Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.93K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
General-mayor Salami: Amerika hələ də xaricdən qorxuludur, amma daxildə zəif və köhnəlmişdir

SEPAH-nin komandanı tələbələrin İslam təfəkkürünün əsasları üzrə 29-cu kursunun açılışında deyib:

“Biz Amerikanın gücünü tükətmişik. Düşünməyin ki, bu, 20-30 il əvvəl olduğu Amerikadır. Amerika getdikcə kiçikləşdi və getdikcə gücünü itirir”.

#İran #ABS
Vaşinqton Oman vasitəsilə nüvə sazişi üzrə danışıqlara dair xəbərləri təkzib edir

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Kirbi Oman vasitəsilə nüvə sazişi barədə danışıqların bərpa edildiyini təkzib edib. İranın xarici işlər naziri Baqeri Kani Oman vasitəsilə nüvə sazişinin bərpası ilə bağlı danışıqlar aparır. O, bunu İranın müxalif “İran İnternational” kanalına müsahibəsində deyib. “Mən İranla əlaqə kanalları haqqında danışmaq istəmirəm və danışa da bilmərəm, lakin JCPOA-nın bərpası ilə bağlı aktiv danışıqlar aparılmır”, – deyə o əlavə edib.

#İran #ABS
ABŞ İranın "Hakiman Shargh" şirkətinə qarşı kimyəvi silah hazırlamaq ittihamı ilə sanksiyalar tətbiq edib. Bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir.

#İran #ABS
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-də etiraz aksiyası: İranlılar Şərifə Məhəmmədi üçün ədalət tələb edirlər

Dünən, iyulun 14-də Kaliforniya ştatının San-Dieqo şəhərində bir qrup iranlı İranda məhkum edilmiş etnik azərbaycanlı və həmkarlar ittifaqı üzvü Şərifə Məhəmmədinin edam hökmünə etiraz olaraq küçələrə toplaşıb (İran İnternational).

Əmək hüquqları müdafiəçisi Şərifə Məhəmmədi Rəştdə həbs edilib

Şərifə Məhəmmədinin anası: “Uşağımı yeddi aydır görmürəm”

İranda azərbaycanlı qadın asılacaq

#ABS #SiyasiMehbus
CNN Amerika rəsmilərinə istinadən xəbər verir ki, İran Trampa sui-qəsd hazırlayırdı. Qeyd olunur ki, İslam Respublikası ABŞ-nin keçmiş prezidentinə qarşı son silahlı hücumla bağlı deyil.

#İran #ABS
İran İslam Respublikasının Trampa sui-qəsd hazırlaması ilə bağlı xəbərləri təkzib edir

“İranın Trampa qarşı sui-qəsd cəhdi ittihamları əsassız və qərəzlidir… Tramp Qasım Süleymaninin (2020-ci ildə öldürülüb) öldürülməsinə göstəriş verdiyi üçün məhkəmədə mühakimə edilməli və cəzalandırılmalı olan cinayətkardır. İran onu məsuliyyətə cəlb etmək üçün qanuni yolu seçib”, – deyə İranın BMT-dəki nümayəndəsi CNN-in İslam Respublikasının keçmiş ABŞ prezidenti Trampa sui-qəsd hazırlaması ilə bağlı xəbərinə cavab olaraq bildirib.

#İran #ABS
İranın xarici işlər naziri: Biz ABŞ ilə nüvə danışıqlarının bərpasına açığıq

İranın xarici işlər naziri vəzifəsini icra edən Baqeri Kani Amerikanın “Newsweek” jurnalına müsahibəsində deyib: “Tehran Vaşinqtonla nüvə sazişində (JCPOA) qarşılıqlı iştirakın bərpası üzrə danışıqların bərpasına açıqdır”.

Hazırda iranlı nazir BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorkdadır.

İyulun 12-də Vaşinqton Baqeri Kaninin Oman vasitəsilə nüvə sazişini canlandırmaq üçün danışıqlar aparması ilə bağlı sözlərini təkzib edib.

#İran #ABS
İranyönlü qrupların İraqdakı ABŞ hərbi bazalarına hücumları bərpa etmək təhdidləri fonunda İraqın qərbindəki Ənbar əyalətindəki Amerikanın Əyn əl-Əsəd bazasında iki partlayış səsi eşidilib. Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

#İran #ABS
Bolton: Trampın özü İrana münasibətinin necə olduğunu bilmir

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Trampın qələbəsi ilə Vaşinqtonun NATO-dan çıxacağını proqnozlaşdıraraq, “İrana qarşı yanaşmasının nə olduğunu bilmir və prezidentliyinin sonuna qədər də bilməyə bilər”, deyib.

#İran #ABS
Blinken İranın 2 həftə ərzində nüvə silahı üçün material istehsal etməyə hazır olduğunu etiraf edib

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, İran nüvə silahı hazırlamaq üçün material istehsal etməyə hazırdır.

Blinken Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik forumunda deyib: “Nüvə razılaşması pəncərədən atıldığı bir zamanda İranın 2 həftə ərzində nüvə silahı materialları istehsal etmək gücünə malik olduğunu unutmayaq”.

#İran #ABS