İnsan yönümlü şəhərlər ️
2.89K subscribers
1.87K photos
215 videos
576 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Dünəndən bəzi elektroskuter icarə şirkətləri polis reydlərinə istinad olaraq fəaliyyətini dayandırıblar.

Təbii ki, bunun geci-tezi var idi. Güman ki, kimsə skuterlə ağır qəza törədib və polisə tapşırıq gəlib ki, "Yığışdırın bunları, bizə yaraşmır".

Bəs çıxış yolu qadağadırmı? Təbii ki, xeyr. Bu suala ətraflı cavab vermişdim və çıxış yollarından hələ keçən il video çəkmişdim.

Dövlət Yol Polisi və digər məsul qurumların əməkdaşlarına izləməyi tövsiyə edirəm.

https://youtu.be/lGtTJwxRLcQ

#vloq #skuterlər
🛴🇫🇷 Sentyabrın 1-dən Parisdə elektroskuterlər qadağan olunur.

Bu xəbəri indi hamı tirajlayır. Çoxu şərh edir ki, bəs "Bizdə də mütləq olsun, skuterlər bezdirdilər. Paris edibsə, bizdə etməliyik!".

Əslində burada bir neçə vacib nüans var ki, onları kontekstdən çıxarmaq olmaz.
🔹 Parisdə yalnız İCARƏ skuterləri qadağan olunub. Şəxsi skuterlərdən sərbəst istifadə edə bilərsiniz.
🔹 Parisdə əsas qadağa skuterlərin düzgün park edilməməsi görə idi, kim harada gəldi atıb gedirdi onları.
🔹 Paris bunları qadağan etməklə, yenə də ikitəkərli mobillik üzərində işləməyə davam edir. Daha çox elektrik velosiped icarəsinə üstünlük veriləcək, daha çox velosiped zolaqları salınacaq.

Yəni, siz "Bizdə də Parisdəki kimi olsun" çağırışları edirsinizsə, ilk növbətə Parisdəki kimi velosiped yollarının uzunluğunu tələb edin. Bu gün Parisdə 700 km velosiped zolağı varsa, Bakıda bu heç 5 km təşkil etmir.

#skuterlər #Paris
🛴 Daha bir skuter icarəsi şirkəti Bakıda fəaliyyətə başlayıb.

"Bolt"-un reklamı kimi çıxmasın, amma daha çox infrastruktur daha çox istifadəçi cəlb edəcək və bu sahənin biznesinə imkanlar yaradacaq (tək icarə yox, satışlar da artacaq).

🔹 Bakıda son həftələr ərzində bir sıra küçələrdə velosiped zolaqları salınıb. Bu işin davamlı olması önəmlidir ki, insanlar velosiped və skuteri qısa məsafələrdə alternativ nəqliyyat kimi baxsınlar.

#skuterlər
🛴 Mikromobilliyin “50 çaları”.

📍 Sahil bağı, Bakı.

#skuterlər