İnsan yönümlü şəhərlər ️
2.93K subscribers
1.93K photos
223 videos
589 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 İstanbulun tanınmış Eminönü meydanı belə dəyişəcək.

Bizim Vağzal meydanına da mütləq belə transformasiya lazımdır. Maraqlıdır ki, buna dair layihə hələ 2 il əvvəl hazır idi, amma reallaşmadı.

#İstanbul
🇹🇷 İstanbulun daha bir ərazisi bu cür dəyişəcək.

Başqa hansı ölkədən, hansı şəhərdən misal gətirək ki, bizimkilər "maşınlar üçün yer yaratmaq lazımdır!" düşüncəsindən əl çəksin?

#Istanbul
🇹🇷 İstanbulda 200 yeni metrobus xidmətə başladı.

Türkiyənin ən böyük şəhəri Bakı kimi tıxaclarda boğulsa da, burada başa düşürlər ki, əsas çıxış yolu insanlara yaxşı ictimai nəqliyyat təklif etməkdir.

Fiziki baryerlərlə ayrılmış zolaqlarda hərəkət edən yeni metrobuslar üç seksiyadan ibarətdir və belə bir avtobus 280 sərnişin daşıya bilir (bu göstəriş üzrə tramvaya yaxınlaşır).

💬 "Bütün iqtisadi çətinliklərə baxmayaraq, biz yenilikləri tətbiq etməyə davam edirik və investisiyalar yatırırıq." - Ekrem İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı.

📍 Videosu burada.

#İstanbul #ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 İstanbulun daha bir rayonuna tramvay çəkilir. Küçə bu cür dəyişəcək.

“Bakıya tramvay lazım deyil” deyənlərə İstanbuldan atəşli salamlar.

🔹 Ətraflı reportaj Ekrem İmamoğlunun səhifəsində.

#tramvay #istanbul