🚷 Neftçilər prospektini ildən-ilə piyada keçmək narahat olur.
⠀
Arxiv peyk fotolara baxsaq görünür ki, 15 il əvvəl bu prospekti bir çox yerdə rahatlıqla "zebralar" üzərindən keçmək olurdu.
⠀
❗️ Müqayisə üçün:
⠀
🔹 2009-cu ildə burada 12 piyada keçidi var idi (11 "zebra" +1 yeraltı).
🔹 2023-cü ildə isə cəmi 6 keçid var, onların hamısı yeraltıdır və azmobilli insanlar üçün əlverişsizdir. ♿️
⠀
Deyə bilərsiniz, bəs 6 zolağın üzərindən eynisəviyyəli keçid təhlükəlidir.
⠀
🚦 Bunun üçün bəşəriyyət svetofor icad edib. Yenə deyərsiniz, "bəs svetofor tıxac yaradır axı". Xeyr, düzgün nizamlanmış svetofor hərəkət axınının paylanılmasını təmin edir. Nəqliyyat elmi küçədənkənar keçidlərin lazımsız olduğunu çoxdan sübut edib.
⠀
📍 Xüsusilə nəzərə alsaq ki, şəhərin mərkəzində yerləşən Neftçilər prospekti həm sakinlərin istirahət etdiyi məkanları birləşdirir, həm də turist axını olan bir məkandır. Burada ilk növbədə piyadaların rahatlığı düşünülməlidir.
⠀
⚠️ Şəhər insanlara qaytarılmalıdır.
#piyadakeçidləri #Neftçilərprospekti

🚲 Ana və uşaq səhər-səhər velosipedlə məktəbə gedir.
⠀
🇩🇪 Berlin şəhəri. Fikir verin velosiped yollarına küçədə nə qədər yer ayrılıb
⠀
🔹 Pandemiyadan sonra Berlində çoxlu velosiped zolaqları salmağa başlamışdılar, bu haqda ötən il vloqda da buraxılış olub.
#velosipedzolaqları #Berlin

✔️ Küçəni insanyönümlü etmək üçün təlimat:
⠀
🔹 Səkilər genişləndirilir
🔹 Velosiped zolaqları salınır
🔹 İctimai nəqliyyat üçün zolaq ayrılır
🔹 Yaşıllıq salınır
⠀
Nəticə olaraq:
✅ Şəhərdə mobillik artırılır
✅ Daşınan insanların sayı artırlır
✅ Səs çirkliyi azalır
✅ Şəhər daha sərin olur
✅ Hava daha təmiz olur
#urbanistika #infoqrafika
⠀
🔹 Səkilər genişləndirilir
🔹 Velosiped zolaqları salınır
🔹 İctimai nəqliyyat üçün zolaq ayrılır
🔹 Yaşıllıq salınır
⠀
Nəticə olaraq:
✅ Şəhərdə mobillik artırılır
✅ Daşınan insanların sayı artırlır
✅ Səs çirkliyi azalır
✅ Şəhər daha sərin olur
✅ Hava daha təmiz olur
#urbanistika #infoqrafika
🇦🇿 Ağdaş şəhərinin urbanistik icmalı gəldi!
⠀
Regionlardakı vəziyyəti işıqlandırmağa davam edirik. Memar Dilqəm İsmayılov və urbanist Arzu Süleymanov ilə Ağdaşı piyada gəzib, sizin üçün yeni vloq hazırladıq. Yeni ətraflı videoda Ağdaşın küçələrinin, tarixi binalarının vəziyyətinə baxacağıq, və hətta ictimai nəqliyyatından istifadə edəcəyik. Maraqlı olacaq:
⠀
🔹 https://youtu.be/qS3HpOjGM1Q
⠀
Əməyimizdə dəyər vermək üçün və videoların hamıdan tez izləmək üçün isə bizə Patreon-da dəstək olmağınızı çağırırıq. Digər üsullar da var.
#vloq #Ağdaş #regionlar

