İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.05K photos
247 videos
628 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇦🇿 Mingəçevir şəhərinin geniş səkiləri.

Həm də görünür ki, burada çoxlu yaşıllıq var, ağaclar təbii olaraq buranın havasını sərinlərdirir.

#Mingəçevir #səkilər #regionlar
Ötən gecə dövlət qurumlarının məsuliyyətsizliyi nəticəsində Hövsan yolunda birdən birə 3 nəfər həlak olub. Hamısı da bir ailənin üzvləri (nənə, ana və uşaq). Səbəb - yolların işıqlandırmaması və sürücünün piyadaların vaxtında görməməsi.

Baxmayaraq ki, Azəravtoyol agentliyinə (AAYDA) hər il milyardlarla pul ayrılır, hələ də yolların işıqlandırılması böyük bir problem olaraq qalır.

O gün Mingəçevir şəhərindən Bakıya qayıdarkən fikir verdik ki, Respublika əhəmiyyətli "M2 Bakı-Qazax" magistralının əksər hissəsində işıqlandırma ya qoşulmur ya da ümumiyyətlə yoxdur. Heç uzağa getməyək, Bakı-Aeroport yolunda gecə saat 12-dən sonra işıqları söndürürlər.

İnsanların həyatları hesabına işıq pulunu qənaət edilir? Belə şey olar? Maraqlıdır ki, hətta 2019-cu ildə prezident bu məsələyə toxunsa da vəziyyət acınacaqlı olaraq qalır.

Təəssüf ki, dünən baş verən hadisədə günahı bədbəxt sürücünün üzərinə atacaqlar, halbuki məsuliyyət birbaşa olaraq yol infrastrukturuna cavabdeh olan qurumlarının üzərində. Bir çox ölkələrdə məhs cavabdeh qurumlara qarşı cinayət işi açılır bu cür hallarda.

Ən dəhşətli isə odur ki, belə hadisədən heç bir piyada və heç bir sürücü sığortalanmayıb.

#regionlar #təhlükəsizlik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬 Tural Yusifov Hövsandakı əlverişsiz piyada keçidlərindən danışdı və çox yaxşı izah etdi.

Bu cür keçidlər narahatdır və əksinə təhlükəsizliyə ziddir.

#piyadakeçidləri #təhlükəsizlik
Bura Çernobıl deyil, 🇦🇿 Bakının Zığ qəsəbəsidir.

Buranın səki problemini bir neçə dəfə kanalda paylaşmışdım, lakin vəziyyət lap məyusedici imiş. İstər küçələri, istər insanların yaşadığı şərait - pozitiv bir şey tapmaq çox çətindir.

💬 Zığda yaşayan və bloqun müəlliflərindən biri olan İlkin Babayevlə Zığda gəzişdik və Bakının ən unudulmuş qəsəbəsinin bugünkü vəziyyətini sizə göstərməyə hazırıq.

https://youtu.be/n4fVpI3cXE8

❗️Dostlar, bu cür vloqların davamlı olmasını istəyirsinizsə, sizin dəstəyiniz olduqca vacibdir. Patreon-da göstərdiyiniz hətta kiçik maliyyə dəstəyiniz bizə urbanistika həsr olunan videoları müntəzəm şəkildə buraxmaq üçün əlavə stimul verir.

#vloq #Zığ
Dünəndən bəzi elektroskuter icarə şirkətləri polis reydlərinə istinad olaraq fəaliyyətini dayandırıblar.

Təbii ki, bunun geci-tezi var idi. Güman ki, kimsə skuterlə ağır qəza törədib və polisə tapşırıq gəlib ki, "Yığışdırın bunları, bizə yaraşmır".

Bəs çıxış yolu qadağadırmı? Təbii ki, xeyr. Bu suala ətraflı cavab vermişdim və çıxış yollarından hələ keçən il video çəkmişdim.

