“Neftçi” Premyer Liqanın sonuncu – 36-cı turu çərçivəsində qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir. “Kəpəz”lə matçın ertəsi günü bərpa məşqi keçən “ağ-qaralar”a mayın 23-də istirahət verilib. Dünən növbəti oyunun hazırlığına start verən komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Sabah” qarşılaşması mayın 28-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” – “Sabah” qarşılaşması mayın 28-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 38-ci turda “Kəpəz”i böyük hesabla məğlub edib – 3:0. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə Vüqar Əlizadə dubla imza atıb. Komandamızın digər qolunu Bahadur Quliyev vurub.
Qeyd edək ki, “Neftçi” 35 oyundan 81 xalla 2-ci yeri tutur.
Qeyd edək ki, “Neftçi” 35 oyundan 81 xalla 2-ci yeri tutur.