İnsan yönümlü şəhərlər ️
3.14K subscribers
2.08K photos
250 videos
638 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Əvvəl və sonra.

Səkilərin və ağacların bu cür məhv edilməsi Gədəbəydəki baş verən özbaşınalıqdan heçnə ilə fərqlənmir.

📍 Masazır qəsəbəsi.

#səkilər #ağaclar
🌳 Metrodan ayaqla gəziləsi məsafədə (500 metr) yerləşən Baksell arena üçün stadionun özü boyda parkovka tikiblər.

Şəkildə göründüyü kimi ərazidə böyük miqdarda ağac var idi. Yəni sağlam həyat tərzi haqda olan oyun üçün bu qədər ağac məhv etməyə nə gərək var idi 🤦‍♂️

©️ Facebook / EcoKönüllü.

#ağaclar #əvvəlsonra
🌳 Ağaclar şəhərin kondisioneridir. Bu ifadəni dəfələrlə səsləndirmişəm.

Bu gün Bakıda “cəhənnəm istisi” hökm sürsə də, bəzi Türkiyə kurortlarında yay bizdən də isti keçir.

Amma Alanyanın nümunəsində mən hələ keçən il göstərdim ki, ağacların yaratdığı kölgələr havanı 10 dərəcədə daha sərin edə bilər.

Eyni zamanda vloqda şəhər mühiti və dəniz qırağı haqqında danışmışdım.

Baxmamısınızsa, məncə əsl vaxtıdır. ⤵️

https://youtu.be/O_fJ9TTKw24

#vloq #ağaclar
🌳 Ağaclar şəhərin kondisioneridir.

🌞 Bakı kimi yayı isti keçən şəhərlərdə yaşıllığın olması olduqca önəmlidir. Ağacların küçələrdə yaratdığı kölgələr və mikroiqlim şəhəri daha sərin və gəzməli məkana çevirir.

🔹 Biricni foto - Azadlıq prospekti.
🔸 İkinci foto - 8 noyabr prospekti.

#ağaclar
🌳 Və təbii ki, küçədəki ağaclar və yaratdıqları kölgələr tək piyada gəzmək deyil, velosiped sürmək üçün münbit şərait yaradır.

🇧🇬 Fotolarda Sofiya şəhəridir. 🚲 Burada velosiped sürərdiniz?

#velosipedzolaqları #ağaclar #Sofiya
🌳 Ekoloji vəziyyəti və şəhərin mikroiqlimini tək küçələrdəki ağaclarla deyil, binaları və onlarını damlarını yaşıllaşdırmaqla tənzimləmək olur.

🇸🇬 Sinqapurdan misallar və bəzi konseptlər.

#ağaclar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌳 Ağaclar küçəni necə daha sərin edir - animasiya.

📸: WATG designs.

#ağaclar
🌳 Bakının yaşıl və kölgələri küçələri.

Şəhərimizdə kifayət qədər yaşıl, kölgəli və bunun sayəsində ən azı bir hissəsi sərin qalan küçələr var, onların dəyərini bilməliyik.

🔹 Özünüz bir gün çıxın yayın istisində sözügedən küçələrlə gəzişin və ağac olmayan yerlərə nisbətən dərhal fərqi hiss edəcəksiniz.

#ağaclar
Ağaclar soyqırımı davam edir.

💬 İzləyici yazır:

Haqverdiyev küçəsində yekə ağacları kəsirlər. Bunu edən işçilər heç özləri səbəbini bilmir.

#ağaclar
Nizami küçəsində ağaclar belə öldürülür.

🌳 Burada vaxtilə parkinq üçün səkini kəsiblər, lakin son təmir işlərindən sonra kökündən asfaltlayıblar. Bu ağaclar öləcək, daha sonra kəsiləcək və küçə növbəti səhraya çevriləcək. Burada illər öncə əkilən bəzi ağaclar artıq məhv olunub.

📍 Düz şəhərin mərkəzidir bura. “Formula-1” trassından bir tin yuxarı.

#ağaclar