İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.06K photos
247 videos
630 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bu köşklər getdikçə şəhəri geridəqalmış ölkələrə bənzədir.

Küçə ticarəti lazımdır, lakin bu cür nizamsız və eybəcər formada yox.

#səkilər #köşklər
🇦🇿 Əziz Bakı, ümid edirəm səkiləri daraldan, piyadaların yollarını kəsən və şəhərə eybəcərlikdən başqa heçnə gətirməyən bu cür köşklərdən sən bir gün qurtulacaqsan.

Küçə ticarət olmalıdır, lakin insanlara naratlıq gətirəcək və şəhərin simasını pozan formada yox.

📍 Səməd Vurğun bağı.

#səkilər #köşklər
❗️ Bu köşklərlə özbaşınalıq artıq pik səviyyəsinə çatıb.

Səkinin 100%-ni zəbt edirlər, piyadaları yolun qırağı ilə hərəkət etməyə məcbur edirlər.

#səkilər #köşklər
❗️Səkinin 90%-i zəbt olunub.

Görəsən, nə vaxt dövlət qurumları oyanıb bununla nəisə etmək fikirindədirlər? Bu şəhərin yiyəsi var, yoxsa yox?

📍 Bakı, Xəqani Rüstəmov küçəsi.

#səkilər #köşklər
Artıq bu köşklər şəhərin düz göbəyində, tarixi mərkəz küçələrində də quraşdırılır.

Şəhərin heç bir dizayn kodu olmadığına görə, xarici görünüşə, yerləşmısinə də fikir verən yoxdur.

📍 Nizami (“tarqovu”) küçəsi, Xəqani bağının yanı.

Fotoları izləyici göndərib.

#köşklər
⬆️ Əvvəllər köşklər ancaq səkiləri zəbt edirdi, indi növbəti mərhələyə çıxıblar.

Düz yolun ortasında bir köşkün yiyəsi nə az nə çox - 10 soyuducu quraşdırıb.

Görəsən baş planda buna dair nə deyilir?

#köşklər
Bir köşkün traqikomik hekayəsi.

🔸 Deməli, keçən ilin iyul ayında Bakıda səkinin zəbt edilməsi ilə bağlı bir foto paylaşılmışdır.

🔹 Sonra sosial mediada gündəm olandan sonra, məsələni həll etdilər, soyuducuları çəkdilər qırağa.

🔸 Amma üstündən bir il keçməmiş işə vəziyyət eynidir. 3-cü foto bu gün çəkilib, yenə soyuducular əvvəlki qaydada düzülüb.

Bu necə baş verir? Bu köşklərdən gecə-gündüz şikayət edirlər, amma qayda-qanuna salmaq niyə mümkün deyil?


#köşklər