İRS • Azərbaycan
2.99K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
#statistika #shusha
"Şəhər [Şuşa] tikintiləri heç bir düzülüşlə yerləşmir; küçələr dağlıqdılar, və çox yerlərdə dərin yarğanla keçir. Evlər demək olar ki hamısı daşdan qayrılmış...lakin balaca qazmalar da var, orada "dorbaza" adlanılır... Bütün evlərinin sayı 1 698, harada 5 079 kişilər qalır; bundan əlavə, 10 ev xəzinəyə aiddir və 1 ev Bazelik Yevangelik cəmiyyətinə. Ümumiyyətlə əhali 762 erməni və 936 tatar [azərbaycanlı] ailələrdən ibarətdir; o cümlədən 56 tatar [azərbaycanlı] bəylərdən, 64 molladan və seyidlərdən və 21 erməni ruhanilərdən"
#azerbaycan_tarixi #statistika

Qaynaq: Обозрение Российских владений за Кавказом, в статистическом, этнографическом и финансовом отношениях; часть III; səh. 308
———
@irs_azerbaijan
4_6047659628915851783.pdf
144.8 KB
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında tanınılan və qəbul olunan ingiliz dilində xəritə.
#map

Bu xəritədə təbii ki Qarabağ Azərbaycandır, və "Stepanakert", "Martuni", "Berdzor", "Ivanyan" adlı şəhərlər biz görmürük. Amma Khankendi, Khojavend, Lachin, Khojaly adlı şəhərlər görürük.
Hər hansısa medyada Qarabağda ermənicə şəhər adları görsəniz, bu faylı atın və mədəni şəkildə anladın ki, bu xəritə beynəlxalq səviyyədə tanınmış xəritədir və düzgün yazmaq gərəkdir.
------
@irs_azerbaijan
Qarabagh_V3_Relief_AZ.pdf
12.1 MB
Bu isə gördüyüm ən gözəl xəritələrdən biri.
#map
"QARABAĞ VƏ ƏTRAF BÖLGƏLƏRİ"
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti kimi onun ayrılmaz parçasıdır. Bu xəritədə Qarabağ və onun ətraf bölgələrində yerləşən şəhər, kənd, qəsəbələr, eləcə də relyef və tarixi abidələriylə tanış ola bilərsiniz. Həmçinin, xəritədə Azərbaycan toponimlərinə rast gəlmək mümkündür"

Sonuncu cümlə də maraqlıdır. Bu xəritədə keçmiş Basarkeçər qəzasının, Zəngəzur qəzasının və Göyçə dairəşinin yaşayış məntəqələrinin doğma adları yazılıb.

Xəritənin müəllifi: Rasul Hasan
———
@irs_azerbaijan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Forwarded from İRS • Azərbaycan
SƏFƏVİ/QIZILBAŞ DÖVLƏTİ
#azerbaycan_tarixi #map #azerbaycan_dili #dizayn

Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.
𝐐𝐚𝐲𝐧𝐚𝐪: Turko-Persia in Historical Perspective. Cambridge University Press. ss. 86-87

Xəritə çəkib: @azerbaycan_turki
İRS • Azərbaycan
#azerbaycan_tarixi #ermeniler @irs_azerbaijan
«Şuşa qırğını»
#azerbaycan_tarixi #ermeniler

Biz anladıq ki, hay olmaq — hücum edib uduzarkən özünü qurban görsədib başqalarını günahlandırmaqdır.


Azərbaycanlıların qisasını haylar çox vaxt növbəti soyqırımları kimi təqdim edirlər. San ki azərbaycanlılar boş yerdə müdafiəsiz haylara hücum etdilər. Gəlin bu hadisəyə baxaq. Hay tarixçisi Riçard Hovhanisyanın «The Republic of Armenia: From London to Sèvres, February-August, 1920» bətiyində bu barədə 150-152-ci səhifələrində yazılıb. Sizə ən vacib çıxarışları təqdim edirik:

«Nıcde (Njde) Qafana qayıdana kimi Qarabağda hay üsyanı başladı.Martın 21-i Mikayelyan, Mesiyan və Dəli Qazar Daşuşen köyündə görüşdülər, orda da 23-cü martda saat 3-ə qalxma təyin etdilər».