YouTube
Yaşıl və yaşamalı şəhərə doğru - Ağdaşda bir gün
Bu videoda Azərbaycanın coğrafı mərkəzində yerləşən Ağdaş şəhərinin küçə, prospekt və parklarını gəzişəcəyik. Bizi təəccübləndirən buradakı küçələrinin kifayət qədər yaşıl olması və səkilərdə pandusların nəzərə alınması oldu. Eyni zamanda, çoxmənzilli binaların…
Urbanistika ilə dərin maraqlanmayan bir vətəndaş hər zaman düşünür ki, yollar mümkün qədər geniş olmalıdır ki şəhərdə tıxac problemi olmasın və hər kəsə normal hərəkət etsin.
⠀
Lakin reallıq elə deyil. Tıxaclardan qurtulmaq istəyən şəhərlər küçə sahəsini mümkün qədər effektiv istifadə etməyə çalışır. Daha çox avtomobil yox, daha çox insanı eyni anda daşımağa çalışır. Bu cəhətdən ən effektiv həll - küçə sahəsinin bax bu cür paylaşılmasıdır. ⬆️

🇦🇿 Mingəçevir şəhərinin geniş səkiləri.
⠀
Həm də görünür ki, burada çoxlu yaşıllıq var, ağaclar təbii olaraq buranın havasını sərinlərdirir.
#Mingəçevir #səkilər #regionlar

Ötən gecə dövlət qurumlarının məsuliyyətsizliyi nəticəsində Hövsan yolunda birdən birə 3 nəfər həlak olub. Hamısı da bir ailənin üzvləri (nənə, ana və uşaq). Səbəb - yolların işıqlandırmaması və sürücünün piyadaların vaxtında görməməsi.
⠀
Baxmayaraq ki, Azəravtoyol agentliyinə (AAYDA) hər il milyardlarla pul ayrılır, hələ də yolların işıqlandırılması böyük bir problem olaraq qalır.
⠀
O gün Mingəçevir şəhərindən Bakıya qayıdarkən fikir verdik ki, Respublika əhəmiyyətli "M2 Bakı-Qazax" magistralının əksər hissəsində işıqlandırma ya qoşulmur ya da ümumiyyətlə yoxdur. Heç uzağa getməyək, Bakı-Aeroport yolunda gecə saat 12-dən sonra işıqları söndürürlər.
⠀
İnsanların həyatları hesabına işıq pulunu qənaət edilir? Belə şey olar? Maraqlıdır ki, hətta 2019-cu ildə prezident bu məsələyə toxunsa da vəziyyət acınacaqlı olaraq qalır.
⠀
Təəssüf ki, dünən baş verən hadisədə günahı bədbəxt sürücünün üzərinə atacaqlar, halbuki məsuliyyət birbaşa olaraq yol infrastrukturuna cavabdeh olan qurumlarının üzərində. Bir çox ölkələrdə məhs cavabdeh qurumlara qarşı cinayət işi açılır bu cür hallarda.
⠀
Ən dəhşətli isə odur ki, belə hadisədən heç bir piyada və heç bir sürücü sığortalanmayıb.
#regionlar #təhlükəsizlik

This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬 Tural Yusifov Hövsandakı əlverişsiz piyada keçidlərindən danışdı və çox yaxşı izah etdi.
Bu cür keçidlər narahatdır və əksinə təhlükəsizliyə ziddir.
#piyadakeçidləri #təhlükəsizlik

Bura Çernobıl deyil, 🇦🇿 Bakının Zığ qəsəbəsidir.
⠀
Buranın səki problemini bir neçə dəfə kanalda paylaşmışdım, lakin vəziyyət lap məyusedici imiş. İstər küçələri, istər insanların yaşadığı şərait - pozitiv bir şey tapmaq çox çətindir.
⠀
💬 Zığda yaşayan və bloqun müəlliflərindən biri olan İlkin Babayevlə Zığda gəzişdik və Bakının ən unudulmuş qəsəbəsinin bugünkü vəziyyətini sizə göstərməyə hazırıq.
⠀
https://youtu.be/n4fVpI3cXE8
⠀
❗️Dostlar, bu cür vloqların davamlı olmasını istəyirsinizsə, sizin dəstəyiniz olduqca vacibdir. Patreon-da göstərdiyiniz hətta kiçik maliyyə dəstəyiniz bizə urbanistika həsr olunan videoları müntəzəm şəkildə buraxmaq üçün əlavə stimul verir.
#vloq #Zığ

Zığ: Bakının ən unudulmuş qəsəbəsinin bugünkü vəziyyəti
Zığ Bakıya ən yaxın qəsəbə olsa da, çox vaxt buranı ən unudulmuş qəsəbə adlandırırlar. Burada problem çoxdur - hər zaman danışdığımız yolların və səkilərin vəziyyəti, piyada təhlükəsizliyi, eyni zamanda ümumi mühit də heç də ürək açan deyil.
Yeni videoda…
Yeni videoda…