İnsan yönümlü şəhərlər ️
2.96K subscribers
1.98K photos
230 videos
605 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚷 Neftçilər prospektini ildən-ilə piyada keçmək narahat olur.

Arxiv peyk fotolara baxsaq görünür ki, 15 il əvvəl bu prospekti bir çox yerdə rahatlıqla "zebralar" üzərindən keçmək olurdu.

❗️ Müqayisə üçün:

🔹 2009-cu ildə burada 12 piyada keçidi var idi (11 "zebra" +1 yeraltı).
🔹 2023-cü ildə isə cəmi 6 keçid var, onların hamısı yeraltıdır və azmobilli insanlar üçün əlverişsizdir. ♿️

Deyə bilərsiniz, bəs 6 zolağın üzərindən eynisəviyyəli keçid təhlükəlidir.

🚦 Bunun üçün bəşəriyyət svetofor icad edib. Yenə deyərsiniz, "bəs svetofor tıxac yaradır axı". Xeyr, düzgün nizamlanmış svetofor hərəkət axınının paylanılmasını təmin edir. Nəqliyyat elmi küçədənkənar keçidlərin lazımsız olduğunu çoxdan sübut edib.

📍 Xüsusilə nəzərə alsaq ki, şəhərin mərkəzində yerləşən Neftçilər prospekti həm sakinlərin istirahət etdiyi məkanları birləşdirir, həm də turist axını olan bir məkandır. Burada ilk növbədə piyadaların rahatlığı düşünülməlidir.

⚠️ Şəhər insanlara qaytarılmalıdır.

#piyadakeçidləri #Neftçilərprospekti
🚨 Neftçilər prospektində yeni təhlükə mənbəyi yaranıb.

Burada yeni mol açıldandan sonra giriş-çıxışlarına hərəkət ləngiyir, bu fürsətdən istifadə edərək piyadalar yeni salınan mərkəzə yolu birbaşa prospektin üzərindən keçirlər. Uşaqla keçənlərin sayı da az deyil.

🔸 Kimsə deyə bilər ki, “insanları yerin altına göndərin, 200 metr digər tərəfdə yeraltı keçid var, amma bu kəsişmədə svetoforla nizamlanan keçid təşkil edilsə, bu həm də K.Səfərəliyeva küçəsi ilə də daimi konflikti də yox edər.


#təhlükəsizlik #neftçilərprospekti
🇦🇿 Neftçilər prospekti, keçən əsrin ortaları.

Vaxtilə şəhərin iki ən vacib turistik məkanını - İçərişəhəri və Dənizkənarı Bulvarını eynisəviyyəli geniş piyada keçidi birləşdirirdi.

🔸 2000-ci illərin sonlarında Neftçilər prospektində bütün eynisəviyyəli piyada keçidləri ləğv olundu, bu prospekti maqistrala çevirdilər.

🔹 Məhz bu keçidin Bakıya qaytarılması onun daha insan yönümlü tərəfə transformasiyasına siqnalı ola bilər.

#neftçilərprospekti #tarixifoto