«23-cü mart, tezdən, Qarabağı qalın duman bürüyən vaxtı üsyançılar Dizaqdan tutmuş Cavanşirə kimi stırateji nöqtələri tutdular. Dəli Qazar Əskərandakı azərbaycan qarnizonunu tərkyaraq etdi, Əskərana bitişik yüksəklikləri tutdu, və, Ağdama aparan telefon və teleqraf məftillərini kəsdi».

«Xankəndidəki uğursuzluq Şuşanın süqutunu öncədən təyin etmişdir. Plana uyğun olaraq, Varandanın milisləri 22-ci martın axşamında Şuşaya girdilər, san ki, maaş almağa və general-qubernator Sultanovun Novruz bayramını təbrik etməyə. Həmin gecə 100-ə yaxın yaraqlanmış adam Nerses Azbekyanın başçılığı altında hay qvartalında olan azərbaycan qarnizonunu tərkyaraq etmək üçün şəhərə girdi. Yalnız hər şey başqa cür oldu. Gecənin çox vaxtını Varandanın milisləri yeyib-içirdilər, təyin olunmuş pozisiyalara gecikirdilər. Milislərlə əlaqə qura bilməyib Azbekyanın dəstəsi uzaqdan azərbaycanlıların fortunu atəşə tutmağa başladı, qoşunları oyadıb tələsərək onları yaraqlanmağa göndərdilər».

«Qəzəblənmiş azərbaycan qoşunları şəhər sakinləri ilə qoşulub Şuşanın haylar qalan tərəfini cəhənnəmə döndərdilər. Martın 23-dən 26-na kimi odda 2000-ə yaxın tikinti yandı, o cümlədən kilsələr, məktəblər, bətikxanalar, biznes-seqtor və tacir sinifinin əzəmətli evləri».

Haylar azərbaycanlılara hücum etdilər və öz yanlışlarına görə boğuldular, nəticədə də öz xəyanətlərinin bədəlini ödədilər. Özünüzə fərz edin ki sizin qonşunuz Aşot Novruz bayramı vaxtında sizin evinizə hücum edir, sonra da onun nəslindən biri 100 ildən sonra onu onun həyasızlığına görə öldürdüyünə şikayət edir.

@irs_azerbaijan
İRS • Azərbaycan
#azerbaycan_tarixi #ermeniler @irs_azerbaijan
«Шушинская резня»
#azerbaycan_tarixi

Мы поняли, что быть армянином это напасть и при проигрыше обвинять других, показывая себя жертвой.

Армяне очень часто говорят о Шушинской мести азербайджанцев как об очередном своём геноциде. Якобы азербайджанцы на пустом месте взяли и напали на беззащитных армян. Но давайте же разберём этот случай. В книге «The Republic of Armenia: From London to Sèvres, February-August, 1920» армянского историка Ричарда Ованнисяна написано об этом на страницах 150-152. Представляем вам самые важные отрывки:

«К тому времени, когда Нжде вернулся в Капан, в Карабахе началось армянское восстание. 21 марта Микаелян, Месиан и Дяли Газар встретились в селе Дашушен, где установили время подъема на 3 часа ночи 23 марта».

«Рано 23 марта, когда густой туман окутал Карабах, повстанцы заняли стратегические точки от Дизака до Джаваншира. Дали Газар разоружил азербайджанский гарнизон в Аскеране, занял перевал и прилегающие к нему высоты и перерезал телефонные и телеграфные провода, ведущие к Агдаму».

«Провал при Ханкенде предопределил гибель Шуши. Как и планировалось, ополченцы Варанды вошли в Шуши вечером 22 марта, якобы для получения жалованья и для поздравления генерал-губернатора Султанова по случаю Новруз-байрама. Той же ночью около 100 вооруженных людей во главе с Нерсесом Азбекяном проникли в город, чтобы разоружить азербайджанский гарнизон в армянском квартале. Но все пошло не так. Большую часть ночи ополченцы Варанды ели и пили, опаздывали на назначенные им позиции, а отряд Азбекяна, не сумев связаться с ополченцами, издалека начал обстрел азербайджанского форта, разбудив войска и отправив их спешно вооружаться».