Dövlət Yol Polisi və digər məsul qurumların əməkdaşlarına izləməyi tövsiyə edirəm.

https://youtu.be/lGtTJwxRLcQ

#vloq #skuterlər
8-ci mikrorayonun kontrastları.

Maraqlıdır ki, Bakı mikrorayonların ətrafında küçələr, səkilər və nəqliyyat infrastrukturu heç də ürəkaçan olmasa da, burada yaşıl və həyat dolu həyətlərə rast gəlmək olar.

🔹 Buradan da vloq çəkdik. Patreon-da bizi dəstək göstərən izləycilər, daha tez izləyə bilər.

#səkilər
🆘 Bütün saytlar xəbər dərc edir ki, bəs sürücülər üçün cərimələr qaldırılır! Diqqət...

Birincisi, bu qanun layihəsidir, hələ ki heçnə təsdiq olunmayıb.

İkincisi də, hətta bu qanun layihəsində ciddi bir islahat görmədim. 41-60 km/s sürət aşmasına görə cərimə onsuzda az deyildi (150 AZN idi, təklif olunur 200). Lakin 20 km/s aşmasına görə cərimə elə gülməli 10 manat səviyyəsində qalır.

Yəni siz şəhərdə 80 km/s maşın idarə etsəniz adam öldürə bilərsiniz, amma buna görə sizə cəmi 9 AZN cərimə düşəcək (endirimi nəzərə alaraq).

Amma səkidə maşın saxlamasına görə, piyadaların hərəkətinə maneə törətmısində görə heç bir qanun dəyişikliyi nəyə görə sə heç kimin yadına düşmür.

#cərimələr
🇪🇬 Misirdə güya tıxacları azaldmaq üçün şəhərin ən dəyərli məkanını - dəniz qırağını asfalta döşəyib 10 zolaqlı yol çəkiblər.

Təəsüf ki, belə bəsit düşüncəyə məxsus insanlar hələ də bizim qərarverən məmurlar arasında mövcuddur.

Daimi izləyicilər bikir ki, yolların genişləndirilməsi dünyanın heç vaxt tıxac problemini həll etmir. Təzə qoşulanlar isə bu haqda buradan oxuya bilər.

#tıxaclar
‼️ Avtobus cibləri nəinki lazımsız, hətta təhlükəlidir.

Bu qəza Bakıda baş verib. Vaxtına qənaət etmək istəyən avtobus sürücüsü cibə daxil olmadı, nəticədə sərnişini maşın vurdu.

Burada "qəribə" heç nə yoxdur. Bizdə 90% avtobus sürücüləri ciblərdən istifadə etmir (fotolarda baxa bilərsiniz), çünki bu əlavə vaxt itkisidir, onsuz da bu avtobuslar daima tıxaclarda ilişib qalır və qrafikdən gecikir.

🔹 Dünyanın inkişaf etmiş ölkələrində bu ciblərdən imtina edirlər, hətta dayanacağı çıxıntılı edirlər ki, avtobus dayanacaqda minimum vaxt itirsin. Dördüncü şəkildə bu aydın görsənir.

🔹 Azərbaycanda cəmi bir çıxıntılı dayanacaq var, o da Pirallahı qəsəbəsindədir. Onu da "rəhmətlik" BNA təşkil etmişdi.

#ictimainəqliyyat #təhlükəsizlik
Piyadalar üçün ən rahat şəhər nəhayət ki, tapıldı.

Bura Mingəçevirdir! 🇦🇿

Geniş (çox geniş) səkilər, səliqəli şəhərsalma və yaşıllıq ilə fərqlənən Azərbaycanın ən uğurlu şəhərlərin birinə yeni vloqda sizi tanış edəcəm.

https://youtu.be/SgQLjcfOrTM

🔹 İşimizə dəyər vermək üçün isə sizdən dəstək gözləyirik 🙏. Patronlar isə bütün vloqların daha geniş versiyaların və daha erkən izləyə bilirlər.

#vloq #Mingəçevir #regionlar