statistika ilə sübut olunan məsələlərdir və bizdə bunları tətbiq etməyin vaxtı çoxdan çatıb.

#ictimainəqliyyat #urbanistika #infoqrafika