«Разъяренные азербайджанские войска, к которым присоединились азербайджанские жители города, превратили армянскую часть Шуши в ад. С 23 по 26 марта в огне сгорело около 2000 построек, в том числе церкви и консистории, культурные учреждения, школы, библиотеки, бизнес-сектор и величественные дома купеческого сословия».

Армяне напали на азербайджанцев и из-за собственных ошибок захлебнулись, в итоге заплатили за своё предательство. То есть представьте себе, что ваш сосед Ашот нападает на ваш дом во время праздника Новруз, а его потомок через 100 лет жалуется, что вы его убили за наглость.

@irs_azerbaijan
Sual — sorğu, soruğ*
#azerbaycan_purizm

🔴 Sual — ərəbcə
🟢 Sorğu — türkcə
🟢 Soruğ* — türkcə

Örnəklər:
"Gülür könlüm, sazım, sözüm,
sorğu, nə sualı var."
— "Var", Aşıq Mirzə Bilal

"Allah-allah, yir astında vatan qıldı,
Münkir, Nəkir mən rabbik dip soruğ sordı,"
— "Divani hikmət", Əhməd Yəsəvi

Sözün kökü:
Bizcə, sor, soruğ, soruq, sorğu və s. sözlərin kökü eynidir. Burada ilkin kök kimi so//sor morfemini qəbul edirik.

Qaynaq: Buludxan Xəlilov, 224 qədim türk sözü, Bakı 2010; səh. 96

* - [QEYD] Bu günkü Azərbaycan türkcəsində soruğ sözü unudulub və işlənmir, amma yaxın Türkiyə türkcəsində "soru" formasında işlənilir. Azərbaycan türkcəsində sorğu sözü sual (question,вопрос) anlamında çox az işlənilir və ondan daha çox dindirilmə (survey, опрос) anlamında işlənilir. Buna görə, fikrimizcə, qarmaqarışıq olmasın və hər anlayışın öz sözü olsun deyə, sual yerinə soruğ yazmaq və demək daha yaxşı olardı.
———
@irs_azerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Bu görüntülər 1988-ci ilin 17 noyabrından başlayaraq türk jurnalistləri tərəfindən çəkilib. Burada siz üsyan edən Azərbaycan xalqını görə bilərsiniz. Üsyanın səbəbləri Sovet rəhbərliyinin və Qarabağ ermənilərinin qudurqanlığı idi. Nəticədə biz Sovet-İran sərhədirini qırdıq və müstəqilliyimizə qovuşduq. Bu ilin iyul ayında bu insanların nəslindən olanlar əcdadlarının etdiyini təkrarladı, sentyabr-noyabr aylarında isə erməniləri lazım olduğu kimi cəzalandırdı. Bu görüntülərə baxın, onlar çox maraqlıdır.

Milli Dirçəliş günümüz qutlu olsun!

#azerbaycan_video
_
@irs_azerbaijan
🎊 Biz arxayıncasına 1000 yazılıcı həddini keçdik! 🎉
Hər birinizə təşəkkür!

Gələcəyə çox planlarımız var. Həm buraxdığımız projelər (dialektoloji xəritələr) həm də yeni projelər. Bizimlə qalınız.

@irs_azerbaijan
HƏDİYYƏ, TƏHFƏ, BƏXŞİŞ, PEŞKƏŞ — ARMAĞAN (ƏRMƏĞAN), SOVQAT, PAY
#azerbaycan_purizm

🔴 Hədiyyə - ərəbcə
🔴 Töhfə - ərəbcə
🔴 Bəxşiş - farsca
🔴 Peşkəş - farsca
🟢 Armağan - türkcə
🟢 Sovqat - türkcə
🟢 Pay - türkcə

Örnəklər:

Varıŋ Rum elinə, mənim oğlum içün yaxşı ərmağanlar gətürüŋ
- Kitabi Dədə Qorqud

Bəg babamıŋ, qadın anamıŋ sovqatı 7 arğış!
Ayağı uzun şahbaz ata binən arğış!
- Kitabi Dədə Qorqud

