İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.05K photos
247 videos
628 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Əvvəl və sonra.

Səkilərin və ağacların bu cür məhv edilməsi Gədəbəydəki baş verən özbaşınalıqdan heçnə ilə fərqlənmir.

📍 Masazır qəsəbəsi.

#səkilər #ağaclar
Taksi qiymətlərinin qalxmasına söz verirlər, insanlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirlər.

Yaxşı, bəs bizim yeganə yerüstü ictimai nəqliyyat olan 🚍 avtobus infrastrukturu nə gündədir?

Urbanist İlkin Babayev və ekspert Rauf Ağamirzəyevlə birgə bu məsələni əyanı araşdırdım. Bakıda avtobusla gəzişdik, Əhmədli qəsəbəsində dırnaqarası "avtobus zolaqları" və acınacaqlı vəziyyətdə olan piyada infrastrukturu haqqında ətraflı danışdıq.

https://youtu.be/UwcY_1KjQNA

🔹 Urbanistika və nəqliyyat haqqında ətraflı danışan yeganə vloqa dəstəyinizi isə Patreon-da gözləyirik. Əvəzində isə Patronlarımız videolara hamıdan tez izləyə bilir və vloqların eksklüziv geniş versiyalarına baxa bilir.
Digər dəstək üsulları
burada.

#vloq #ictimainəqliyyat
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vaqner Moskvaya yaxınlaşır, qarşısını almaq üçün Rusiyanın paytaxtına gedən avtomobil yollarını qazırlar.

Bizdə yeni təmirdən çıxmış yolu qazan “Azərsu”nu xatırlatdı 😆
Bu ölkəni necə sevməyəsən?

Düz velosiped zolağının üzərində svetofor dirəyi quraşdırıblar.

#velosipedzolaqları
Bakıda parklanma rəsmi olaraq ödənişli oldu!

Bu da qiymətlər ☝️

#parklanma
🅿️ Bakıda ödənişli parklanmanın xəritəsi.

Nazirlər Kabinetinin dərc etdiyi küçələrin siyahısına əsaslanaraq, zonalar üzrə bölünmə təxmini bu cür olacaq. ☝️

Heç bir zonaya düşməyən küçələrdə parklanma ödənişsizdir.

#parklanma
🇦🇿 Lənkəranda sıravi bir səki. Regionlarda, təəssüf ki, belə hallara addım başı rast gəlinir.

Piyadaların hərəkəti ümumiyyətlə nəzərdə tutulmur.

#səkilər #Lənkəran #regionlar
❗️ Bu köşklərlə özbaşınalıq artıq pik səviyyəsinə çatıb.

Səkinin 100%-ni zəbt edirlər, piyadaları yolun qırağı ilə hərəkət etməyə məcbur edirlər.

#səkilər #köşklər
Bakıda səkilərin oğurlanması davam edir.

📍 Haqverdiyev küçəsi, Yasamal

#səkilər
Dünyanın ən avtomobilləşmiş ölkəsi ABŞ asta templə olsa da, velosiped infrastrukturunu qurmağa davam edir. Bu məsələyə də əsaslı yanaşırlar.

Velosiped zolaqlarının təşkilində yolayrıcıların quruluşu önəmlidir. Fikir verin ki, hər tərəfdən kiçik təhlükəsizlik adacıqları nəzərdə tutulub ki, avtomobillər sürəti azaltsın və qəza riski minimuma azalsın.

📍 Santa Monika, Kaliforniya.

#ABŞ #velosipedzolaqları
Yeni tikililərdə mənzillərin qiyməti düşəcək.

Xüsusilə yuxarı mərtəbələrdə.
🅿️ Bakıda ödənişli parklanmanın təsdiq edilməsinin bir vacib üstünlüyü var. Bu, səkilərin özbaşına zəbt edilməsi və parklanmaya çevrilməsi templərini xeyli azalda bilər.

İndi vəziyyət necədir? Özünü vacib hesab edən, icra hakimiyyəti ilə "yaxşı münasibətdə" olan sahibkar gəlir, səkini kəsir, parkinq təşkil edir və həmin parkinq qanuna görə tam ödənişsizdir, uzağı obyekt sahibi bir nəfər parkovşik qoyur ora ki, nəzarət etsin.

Lakin, bu parkovşikləri küçələrdən yığışdırandan sonra belə bir özbaşınalıq olmayacaq və hər kəs qanuni 1-2 manat verib avtomobilini saatlarla həmin yerlərdə saxlaya biləcək və mütləq deyil ki, həmin sürücü yaxında olan obyektin müştərisi olsun.

Belə halda obyekt sahibi heçnə qazanmır, həmin 4-5 parkinq yeri ona heçnə qazandırmayacaq.

⚠️ Təbii ki, bu, yalnız o halda baş verə bilər ki, parklanmaya sözün əsl mənasında CİDDİ nəzarət olsun. Əgər köhnə qaydada kimsə həmin yerlərə konuslar və su bidonları qoysa, DYP və AYNA buna göz yumsa, o zaman proqresdən danışmaq mümkün olmayacaq.

📍 Fotoda isə çox maraqlı bir keysdir. Nizami kinoteatrın qabağında özbaşına təşkil olunan parkinq o qədər rezonans yaratdı ki, hətta ölkənin prezidenti buna qarışdı və bu parkinq yığışdırıldı. Bu hadisə isə heç kimə dərs olmadı. Çünki sistem problemidir və köklü ishalat tələb edir.

#parklanma
Yadınıza gəlirsə, 1 ay əvvəl birinci fotonu paylaşmışdım, Misirdə güya tıxaclarla mübarizədə yolu genişləndirmişdirlər.

Və budur, nəticəsi bəllidir, bir ay keçmədən bu yolda yenə tıxacdır. 🙂

Çünki nəqliyyat elmi çoxdan sübut edib ki, yolun genişləndirməsi tıxac problemini həll etmir.

"Bu yol bir az da geniş olsaydı, tıxac olmazdı" deyən dostlarınızla bu postu paylaşın.
🇺🇿 Daşkənd Bakının səhvlərini təkrarlayır.

Maraqlıdır ki, baxmayaraq ki, burada metronun inkişafından, tramvayların bərpasından danışırlar, avtobuslar üçün zolaqlar ayırırlar, eyni zamanda tıxaclarla mübarizədə ən qeyri-effektiv addımlara əl atırlar. Artıq nəqliyyat elmi sübut edib ki, bu cür yeni yol qovşaqların salınması sadəcə qısa müddətli effekt verir, çünki daha çox sürücü bura daxil olur və vəziyyət daha da bərbad olur.

Uzağa getmək lazım deyil, 2005-2010-cu ildə Bakıda nə qədər belə qovşaqlar tikdilər, indi isə onların ətrafı sadəcə böyük bir tıxacda dayanır.

Ümid edirəm, heç olmasa Bakıda bir daha belə səhvlərə əl atmazlar. Bu cür yol qovşaqları yalnız şəhərdən kənar yollarda olmalıdır.

Foto: Gazeta.uz

#Daşkənd