Neftçi PFK
1.52K subscribers
6.78K photos
729 videos
5 files
3.32K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
⚕️ Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı mübarək! Sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”ın kollektivini də bu münasibətlə təbrik edirik. Geridə qalan 1 il ərzində sağlamlığımızın qayğısına qaldığınız üçün təşəkkürlər, @Liv Bona Dea Hospital! 🇹🇷🇦🇿

➡️ https://youtu.be/gisGvcZa5kE

#tibbişçilərininpeşəbayramı #LivBonaDeaHospital #Neftçi #NeftçiTV
🏥 Ervin Koffi fərdi məşqlərə başlayıb

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında zədələnmiş futbolçu Ervin Koffi sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

#LivBonaDeaHospital #Neftçi
🏥 Azər Əliyevin sağlamlıq durumuna aydınlıq gəldi

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş futbolçu Azər Əliyev sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.

#LivBonaDeaHospital #Neftçi