Haqq vеrməsə, qonşu payı pay olmaz,
Doğru yola əmək çəksən, zay olmaz.
- "Sənsən", Aşıq Ələsgər
———
@irs_azerbaijan
[İranın] Məşrutə ədəbiyyatında o dildə yazılmış əsərlər olan və eyni halda xalqa təsir edən qeyri Farsca yeganə dil Azərbaycan dilidir.
#azerbaycan_dili
#azerbaycan_tarixi


Qaynaq:
«ایران در آستانه انقلاب مشروطیت و ادبیات مشروطه»، نویسنده باقر مومنی، ص ۱۶۷
-------------------------------
@irs_azerbaijan
Forwarded from İRS • Azərbaycan
Azərbaycan dil islahatı
#azerbaycan_dili #fikir

Mən indiki halda dil islahatının keçirilməsinə qətiyyən razı deyiləm. Niyə? Çünki dünyada 50 milyondan çox insan bu dilin daşıyıcısıdır, 50 milyondan sadəcə 1/5-in öz müstəqil dövləti var. Millətimizin çoxu indiki sərhədlərimizdən qıraqda yaşayır. Əgər indiki Azərbaycan 1930-cu illərdə Türkiyədə olduğu kimi dil islahatı keçirsə, Azərbaycanın böyük hissəsi — Güney Azərbaycan bu islahatdan kənarda qalacaq və bu isə çox təhlükəli durumdur, çox.... Çünki bizi 200 ildir bir edən yalnız və yalnız dilimizdir. Bir xalqı 100 yerə parçalasalar da onu bir edən tək şey dildir. Quzey Azərbaycanda dil islahatı Güneydə olmayacaq, bu isə bizim əsil bölünməyimiz olacaq.

Bəs nə zaman dil islahatı olsun?

Bütün dünya Azərbaycanlı türklərin vahid dövləti olan zaman. Yəni Azərbaycan birləşən zaman bu islahat gərəkdir.

@azerbaycan_turki
İRS • Azərbaycan
HƏDİYYƏ, TƏHFƏ, BƏXŞİŞ, PEŞKƏŞ — ARMAĞAN (ƏRMƏĞAN), SOVQAT, PAY #azerbaycan_purizm 🔴 Hədiyyə - ərəbcə 🔴 Töhfə - ərəbcə 🔴 Bəxşiş - farsca 🔴 Peşkəş - farsca 🟢 Armağan - türkcə 🟢 Sovqat - türkcə 🟢 Pay - türkcə Örnəklər: Varıŋ Rum elinə, mənim oğlum içün yaxşı…
Ərməğan farscadır?
#azerbaycan_dili
Bəziləri deyirlər ki, armağan sözü farscadır obastan.com da olan lüğətlərdə armağan (birinci şəkil) fars sözü kimi qeyd olunmayıb, amma ərməğan (ikinci şəkil) fars sözü kimi qeyd olunub. Maraqlıdır..
Bəşir Əhmədov sadəcə farsca olduğunu deyir. Hansı kökdən gəlib və başqa incəliklər yazmır. Amma başqa fars köklü sözlər üçün daha ətraflı yazır. Məsələn: BƏXŞİŞ
Farsca bəxşidən (hədiyyə etmək) məsdəri ilə eyni kökə malikdir.

başqa qaynaqlara baxaq.
Mahmud Qaşğarinin "Divani Lüğat-it-Türk " kitabında da bu söz (armağan) var. Özü də bir neçə dəfə yazılıb, hamısında da yazılıb ki yarmakan (yarmağan) sözünün oğuzca versyonudur.

Bir daha qaynaqlar verim:
1, 2.

Ola bilsin ki armağan farscaya keçib, necə ki başqa bizim sözlərimiz farscaya keçib. (Bax) və sonra bizə fars deyilişində qayıdılıb. Dilimzdə bir neçə örnəklər var (avşar/ovşar - əfşar; avsun, ovsun - əfsun)

Bizcə, armağan şübhəsiz türk sözüdür!
———
@irs_azerbaijan