Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.93K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Suriyada SEPAH komandiri öldürülüb. İyulun 9-da İsrail ordusunun Dəməşqin yaxınlığında avtomobilə PUA hücumu nəticəsində SEPAH-nin yüksəkrütbəli zabitlərindən olan Əliəkbər Suhani öldürülüb. Bu barədə israilli jurnalist Edi Kohen özünün “X” hesabında məlumat yayıb.

#İsrail #Suriya #SEPAH
​​İran prezidenti Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə və Yəmən Husilərinin Ali Siyasi Şurasının rəhbəri Mehdi Əl-Məşətlə ilk telefon danışığını edib. Qəzza zolağında baş verən son hadisələr müzakirə olunub. Haniyə və Əl-Məşət də Pezeşkianı İranda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

#İran #Husilər #İsrail
İranın kəşfiyyat missiyalarını yerinə yetirmək üçün işə götürülən üç israilli həbs edilib

Ynet xəbər verir ki, üç İsrail vətəndaşı İran kəşfiyyatçılarının göstərişi ilə tapşırıqları yerinə yetirməkdə şübhəli bilinərək ittiham olunub. İstintaq göstərir ki, Beyt Şemeş şəhərinin 21 yaşlı sakini Telegram vasitəsilə təlimat alıb.

Tapşırıqlara pulların təhvil verilməsi, İsrail vətəndaşlarının şəxsi evlərinin qapılarına kəsilmiş heyvan başlarının və hədələyici yazılar olan gəlinciklərin qoyulması, meşələrin yandırılması, ictimai yerlərdə təxribat xarakterli bildirişlərin paylanılması daxil olub. Bəzi tapşırıqları yerinə yetirmək üçün o, pul mükafatı üçün tapşırıqları yerinə yetirən daha iki İsrail vətəndaşını işə götürüb.

#İsrail #İran
İsrailin keçmiş müdafiə naziri İranın Suriyadakı ən böyük təlimi ilə bağlı xəbərdarlıq edib

“Bu günlərdə İran Suriyada irimiqyaslı hərbi təlimlər keçirir”. Bunu İsrailin keçmiş müdafiə naziri Liberman deyib. O qeyd edib ki, “görünməmiş dərəcədə mürəkkəb proqrama” malik təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərinin nəzarəti altında hərbi ssenarilər həyata keçirən iranpərəst silahlı qruplar iştirak edir.

"Bu təlimlər indiyə qədər İranyönlü yaraqlıların iştirakı ilə keçirilən ən böyük təlimlərdən biridir", - Liberman vurğulayıb. Onun sözlərinə görə, təlimlər bir neçə gün davam edəcək - təkcə İraq sərhədi yaxınlığında deyil, Suriyanın digər ərazilərində də. Texniki dəstək İrandan gələn və İraq ərazisindən keçən karvanlar tərəfindən təmin edilir (Ynet).

#İran #İsrail #Suriya #SEPAH
İsrailin baş naziri İrana qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-nun analoqunun yaradılmasına çağırıb

“İkinci Dünya Müharibəsindən sonra ABŞ artan Sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı (NATO) yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər. İsraillə sülhə malik olan və İsraillə barışacaq bütün ölkələr bu ittifaqa dəvət edilməlidir. Yeni ittifaq İbrahim razılaşmalarının davamı olmalıdır və buna görə də İbrahim Alyansı adlandırılmalıdır”, – deyə İsrailin baş naziri Netanyahu ABŞ Konqresindəki çıxışı zamanı deyib.

İbrahim razılaşmaları 2020-2021-ci illərdə imzalanmış İsrail və ərəb dövlətləri (BƏƏ, Bəhreyn, Mərakeş, Sudan) arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişlərdir.

#ABS #İran #İsrail
İsrailin Olimpiya nümayəndə heyətinə qarşı hədə-qorxu kampaniyasının arxasında İran dayanır. Bu, İsrailin Milli Kibertəhlükəsizlik Sisteminin apardığı araşdırmadan sonra məlum olub. Qeyd olunur ki, hakerlər 2024-cü il iyunun 26-da ləğv edilmiş Fransanın ifrat sağçı tələbə həmkarlar ittifaqı olan GUD təşkilatını təqlid etməyə çalışıblar (Ynet).

İyulun 25-də məlum olub ki, naməlum haker qrupu Parisdə Olimpiya Oyunlarında iştirak edən İsrail milli komandasının idmançılarının şəxsi məlumatlarını internetdə dərc edib. İyulun 19-da İsrailin “Walla” nəşri Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək İsrail yığmasının idmançılarının hədələyici məktublar aldığını yazıb.

#İran #İsrail
İran İslam Respublikasının yeni Prezidenti Məsud Pezeşkian İsrail baş naziri Netanyahunun ABŞ Konqresində çıxışına reaksiya verib: “Nə günahsız insanların, müdafiəsiz uşaqların öldürülməsi cinayətinə göz yummaq olar, nə də durub alqışlamaqla cinayətkarı təmizə çıxarmaq olar. Günahsızların qanı tiranları heç vaxt dinc qoymayacaq. Haqsızlıq edənlər isə tezliklə necə qurtaracaqlarını görəcəklər”.

#İsrail #İran
İsrailin əldə etdiyi məlumata görə, İran Fransada keçirilən Olimpiya Oyunlarında İsrail nümayəndə heyətinə qarşı terror aktları planlaşdırır. Bu barədə İsrailin xarici işlər naziri Katz məlumat verib. O əlavə edib ki, Fransa dəmir yollarının təxribatı “İranın şər və radikal İslam oxunun təsiri altında” planlaşdırılıb və həyata keçirilib (Katzın X hesabı).

#İsrail #İran #Fransa
İran İsrailin Fransanın dəmir yollarında təxribatla bağlı iddiasını rədd edib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani deyib.

#İsrail #İran #Fransa
​​The New York Times: Həniyənin ölümünə görə İran-İsrail müharibəsi olmayacaq

HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin kənarlaşdırılması səbəbindən İran və İsrail arasında gərginliyin artması ehtimalı azdır. Bu barədə Amerikanın “The New York Times” qəzeti yazır. Səbəb odur ki, heç bir tərəf Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı deyil. Qeyd olunur ki, onun ölümü aprelin 1-də İranın Suriyadakı səfirliyində yüksək rütbəli SEPAH zabitlərinin öldürülməsindən daha çox Tehran üçün “bir sillədir”.

Bundan əlavə, Həniyənin ölümünün HƏMAS-nin məhvinə gətirib çıxaracağı ehtimalı azdır, çünki təşkilat “keçmişdə oxşar vəziyyətlərlə üzləşib və daha güclü olub”. Nəşr vurğulayır ki, Həniyəni əvəz edəcək bir çox başqa liderlər var, çünki Həmas “konkret şəxslərə deyil, öz qurumlarına güvənir”.

#İran #İsrail #HEMAS