İRS • Azərbaycan
2.97K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
Hər kəsə salam. Bu bot dilimizin varlığını qorumaq üçündür. Bu botu söhbət qruplara salıb, bəzi alınma sözlərinin doğma qarşılığı öyrənə bilərsiniz. Bot alınma sözləri görüb, öz sözlərimizi işlətməyə təklif edəcək. Bunun üçün botu admin eyləmək gərək deyil, sadəcə qrupa qoşun.

Botdakı qarşılıqlar @azerbaycan_turki kanalın #azerbaycan_purizm həştəqli paylaşımlar əsasındadır.


@irs_purizm_bot
@irs_purizm_bot
@irs_purizm_bot
———
کار کرد این ربات این است که اگر آن را به گروهتان اضافه کنید و اگر ترکی به لاتین تایپ کنید کلمات خارجی و غیر ترکی را تشخیص داده و معادل ترکی آن را پیشنهاد می کند.
@irs_purizm_bot
@irs_purizm_bot
@irs_purizm_bot
İnkar, İnkar etmək — Danma, Danmaq
#azerbaycan_purizm

🔴 İnkar, İnkar etmək — ərəbcə, ərəbcə+türkcə
🟢 Danma*, Danmaq— türkcə, türkcə

Önrəklər:
Yaxşısı budur ki, danaram, deyərəm ki, heç vaxt ağlamırdım.
- M.F.Axundzadə.

İlk istintaqda söylədiyi bir sözü dana bilməyəcəkdi.
S.Hüseyn.

Mən yekəlikdə adamın diriliyini danırlar.
Mir Cəlal.

* — Azərbaycan dilinin izahlı lüğəti
———
@irs_azerbaijan
Sahib — Yiyə
#azerbaycan_purizm

🔴 Sahib — ərəbcə
🟢 Yiyə* — türkcə

Örnəklər:

Yağrınında qalqan oynaq
yiyəsi olur.
Yavuz yerlərə yeltəndiŋ
qayıda döndil!
(Kitabi Dədə Qorqud)

Ancaq saydığımız yaxşı keyfiyyətlərə yiyələnmək çətin olduğu və zəhmət tələb elədiyi halda, pis keyfiyyətlərin əldə edilməsi və onlardan istifadə çox asandır!
(Sərbəst insanlar ölkəsində/Sərbəst insanların şərtləri; Əhməd bəy Ağaoğlu)

* — Azərbaycan dilinin izahlı lüğəti
———
@irs_azerbaijan
Xidmət, Xidmətkar, Xidmətçi — Qulluq, Qulluqçu
#azerbaycan_purizm

🔴 Xidmət — ərəbcə
🔴 Xidmətkar — ərəbcə+farsca
🔴 Xidmətçi — ərəbcə+türkcə
🟢 Qulluq — türkcə
🟢 Qulluqçu — türkcə

Örnəklər:

Bizim xalqlar inamına görə müxtəlif dinlərə qulluq edir və bu, onları narahat edib
(Məhəmməd xan Qacarın Pavel Sisianova məktubu)

xan Bayandırıŋ qarşusın alsa-dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam, güvənsəyim
(Kitabi-Dədə Qorqud)

Qulluqçular bağçanı silib süpürər, yığışdırardı.
- Mir Cəlal.
———
@irs_azerbaijan
Həmvətən, Vətəndaş — Yurddaş
#azerbaycan_purizm

🔴Həmvətən — farsca (həm) + ərəbcə (vətən)
🔴Vətəndaş — ərəbcə (vətən) + türkcə (daş)
🟢Yurddaş* — türkcə

Önrəklər:

...Yurddaşlarla görüşmək mənim üçün bir ehtiyac və zövq məsələsidir
(Məhəmmədəmin Rəsulzadənin Süleyman Təkinərə məktubu, 10 fevral 1950 il)

"...bunun ilk şərti mənəviyyatları qüvvətli aydın yurddaşların milli
ənənələrə sadiq qalaraq, istiqlal bayrağı altında birləşmələridir"
(Məhəmmədəmin Rəsulzadənin Süleyman Təkinərə məktubu, 2 Avqust 1950 il)

(Məhəmmədəmin Rəsulzadə bir çox məktubları "Əziz yurddaş Süleyman/S.Təkinər" sözləri ilə başlayırdı)
Daha çox məktubları oxumaq üçün bas

* — Azərbaycan dilinin izahlı lüğəti
———
@irs_azerbaijan
Rəqəm — San, Say
#azerbaycan_purizm

🔴 Rəqəm — ərəbcə
🟢 San* — türkcə
🟢Say** — türkcə

Örnəklər:
Birinci sinifdə uşaqlar sanları öyrənirdilər.
Sayı yadda saxlamaq. Sayı öyrənmək.

Sözün kökəni:
saymaq
Sözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sözü olub), onun üzərinə -n şəkilçisi artırmaqla sanmaq (qayıdış növ), -a şəkilçisi artırmaqla sanamaq sözləri əmələ gəlib. Qədim mənbələrdə saymaq forması qeydə alınmayıb. Görünür, say forması xeyli ca­vandır. “Число” mənasında da say yox, san kəlməsi işlədilib. Ehtimal ki, burada n-y əvəzlənməsi baş verib.
(Bəşir Əhmədov. Etimologiya lüğəti)

Qaynaqlar
* - Azərbaycan dilinin izahlı lüğəti, san sözünün 2-ci anlamı.
** - Azərbaycan dilinin izahlı lüğəti, say sözünün 1-ci anlamı.
———
@irs_azerbaijan
Müxtəlif — Cürbəcür, Dürlü-dürlü
#azerbaycan_purizm

