Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.93K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Ukraynanın Xarkov və Lvov şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib (Report).

#Ukrayna
Ukrayna iki dövlətin – İsrail və Fələstinin yaradılmasını dəstəkləyir

Ukraynanın İrandakı müvəqqəti işlər vəkili Kravçenko İranın “Hammihanonline” qəzetinə müsahibəsində deyib: “Biz (Ukrayna) iki dövlətin – İsrail və Fələstinin yaradılması prosesini dəstəklədiyimizi açıq şəkildə bəyan etmişik”.

“Hətta Kiyevdə Fələstinin rəsmi nümayəndəliyi var və bizim təkcə İsraillə deyil, həm də Fələstin tərəfi ilə dialoq təcrübəmiz var”, – deyə o əlavə edib.

#İsrail #Ukrayna #İran
Ukrayna ilə İran arasında münasibətlər ən aşağı səviyyədədir

Ukraynanın İrandakı müvəqqəti işlər vəkili Kravçenko İranın “Hammihanonline” qəzetinə müsahibəsində bildirib ki, iki ölkə arasında münasibətlər ən aşağı səviyyədədir: “İndi iki ölkə arasında münasibətlərə təsir edən məlum səbəblərə görə əməkdaşlığımız azalıb və işgüzar əlaqələr praktiki olaraq dayanıb”.

Genişmiqyaslı müharibənin başlamasından 2 il sonra biz istehsal gücümüzün bir hissəsini bərpa edə bildik və ixrac yollarını tapa bildik, lakin İranın Rusiya ilə münasibətləri İranla münasibətlərimizin normallaşmasına imkan vermədi”, – deyə o əlavə edib.

#İran #Ukrayna
Ukrayna Silahlı Qüvvələrinin daha bir Azərbaycan əsilli hərbi qulluqçusu Eldar Yusifov Ukraynada dünyasını dəyişib.

#Ukrayna
​​Tatarıstanda İrana məxsus pilotsuz uçan aparatların yığılması zavoduna hücum edilib

Aprelin 2-də Tatarıstanın Yelabuqa şəhərində yerləşən İranın “Shahed” dronlarının yığılması zavoduna hücum edilib. Bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən “RBK” Ukrayna məlumat yayıb. Qeyd olunur ki, əməliyyat Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilib.

Mənbənin sözlərinə görə, Ukraynadan 1000 km aralıda yerləşən bu obyektə hücum nəticəsində “istehsalat gücü əhəmiyyətli dərəcədə məhv edilib”.

2023-cü ildə Tatarıstanda “Geranium-2” pilotsuz təyyarələri kimi etiketlənən İranın “Shahed-136” pilotsuz təyyarələrinin yığılması üçün zavod tikilib. İrandan gələn komponentlər birbaşa Yelabuqadakı istehsalata daşınırdı. Keçən il iyulun 25-də “Protokol” nəşri Tatarıstanda yüzlərlə kollec tələbəsinin bu dronları yığmaq üçün işə götürüldüyünü bildirmişdi.

#Ukrayna #İran #Rusiya
ABŞ-də İranın Ukrayna ilə müharibədə istifadə etmək üçün Rusiyaya raketlər verməsi ilə bağlı heç bir sübut yoxdur. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi deyib (Ağ Ev).

#ABS #İran #Ukrayna
Aprelin 4-də ABŞ SEPAH-nin gəmilərindən ələ keçirilən silahları Ukraynaya təhvil verib. Onların Yəməndəki husilər üçün nəzərdə tutulduğu qeyd edilir (CENTCOM).

#İran #ABS #Ukrayna #SEPAH #Husilər
​​Ukrayna öz ərazisində İranın “Shahed-136/131” dronlarının 87%-ni vurub (Ukrayna seyças Telegram kanalı).

Aprelin 3-də Ukrayna prezidenti Zelenski bildirib ki, mart ayında Rusiya Federasiyası 400 raket, 600 İran kamikadze dronları və təqribən 3000 idarəolunan bomba ilə ölkə ərazisini atəşə tutub.

#Ukrayna
Bu hücum Rusiya ordusunun Ukraynaya hücumlarına bənzəyirdi. Dronlar, qanadlı raketlər və ballistik raketlər də daxil olmaqla müxtəlif vasitələrdən istifadə edilərək gerçəkləşdi. Bu, hava hücumundan müdafiənin mümkün qədər çox fərqli hədəflə məşğul olması üçün edilir. İran Rusiyanın ən yaxın müttəfiqidir və yəqin ki, bu hücumların təcrübəsini öyrənib”, – bunu BBC-nin rus xidməti İranın İsrailə dünənki hücumu haqqında yazıb.

İranın İsrailə tarixdə ilk birbaşa hücumu haqqında 

#İran #İsrail #Ukrayna
​​Ynet: İsfahana hücum təkcə İran üçün deyil, həm də Rusiya üçün bir siqnaldır

Ynet yazır ki, aprelin 19-da döyüş təyyarələrinin hücumuna məruz qalan İsfahandakı hərbi bazada Rusiya istehsalı olan “C-300” hava hücumundan müdafiə sisteminin zədələnməsinin peyk görüntüsü təkcə İran üçün deyil, həm də Rusiya Federasiyası üçün siqnaldır.

“Əgər batareya həqiqətən zədələnibsə və hücum edən tərəf İsraildirsə, o, faktiki olaraq bir daşla iki quşu öldürüb”, – deyə bildirilib. Məqalədə qeyd olunur ki, yəhudi dövləti Tehrana birbaşa ona hücum edə biləcəyini sübut edib və həmçinin Moskvaya Ukraynaya qarşı müharibədə istifadə edilən pilotsuz təyyarələr müqabilində İranın nüvə proqramına kömək etməməyi eyham edib.

#İran #İsrail #Ukrayna
​​Rusiya Federasiyasının Ukraynaya qarşı istifadə etdiyi İran “Şahed” dronlarının sayı ötən illə müqayisədə təxminən 4 dəfə artıb. Qeyd olunur ki, 2023-cü il yanvarın 1-dən mayın 9-dək 425, 2024-cü ilin eyni dövründə isə 1664 “Şahed”dən istifadə edilib (Pravda.ua).

İran və Rusiya Federasiyası Ukraynada müharibə başlamazdan 3 il əvvəl pilotsuz təyyarələrin istehsalı üzrə əməkdaşlığa başlayıb

#İran #Ukrayna
İran ilk dəfə Ukraynaya qarşı istifadə üçün Rusiyaya hava bombaları verib

İran Ukraynaya hücumlar üçün Rusiya Federasiyasını ən son “Qaem-5” hava bombaları ilə təmin edib. Bu barədə “Bild” eksperti məlumat yayaraq, İranın “Qods Mohajer-6” pilotsuz təyyarəsinin mayın 26-da Kursk vilayətində düşməsinin qeydə alınmasına münasibət bildirib. Qeyd olunur ki, adı yuxarıda çəkilən pilotsuz təyyarə əvvəllər Rusiya–Ukrayna müharibəsində istifadə olunmayan “Qaem-5” hava bombasını daşıyıb.

#Rusiya #İran #Ukrayna
Moskva Ukraynadakı münaqişənin həllində İranı vasitəçi kimi nəzərdən keçirməyə hazırdır

“Əgər İran bununla bağlı vasitəçilik xidmətlərinə qoşulmağa hazır olduğunu bildirsə, o zaman biz belə təklifləri nəzərdən keçirməyə hazır olacağıq”, – deyə Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.

#Rusiya #Ukrayna