Neftçi PFK
1.44K subscribers
6.51K photos
693 videos
5 files
3.31K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
⚫️ Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu

Dünən “Neftçi” PFK, “YAŞAT” Fondu və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün stadion turu təşkil olunub. 16-18 yaşlı gənclər klubun “Bakcell Arena”da yerləşən muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar. Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan kollektiv əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Bu gün eyni məkanda keçirilən stadion turunda isə qonağımız Bakı-İstanbul liseyinin şagirdləri olublar.

#YAŞAT #YAŞATfondu #ASANxidmət #ASAN #Bakıİstanbulliseyi #Neftçi #NeftçiTV
📺 “Piramida” verilişinin növbəti qonağı fransız futbolçumuz Kilan Lebon oldu. Mayın 26-sı saat 15:30-da “Neftçi TV”də izləməyi unutmayın.

➡️ https://youtu.be/LsSjOn4AliU

#KeelanLebon #Piramida #NeftçiTV #Neftçi
🏆 İyunun 3-ü saat 20:00-da “Bakcell Arena” stadionunda “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunundan öncə hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı müəyyənləşib:

2 iyun, saat 17:30 – “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı;
2 iyun, saat 18:00 – “Neftçi”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);
2 iyun, saat 19:30 – “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı;
2 iyun, saat 20:00 – “Qəbələ”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq)

#AzərbaycanKuboku #Neftçi #NeftçiQəbələ
🎫 “Neftçi” – “Sabah” oyununun biletləri satışda

Premyer Liqanın sonuncu – 36-cı turu çərçivəsində mayın 28-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sabah-fk4/93194

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

#NeftçiSabah #Neftçi #tickets
⚫️ “Neftçi” xəbər”in bugünkü buraxılışı

➡️ https://youtu.be/GBshftqVrpg

#NeftçiTV #Neftçi
⚫️ Əziz azarkeşlər, sizi may ayının sonunadək hər həftə keçriləcək sual-cavab yarışında iştirak etməyə çağırırıq. Aşağıdakı linkə daxil olaraq ən çox suala ən tez və doğru cavab verən iştirakçılar “Neftçi”dən hədiyyə qazanacaqlar. Yarışın finalına 1 tur qaldı. İştirak edin, qazanın! 🎁

➡️ https://t.ly/azTl

#Neftçi #müsabiqə #quiz
📺 “Bir sevgi” verilişinin budəfəki qonağı “Neftçi”nin xanım azarkeşi Səadət Hüseynzadə oldu. Mayın 28-si saat 14:00-da “Neftçi TV”də izləməyi unutmayın.

➡️ https://youtu.be/Qk7OLuwH6kU

#BirSevgi #NeftçiTV #Neftçi
📊 Statistika: “Neftçi” – “Sabah”

#Statistika #Statistics #NeftçiSabah #Neftçi
⚫️ “Neftçi” xəbər”in həftəlik icmalı

➡️ https://youtu.be/JGR5PZUznlo

#NeftçiTV #Neftçi