İnsan yönümlü şəhərlər ️
3.04K subscribers
2.02K photos
241 videos
620 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Bizim sürücülərimiz ilk növbədə düzəldin, sonra yollardan danışın.

Çox vaxt yol təhlükəsizliyindən danışanda bu cümləni güclü bir arqument kimi gətirirlər. Təbii ki, küçələrimizin quruluşu bizi qorumalıdır, hər zaman bundan danışıram. Lakin sürücü faktorunu tam istisna etmək də düzgün olmaz.

Bəs Azərbaycanda normal sürücü olmaq olar, ümumiyyətlə? Əslində, olar. Bunun canlı şahidi də oldum. Bakıda yerləşən Sürücü Təlim Mərkəzinə baş çəkdim, mərkəzinin direktoruna bir çox maraqlı suallar verdim.

🔹 Növbəti vloqda həmin ekskursiyanın videosunu paylaşıram. Xoş seyrlər!

https://youtu.be/olqb1EKO0To

🔹Maraqlı alındısa, öz dəstəyinizi bu cür göstərə bilərsiniz.

#vloq
✉️ Yol Polisi sürücülərə bu gün belə SMS göndərib.

Təhlükəsizliyin dərmanı bu olmasa da, lakin belə xəbərdarlıq heç olmasa bir qəzanın qarşısını ala bilsə deməli boşuna deyil.
🇹🇷 İstanbulun daha bir ərazisi bu cür dəyişəcək.

Başqa hansı ölkədən, hansı şəhərdən misal gətirək ki, bizimkilər "maşınlar üçün yer yaratmaq lazımdır!" düşüncəsindən əl çəksin?

#Istanbul
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Gəncədən SOS! Memarlıq abidə sökülür.

Videonu göndərən izləyici yazır ki, Gəncədə dövlət tərəfindən qorunan tarixi memarlıq abidəsinin söküntüsünə başlanılıb. Baxmayaraq ki, üzərində hətta xüsusi lövhə binanın damını artıq sökməyə başlayıblar.

#Gəncə
Foto üçün başlığı siz yazın...

#izləyicilərdən #səkilər
🇦🇿 İçərişəhəri biz itirə bilərik? Buranın hətta tarixi memarlıq abidələrini bizə niyə düzgün qoruya bilmirik?

Yeni vloqda Memar Dilqəm İsmayılovla İçərişəhərinin küçələrini gəzdik, buranın qədim binaları, məscidləri və küçələri haqqında danışdıq.

🔹 Əmin edirəm sizi, İçərişəhərin hələ belə icmalını görməmisiniz. Çox maraqlı alınıb, izləyə bilərsiniz:

https://youtu.be/iI5U1WXIgns

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a "Layihə sponsoru" dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz.

#Vloq #içərişəhər
🏗 Bakının mərkəzinə daha bir "Port Baku" tikilir.

Bu səfər "Port Baku Walk" adlı ictimai məkan və ticarət mərkəzindən söhbət gedir. Düz Cavanşir körpüsünün yanında yerləşdir.

Maraq doğuran odur ki, eskizlərdə velosiped zolağını da görmək olur, lakin anlamaq lazımdır ki, velozolaqlar əyləncə üçün deyil, şəhərdə vahid şəbəkə yaratmaqla nəqliyyat infrastrukturunun bir parçası olmalıdır.

Hazırda bu ərazidə olan vəziyyət çox bərbaddır, piyada gəzmək ümumiyyətlə mümkün deyil, nə səkiləri var, nə piyada keçidləri (4-cü fotoda görmək olar). Ümid edirəm, bu layihə sayəsində şəhərin mərkəzində daha bir küçə abadlaşdırılar. Cavanşir körpüsünün söküntüsü haqqında bir ara söhbətlər gedirdi, amma görünür ki, təsdiq olunmadı.

Necədir?
Hər kəsi təbrik edirəm. 🎉

2026-cı ilədək Bakının yeni baş planı icra edilməyəcək. Tramvayı da yuxuda görərsiniz.
🔹Bu şəkli özünüzdə saxlayın.

Sizə kimsə deyəndə ki, şəhərdə maşın sürmək imkan vermirlər və ən böyük günah piyadalardadır - bu fotonu onlara göstərin.

Bu gün istər Bakıda, istər digər şəhərlərimizdə küçələrin əksər hissəsi məhz avtomobillər üçün ayrılıb. Özü də, hətta dəxlisiz yerlərdə belə küçələrimiz böyük asfalt səhralığına çevrilib. Prioritetlər mütləq dəyişdirilməlidir.

#səkilər #prioritetlər
🇷🇸 Serbiyanın paytaxtı Belqrad şəhərində tarixi binaları bu cür bərpa edirlər.

Bilirsiniz ki, bizdə çox vaxt tarixi binaların üzərində aqlay vurub və onu tanınmaz vəziyyətə qoyurlar, amma binanı "təmir" etmək yox, məhs bərpa etmək lazımdır. Bircə nöqsan o ola bilər ki, burada tarixi pəncərələri qoruya bilməyiblər, plastik qoyublar, amma ümumi olaraq gözəl alınıb.

#Belqrad #tarixibinalar #arxitektura
💬 Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil…

Sistem xarakterli işlər görülməlidir. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s.

Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmlıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? Və s.

Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz.

Təbliğat və təşviqata da böyük ehtyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə TƏHLÜKƏSİZ DAVRANIŞ mədəniyyətini formalaşdırmaq olmalıdır.

Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişafı olmalıdır. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur.

- Nəqliyyat eksperti Ərşad Hüseynov. Çox düz sözlərdir.

#qəzalar #təhlükəsizlik
🚶‍♂️Hər bir piyada gəzintisi şəhərlə bir ünsiyyətdir.

Məktəbə avtomobil ilə və piyada gedən uşaqlardan “Məktəbdən evə aparan yol” rəsmi.

Əlavə şərhə ehtiyac yoxdur.
Bizə çox yazırlar ki, gəlin Azərbaycanın regionlarını çəkin, buradakı vəziyyətini göstərin.

Və biz başladıq! 🇦🇿 İlk şəhərimiz Quba oldu.

Qubanı mən çox sevirəm, çox gözəl bir rayondur. Lakin şəhərin özündə vəziyyət məni çox təəssüfləndirdi.

Memar Dilqəm İsmayılov ilə buranı piyada gəzişdik, Qubadakı küçələrin, parkların, evlərin və tarixi abidələrinin vəziyyətdən ətraflı danışdıq.

https://youtu.be/NHrykV7ONcU

🔹 Əsas videoya düşməyən kadrları izləmək üçün İnsan yönümlü şəhərlər layihəsinin Patreon səhifəsinə qoşula bilərsiniz.
🔹 Birdəfəlik
ianə göndərməklə də bizim işimizə böyük dəstək göstərmiş olursunuz.

#vloq #Quba #regionlar
Qafqazın ən böyük və ən sürətlə inkişaf edən şəhərdə səki.

📍 Bakı, 2023-cü il.

#səkilər