İnsan yönümlü şəhərlər ️
3.09K subscribers
2.05K photos
246 videos
627 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🅿️ Bakıda ödənişli parklanmanın xəritəsi.

Nazirlər Kabinetinin dərc etdiyi küçələrin siyahısına əsaslanaraq, zonalar üzrə bölünmə təxmini bu cür olacaq. ☝️

Heç bir zonaya düşməyən küçələrdə parklanma ödənişsizdir.

#parklanma
🇦🇿 Lənkəranda sıravi bir səki. Regionlarda, təəssüf ki, belə hallara addım başı rast gəlinir.

Piyadaların hərəkəti ümumiyyətlə nəzərdə tutulmur.

#səkilər #Lənkəran #regionlar
❗️ Bu köşklərlə özbaşınalıq artıq pik səviyyəsinə çatıb.

Səkinin 100%-ni zəbt edirlər, piyadaları yolun qırağı ilə hərəkət etməyə məcbur edirlər.

#səkilər #köşklər
Bakıda səkilərin oğurlanması davam edir.

📍 Haqverdiyev küçəsi, Yasamal

#səkilər
Dünyanın ən avtomobilləşmiş ölkəsi ABŞ asta templə olsa da, velosiped infrastrukturunu qurmağa davam edir. Bu məsələyə də əsaslı yanaşırlar.

Velosiped zolaqlarının təşkilində yolayrıcıların quruluşu önəmlidir. Fikir verin ki, hər tərəfdən kiçik təhlükəsizlik adacıqları nəzərdə tutulub ki, avtomobillər sürəti azaltsın və qəza riski minimuma azalsın.

📍 Santa Monika, Kaliforniya.

#ABŞ #velosipedzolaqları
Yeni tikililərdə mənzillərin qiyməti düşəcək.

Xüsusilə yuxarı mərtəbələrdə.
🅿️ Bakıda ödənişli parklanmanın təsdiq edilməsinin bir vacib üstünlüyü var. Bu, səkilərin özbaşına zəbt edilməsi və parklanmaya çevrilməsi templərini xeyli azalda bilər.

İndi vəziyyət necədir? Özünü vacib hesab edən, icra hakimiyyəti ilə "yaxşı münasibətdə" olan sahibkar gəlir, səkini kəsir, parkinq təşkil edir və həmin parkinq qanuna görə tam ödənişsizdir, uzağı obyekt sahibi bir nəfər parkovşik qoyur ora ki, nəzarət etsin.

Lakin, bu parkovşikləri küçələrdən yığışdırandan sonra belə bir özbaşınalıq olmayacaq və hər kəs qanuni 1-2 manat verib avtomobilini saatlarla həmin yerlərdə saxlaya biləcək və mütləq deyil ki, həmin sürücü yaxında olan obyektin müştərisi olsun.

Belə halda obyekt sahibi heçnə qazanmır, həmin 4-5 parkinq yeri ona heçnə qazandırmayacaq.

⚠️ Təbii ki, bu, yalnız o halda baş verə bilər ki, parklanmaya sözün əsl mənasında CİDDİ nəzarət olsun. Əgər köhnə qaydada kimsə həmin yerlərə konuslar və su bidonları qoysa, DYP və AYNA buna göz yumsa, o zaman proqresdən danışmaq mümkün olmayacaq.

📍 Fotoda isə çox maraqlı bir keysdir. Nizami kinoteatrın qabağında özbaşına təşkil olunan parkinq o qədər rezonans yaratdı ki, hətta ölkənin prezidenti buna qarışdı və bu parkinq yığışdırıldı. Bu hadisə isə heç kimə dərs olmadı. Çünki sistem problemidir və köklü ishalat tələb edir.

#parklanma
Yadınıza gəlirsə, 1 ay əvvəl birinci fotonu paylaşmışdım, Misirdə güya tıxaclarla mübarizədə yolu genişləndirmişdirlər.

Və budur, nəticəsi bəllidir, bir ay keçmədən bu yolda yenə tıxacdır. 🙂

Çünki nəqliyyat elmi çoxdan sübut edib ki, yolun genişləndirməsi tıxac problemini həll etmir.

"Bu yol bir az da geniş olsaydı, tıxac olmazdı" deyən dostlarınızla bu postu paylaşın.
🇺🇿 Daşkənd Bakının səhvlərini təkrarlayır.

Maraqlıdır ki, baxmayaraq ki, burada metronun inkişafından, tramvayların bərpasından danışırlar, avtobuslar üçün zolaqlar ayırırlar, eyni zamanda tıxaclarla mübarizədə ən qeyri-effektiv addımlara əl atırlar. Artıq nəqliyyat elmi sübut edib ki, bu cür yeni yol qovşaqların salınması sadəcə qısa müddətli effekt verir, çünki daha çox sürücü bura daxil olur və vəziyyət daha da bərbad olur.

Uzağa getmək lazım deyil, 2005-2010-cu ildə Bakıda nə qədər belə qovşaqlar tikdilər, indi isə onların ətrafı sadəcə böyük bir tıxacda dayanır.

