İnsan yönümlü şəhərlər ️
2.8K subscribers
1.66K photos
205 videos
536 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🔹Bu şəkli özünüzdə saxlayın.

Sizə kimsə deyəndə ki, şəhərdə maşın sürmək imkan vermirlər və ən böyük günah piyadalardadır - bu fotonu onlara göstərin.

Bu gün istər Bakıda, istər digər şəhərlərimizdə küçələrin əksər hissəsi məhz avtomobillər üçün ayrılıb. Özü də, hətta dəxlisiz yerlərdə belə küçələrimiz böyük asfalt səhralığına çevrilib. Prioritetlər mütləq dəyişdirilməlidir.
🇷🇸 Serbiyanın paytaxtı Belqrad şəhərində tarixi binaları bu cür bərpa edirlər.

Bilirsiniz ki, bizdə çox vaxt tarixi binaların üzərində aqlay vurub və onu tanınmaz vəziyyətə qoyurlar, amma binanı "təmir" etmək yox, məhs bərpa etmək lazımdır. Bircə nöqsan o ola bilər ki, burada tarixi pəncərələri qoruya bilməyiblər, plastik qoyublar, amma ümumi olaraq gözəl alınıb.
💬 Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil…

Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s.

Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmlıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Və s.

Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz.

Təbliğat və təşviqata da böyük ehtyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə TƏHLÜKƏSİZ DAVRANIŞ mədəniyyətini formalaşdırmaq olmalıdır.

Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur.

- Nəqliyyat eksperti Ərşad Hüseynov. Çox düz sözlərdir.
🚶‍♂️Hər bir piyada gəzintisi şəhərlə bir ünsiyyətdir.

Məktəbə avtomobil ilə və piyada gedən uşaqlardan “Məktəbdən evə aparan yol” rəsmi.

Əlavə şərhə ehtiyac yoxdur.
Bizə çox yazırlar ki, gəlin Azərbaycanın regionlarını çəkin, buradakı vəziyyətini göstərin.

Və biz başladıq! 🇦🇿 İlk şəhərimiz Quba oldu.

Qubanı mən çox sevirəm, çox gözəl bir rayondur. Lakin şəhərin özündə vəziyyət məni çox təəssüfləndirdi.

Memar Dilqəm İsmayılov ilə buranı piyada gəzişdik, Qubadakı küçələrin, parkların, evlərin və tarixi abidələrinin vəziyyətdən ətraflı danışdıq.

https://youtu.be/NHrykV7ONcU

🔹 Əsas videoya düşməyən kadrları izləmək üçün İnsan yönümlü şəhərlər layihəsinin Patreon səhifəsinə qoşula bilərsiniz.
🔹 Birdəfəlik
ianə göndərməklə də bizim işimizə böyük dəstək göstərmiş olursunuz.
Qafqazın ən böyük və ən sürətlə inkişaf edən şəhərdə səki.

📍 Bakı, 2023-cü il.
Bu köşklər getdikçə şəhəri geridəqalmış ölkələrə bənzədir.

Küçə ticarəti lazımdır, lakin bu cür nizamsız və eybəcər formada yox.
🇦🇿 Bakı şəhərin mərkəzində tarixi küçələrin vaxtında düzgün təmir edilməməsinin nəticəsi.

🔸 Səkilər çox yerdə yoxdur.
🔸 Parkinq yerlərin özbaşına təşkili və zəbt edilməsi.
🔸 Piyadalar məcburdur yolun ortası ilə hərəkət etməyə.

Buranı ortaq küçə etməklə müasir və hər kəs üçün rahat yer etmək olardı. Bu küçələr haqqında vaxtında bloqda yazmışdım.
📍 "28 May" (Dəmiryolu vağzalı) meydanını daha da eybəcər etməyə davam edirlər.

İdi buradakı binaya böyük bir ekran quraşdırılır. Bakıda dizayn-kod yoxdur deyə, hərəsi necə istəyir elə də şəhəri vizual olaraq zibilliyir.
🏢 MİDA evlərini nəhayət ki ətraflı gəzdik və sizə göstərməyə hazırıq!

Sosial evlər kimi tanınan bu tip binalarda ev almaq üçün növbələr düzülür, hərrac zamanı qalmaqallar olur.

Bəs bu evlərdə mənzil almağa dəyərmi? Burada mühit və keyfiyyət varmı? Yeni vloqda buna cavab tapacaqsınız.

https://youtu.be/Lo18qORptWY

🔹 Əməyimizə dəyər vermək üçün bizə maddi dəstək göstərə bilərsiniz.

🔸 Patreona abunə olanlar isə videolarımızın daha geniş versiyasını izləyir.
🇬🇪 Tbilisi şəhərində küçənin transformasiyası.

Lazımsız dərəcədə enli sovet tipli küçədə təhlükəsizlik adacıqları yaradıldı, avtobus və velosiped zolaqları təşkil olundu.
Koroğlu Rəhimov küçəsində səkidə parkinq təşkil edib hələ qabağına şlaqbaum da qoyublar.

Xəstədilər, dəlidirlər, nədirlər?! 🤦‍♂️
🛑 Yarımçıq görülümüş tədbirlər.

Bizdə niyə bir çox işlər yarı-yarımçıq görülür?

Bura yenə də Koroğlu Rəhimov küçəsidir. Yadınıza gəlirsə, burada lazımsız yerüstü keçidi sökdülər, amma səkidəki bu dirəklər 2 aydır qalır və piyadalara maneə törədir.

Elə dünən paylaşdığımız şlaqbaumu da yarımçıq sökdülər. Əsas konstruksiya hələ də yerindədir.
🇳🇱 Amsterdamda küçə sahəsini avtomobil parkinqindən boşaltmaq üçün su kanalının altında 600-maşınlıq qaraj tikdilər.

Ümumi olaraq bu şəhərdə 2025-ci ilə qədər şəhərdə 10 min avtomobil yeri yığışdırılacaq və insanlara qaytarılacaq.