🔴 Müxtəlif — ərəbcə
🟢 Cürbəcür* — türkcə
🟢 Dürlü-dürlü* — türkcə

Örnəklər:

Bir başqa yerdə isə, hamının diqqəti cürbəcür qaz istehsalına yönəlmişdi.
- Sərbəst insanlar ölkəsində. Universitetdə və İnstitutda, Əhməd bəy Ağaoğlu

O nədir ki, dürlü-dürlü halı var?
Bahardır ki,
dürlü-dürlü halı var.
- Aşıq Tikmədaşlı Xəstə Qasım

Sözün kökəni:
CÜRBƏCÜR
Dür (dürlü) kəlməsinin dəyişmiş formasıdır: “dürlü –dürlü” (növlü –növlü) deməkdir. Dür və cür eyni sözün iki fonetik tərkibdə yaşamasıdır. Dür tədricən aradan çıxmağa doğru gedir. Cürbəcür sözündəki bə hissəsi qədim bağlayıcımız olan (“və” mənasında işlədilib) “mə”nin dəyişmiş formasıdır (dar­ma­dağın sözündə hifz olunub).
(Bəşir Əhmədov. Etimologiya lüğəti)

Qaynaq: * — Azərbaycan dilinin izahlı lüğəti
____
@irs_azerbaijan
Peyvənd etmə, Vaksinləmə — Aşılama, Calama, Döycə
#azerbaycan_purizm

🔴 Peyvənd (etmə) — farsca
🔴 Vaksinləmə — latınca→rusca
🟢 Aşılama — türkcə
🟢 Calama — türkcə
🟢 Döycə — türkcə

Örnəklər
Ailədə yumruq yerinə yanımcıllıq və anlatma, məktəbdə falaqqa yerinə aşılama və düşünüb danışma, hökumətdə dəyənək yerinə qanun və ədalət keçərli olar.
- Sərbəst insanlar ölkəsində/İnsanlar qorxaq doğulmazlar, Əhməd bəy Ağaoğlu

Yüz əməl işlədir, min kələk qurur,
Yaxşını yamana calamaq üçün.
- "Üçün", Şair Məmmədhüseyn

Qaynaqlar:

Azərbaycan dilinin sinonimlər lüğəti:
PEYVƏND
calaqaşı — qələm

Rusca-azərbaycanca lüğəti:
ПРИВИВКА
ж xüs. calama, calaq etmə (edilmə); peyvənd etmə (edilmə); aşılama, aşılanma; 2. calaq, peyvənd; aşı.

Azərbaycan dilinin izahlı lüğəti:
DÖYCƏ
is. məh. Peyvənd, qələm.

Rusca-azərbaycanca lüğəti:
ВАКЦИНАЦИЯ
ж tib. vaksinləmə, vaksinlə peyvənd etmə, aşılama.
———
@irs_azerbaijan
Zəhər, Təlx, Zəqqum — Ağı, Acı
#azerbaycan_purizm

🔴 Zəhər — farsca
🔴 Təlx — farsca
🔴 Zəqqum — ərəbcə
🟢 Ağı* — türkcə
🟢 Acı* — türkcə

Örnəklər:

Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır.

- M.P.Vaqif.

Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı.

- Aşıq Kərəm.

Şərbətin acı firqətin nuş еdərəm şəkər kimi

- İmadəddin Nəsimi

Bir mərd ilə аğı yеsən – şirindi,
Yüz nаmərdlə şəkər yеsən – dаd olmаz.


Aşıq Qərib dastanı

Söz birləşmələri:

Ağıya düşmək
– zəhərli bir şey yeyib zəhərlənmək.

Ağıya salmaq – heyvanı zəhərli ot olan yerdə otarmaq; insana və ya heyvana zəhərli şey yedirmək, ya içdirmək.

Qaynaq:
* — Azərbaycan dilinin izahlı lüğəti
———
@irs_azerbaujan
HƏQİQƏT, REALLIQ — GERÇƏKLİK, VARLIQ
#azerbaycan_purizm

🔴 Həqiqi, Həqiqət — ərəbcə
🔴 Real, Reallıq — latınca
🟢Gerçək, Gerçəklik — türkcə
🟢 Varlıq — türkcə

Örnəklər:
Zülfünə zülməti-dövran dedilər, gerçək imiş; Ləbinə çeşmeyi-heyvan dedilər, gerçək imiş. S.Ə.Şirvani.

Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal" kitabı
İsa Həbibbəyli, "İdeala xidmətə örnək
"

Bu varlıq olar ikən bu sözlər çox anlamsızdır.

Sözün kökəni:
TTü: [ Kul Mes'ud, Kelile ve Dimne terc., <1347]
ol söz kim andan bana degürdiler aceb doğru ve girçek midi?
TTü: gerçekçi [ Ahmed Vefik Paşa, Lehce-ı Osmani, 1876]
gerçekçi dost: Sıddık. Gerçekçi elmas: Hakiki. Gerçekçi saat: Yapma ve yalancı zıddı.
YTü: gerçekleşmek [ Osmanlıcadan Türkçeye Cep Kılavuzu, 1935]
gerçekleşmek = Tahakkuk etmek
YTü: gerçekçilik [ TDK, Felsefe ve Gramer Terimleri, 1942]
gerçekçilik = Hakikıye = Réalisme
<< OTü-KT kirtücek doğru, inanılır, güvenilir < ETü kirtü 1. gerçeklik, doğruluk, sıdk, 2. yemin, ant +çAk

Qaynaq: Nişanyan sözlük

@irs_azerbaijan