İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.05K photos
247 videos
628 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚠️ Uşaqların həyatlarını xilas edən etirazlar.

🇳🇱 Bu gün Sizə Niderland tarixindəki bir dönüş nöqtəsi haqqında danışmaq istəyirəm.

Keçən əsrin ortalarında burada, digər Avropa ölkələrində olduğu kimi, avtomobillərin sayı kəskin artmağa başladı. Küçələrdən tramvayları yığışdırıb, onların yerində geniş və sürətli yollar salınırdı (tanışdırmı?).

Təbii ki, avtomobilləşmə qəzaların sayına da təsir etdi. Belə ki, 1971-ci ildə Niderland yollarında 3300 nəfər həyatını itirmişdi, onların 400-dən çoxu uşaq idi.

Qəzəblənən ictimaiyyət "Uşaqları öldürməyi dayandırın" (Stop de Kindermoord) kampaniyasına start verdi. Minlərlə insan etirazlara çıxdı.

Dövlət məcbur olub tədbirlərə keçdi. Şəhərlər yeni, daha təhlükəsiz konsepsiya haqqında düşünməyə başladı. Məhs bu addımlar nəticədə İsveçdə qəbul olunan "Vision Zero" proqramının əsasında durdu.

Son 40 il ərzində Niderlanda yol qurbanların sayı 5 dəfədən çox azalaraq, 3300-dən təxmini 600-ə düşüb. Bu gün bu ölkənin küçələri dünyanın ən təhlükəsiz sırasındadır.

🔸 Xatırladım ki, Niderland əhalisi təxmini 18 milyon təşkil edir. Azərbaycanda isə 10 milyon əhaliyə hər il 800-dən çox yol qurbanı düşür. Avtomobil sayına görə götürsək, fərq daha çox nəzərə çırpır.

#təhlükəsizlik #qəzalar #visionzero
🚍 İctimai nəqliyyatda yavaş-yavaş yeniliklərə əl atmağa başladılar.

Bu gün Yerüstü Nəqliyyat Agentliyi (AYNA) elan etdi ki, "BakıKart" üçün mobil tətbiq hazırlanıb və artıq kartın balansını artırmaq və hətta QR-kod vasitəsilə gedişi ödəmək mümkündür.

Yaxşı bir yenilikdir, ödəniş terminallardan asılılıq daha da azalacaq.

Gediş haqqına dair digər vacib yenilikləri də gözləyirəm:
🔹 Təmassız bank kartları ilə birbaşa ödəniş
🔹 Aylıq və illik abunə kartları
🔹 Ödənişsiz transfer (müvafiq vaxt çərçivəsində)
🔹 Metro və qatar ilə daha sıx inteqrasiya
🔹 Müvafiq əhali qruplarına endirimlər (tələbələr, misal üçün)

Avtobus nəqliyyatına dair yaxın günlərdə geniş vloq da efirə çıxacaq.

#ictimainəqliyyat
Sabah üçün qızğın iş gedir: trol dəstələri üçün şərhlər yazılır, xəbər saytları üçün müsbət tonlarda xəbərlər hazırlanır, günahkarlar axtarılır, erməni təxribatının olduğu ortaya çıxır, kənddə silahlı, radikal dini qruplaşmalar tapılır, "jurnalistlər" yerli sakinlərdən müsahibə götürür və onlardan yaradılmış şəraitlə bağlı razılıqlarını göstərən müsahibələr alırlar. Sonda kəndə asfalt yol çəkilir və kamera uzaqlaşarkən kənd sakinləri əl nifrət dolu süni gülüşlərlə əl sallayırlar.

Qara pərdələr bağlanır. Hamı heç nə olmamış kimi çıxıb gedir evinə.

©️ Rəsul Həsən.
Əvvəl və sonra.

Səkilərin və ağacların bu cür məhv edilməsi Gədəbəydəki baş verən özbaşınalıqdan heçnə ilə fərqlənmir.

📍 Masazır qəsəbəsi.

#səkilər #ağaclar
Taksi qiymətlərinin qalxmasına söz verirlər, insanlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirlər.

Yaxşı, bəs bizim yeganə yerüstü ictimai nəqliyyat olan 🚍 avtobus infrastrukturu nə gündədir?

Urbanist İlkin Babayev və ekspert Rauf Ağamirzəyevlə birgə bu məsələni əyanı araşdırdım. Bakıda avtobusla gəzişdik, Əhmədli qəsəbəsində dırnaqarası "avtobus zolaqları" və acınacaqlı vəziyyətdə olan piyada infrastrukturu haqqında ətraflı danışdıq.

https://youtu.be/UwcY_1KjQNA

🔹 Urbanistika və nəqliyyat haqqında ətraflı danışan yeganə vloqa dəstəyinizi isə Patreon-da gözləyirik. Əvəzində isə Patronlarımız videolara hamıdan tez izləyə bilir və vloqların eksklüziv geniş versiyalarına baxa bilir.
Digər dəstək üsulları
burada.

#vloq #ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vaqner Moskvaya yaxınlaşır, qarşısını almaq üçün Rusiyanın paytaxtına gedən avtomobil yollarını qazırlar.

Bizdə yeni təmirdən çıxmış yolu qazan “Azərsu”nu xatırlatdı 😆
Bu ölkəni necə sevməyəsən?

Düz velosiped zolağının üzərində svetofor dirəyi quraşdırıblar.

#velosipedzolaqları
Bakıda parklanma rəsmi olaraq ödənişli oldu!

Bu da qiymətlər ☝️

#parklanma
🅿️ Bakıda ödənişli parklanmanın xəritəsi.

Nazirlər Kabinetinin dərc etdiyi küçələrin siyahısına əsaslanaraq, zonalar üzrə bölünmə təxmini bu cür olacaq. ☝️

Heç bir zonaya düşməyən küçələrdə parklanma ödənişsizdir.

#parklanma
🇦🇿 Lənkəranda sıravi bir səki. Regionlarda, təəssüf ki, belə hallara addım başı rast gəlinir.

Piyadaların hərəkəti ümumiyyətlə nəzərdə tutulmur.

#səkilər #Lənkəran #regionlar
❗️ Bu köşklərlə özbaşınalıq artıq pik səviyyəsinə çatıb.

Səkinin 100%-ni zəbt edirlər, piyadaları yolun qırağı ilə hərəkət etməyə məcbur edirlər.

#səkilər #köşklər
Bakıda səkilərin oğurlanması davam edir.

📍 Haqverdiyev küçəsi, Yasamal

#səkilər
Dünyanın ən avtomobilləşmiş ölkəsi ABŞ asta templə olsa da, velosiped infrastrukturunu qurmağa davam edir. Bu məsələyə də əsaslı yanaşırlar.

Velosiped zolaqlarının təşkilində yolayrıcıların quruluşu önəmlidir. Fikir verin ki, hər tərəfdən kiçik təhlükəsizlik adacıqları nəzərdə tutulub ki, avtomobillər sürəti azaltsın və qəza riski minimuma azalsın.

📍 Santa Monika, Kaliforniya.

#ABŞ #velosipedzolaqları