Ümid edirəm, heç olmasa Bakıda bir daha belə səhvlərə əl atmazlar. Bu cür yol qovşaqları yalnız şəhərdən kənar yollarda olmalıdır.

Foto: Gazeta.uz

#Daşkənd
🇦🇿 Lənkərandan izləyicimiz varsa, növbəti vloqumuz məhs bu cənub şəhərinə həsr olunub.

Yeni videoda hər zaman olduğu kimi daha bir rayon mərkəzini məhs bir piyada olaraq təhlil edirik, buradakı mühiti necə yaxşı etmək olar, tarixini və arxitekturanı necə qorumalıyıq - hamısını əyani şəkildə göstəririk.

🔹 Əsas məqsədimiz - yaxşı şəhər mühiti nədir və onu necə təşkil etmək lazımdır (və necə lazım deyil) - bunların hamısını sizə sadə və maraqlı formada göstərməkdir, ümid edirəm sizə belə reportajlar maraqlı gəlir:

https://youtu.be/2F8X8p7G2As

📍 Milli urbanistikaya və bizim çəkdiyimiz vloqlara ən yaxşı dəstək isə patreon-a abunə olmaqla göstərə bilərsiniz.

#vloq #regionlar #Lənkəran
Dəyərli izləyicilərə müraciət.

🔹 "İnsan yönümlü şəhərlər" layihəsi artıq 5 ilə yaxındır ki, ölkəmizin urbanistik inkişafına öz tövhəsini vermək üzərində çalışıram. Hər hansı bir rəsmi təşkilat olmasam da, kifayət qədər maarifləndirə aparmaq, maraqlı və vacib xəbərləri, dünya təcrübəsini paylaşmaq imkanım var.

Bu spesifik, lakin eyni zamanda maraqlı bir sahəni həmyerlərimiz arasında da məşhurlardımağa çalışıram. Çünki urbanistika birbaşa olaraq insanların yaşayış keyfiyyətinə, həyat tərzinə və əhvali-ruhiyyəsinə təsir edir.

Biz daha yaxşı şəhərlərdə, daha sağlam mühitdə yaşamağa layiqiq. Küçələrdə piyada və yaxud nəqliyyatda hərəkət edərək həyatımızı risk altına atmamalıyıq.

🔹 Son aylar ərzində, mən maarifləndirmənin ən effektiv üsullara aksent verməyə çalışıram, urbanistika, şəhərsalma və nəqliyyat mövzusunda videolar çəkirəm. Bu sahənin ekspertlərini və mütəxəssislərini cəlb edirəm.

Vloqların çəkilişi asan bir iş olmasa da, bu işi yarımçıq qoymaq heç birimiz istəmir. Əksinə, istəyirik davamlı olaq və bu vloqların keyfiyyətini daha da artıraq. Həm texniki, həm vizual, həm də vloqların müxtəlif məkanlarda və mövzularda çəkilməsi cəhətindən. Bunun üçün resurslar və daimi dəstəyə ehtiyac yaranır.

🔹 Bu dəstəyi sadiq izləyicilərimizdən gözləyirəm. Patreon platformasında abunə olub aylıq ianələr göndərməklə böyük kömək göstərmiş olursunuz: patreon.com/city4people

Əvəzində isə patronlara bütün videoları hər kəsdən öncə göstərirəm, daha geniş versiyalar hazırlayıram və özəl hədiyyələr göndərirəm (dəstək statusundan asılı olaraq).

🔹 Əlbəttə ki, bu çağırışa asılı olmayaraq, bundan sonra da bloqda və vloqda paylaşılan məzmun hər kəs üçün açıq və ödənişsiz olacaq, çünki əsas dəyərlərimiz - mümkün qədər çox insanlarımızı maarifləndirək - dəyişməz olaraq qalır.

Bizə dəstək olan hər kəsə təşəkkürlər! 💚

@city4people_az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Tomsk şəhərində küçələrin birində sakinlər hərəkət etmək üçün boya ilə belə bir səki çəkdilər.

Sürücülər də bu səkiyə riayət edir, üzərinə çıxmır.

#səkilər
İnsan yönümlü şəhərlər ️
Bakıda səkilərin oğurlanması davam edir. ⠀ 📍 Haqverdiyev küçəsi, Yasamal #səkilər
İzləyicimiz yazır ki Haqverdiyev küçəsində oğurlanan səki geri qaytarıldı!

O tərəfdən kimsə keçsə, foto çəkib bizə göndərə bilər, fotofakt kimi paylaşarıq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔸 Haqverdiyev küçəsində vəziyyət.

Səkinin bir hissəsinin bərpasına başlayıblar (nədənsə daha alçaq bordürlar qoyurlar). Amma obyektin qarşısını qaytarmaq istəmirlər.

Video: Dilqəm İsmayılov.
❗️Səkinin 90%-i zəbt olunub.

Görəsən, nə vaxt dövlət qurumları oyanıb bununla nəisə etmək fikirindədirlər? Bu şəhərin yiyəsi var, yoxsa yox?

📍 Bakı, Xəqani Rüstəmov küçəsi.

#səkilər #köşklər