İnsan yönümlü şəhərlər ️
3K subscribers
2.01K photos
236 videos
616 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Tıxaclarla mübarizədə bir nömrəli qayda budur. ⬆️

📍Bakı-Sumqayıt yolu bunun ideal nümunəsidir.

#tıxac #urbanistika
Yol genişləndirilməsinin qurbanı. Bu səfər Avropadan bir misal.

🇩🇪 1884-cü ildə Hamburqda Elba çayının üzərindən gotika stilində körpü inşa edilmişdir.

Lakin 1959-cu ildə bu körpünü genişləndirərkən onu memarlıq tarixinə əlvida dedilər.

Bu gün inkişaf etmiş ölkələrdə bilirlər ki, tıxaclarla mübarizədə yolun genişləndirilməsi effektiv üsul deyil, lakin səhvlər mərhələsini bir çoxları keçib.

#əvvəlsonra
🅿️ Xəqani küçəsində parallel parkinq nişanlanmasını aparıblar. Əvvəllər yox idi.

♿️ Hətta fiziki məhdudiyyətli insanlar üçün yerlər də ayrılıb, amma bəzi sürücülərə heç bir qayda vecinə deyil.

🔹 Gələn həftədən bu küçədə rəsmi ödənişli parklanma qüvvəyə minir. Bu qaydalara nəzarət mexanizminin tətbiqi mənə çox maraqlıdır.

🔹 Ətraflı vloq da çəkdim, YouTube-da yayımlanacaq.

#parklanma
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xəqani küçəsi bu səhər. Rəsmi ödənişli parklanma qüvvəyə düşsə də, parkovşiklər hələ də yerindədir. 🤡

#parklanma
ℹ️ Deməli, parklanmaya bağlı son gələn xəbərlər belədir:

🔹 AzParkinq əməkdaşları döyülüb
🔹 AYNA-nın əməkdaşları ərazidə olub
🔹 Qazilərin adından istifadə edərək parkovşikləri yerinə qaytarıblar
🔹 Sürücülər hələ də parkovşiklərə pul verməyə davam edirlər.

Bunların hamısı gözlənilən idi və bir müddət davam edəcək. Bu qara bazarı elə-belə heç kim buraxan deyil.

Məni narahat edən başqa məqamdır. Əgər bu məsələ qısa müddətə həll olunmasa, daha yuxarı instansiyalardan tapşırıq gələcək ki, "əl dəyməyin, köhnə qaydasına qaytarın".

Bu isə yenə də bütün islahat təşəbbüsünü öldürəcək, yenə də geriyə bir addım olacaq. Ümid edirəm, sağlam düşüncə qalib gələcək.

#parklanma
🚍 Bakıda daha bir avtobus zolağı salınıb. Bu səfər Zivərbəy Əhmədbəyov küçəsində.

Çoxdandır ki, belə təcrübə yox idi. Ümid edirəm, nəzarət mexanizminə də yanaşma dəyişəcək. Daha tutumlu nəqliyyat prioritetlə olmalıdır. Avtobus tıxacsız getməlidir ki, cəlbedici olsun.

#avtobuszolağı
Cari vəziyyət və xəyallar.

🔹 Dizayner Rəsul Həsən Dəmiryol vağzalı meydanının önünü parkinqsiz variantını göstərib.

Bir gün mütləq belə olacaq, çünki bu yolu çox ölkələr keçib. Əslində, 100 il əvvəl bu meydan məhs belə idi, maşınsız.

#vağzalmeydanı
🅿️ Ödənişli parklanma haqqında digərləri danışmadığını biz dedik.

Yeni video üçün Mərkəz və ən bahalı zonaya aid Xəqani küçəsində Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təmsilçisi Tərlan Səfərov və müstəqil nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə gəzişib söhbət etdim, gündəmdə olan sualları ünvanladım.

Parkovşiklərin axırı necə olacaq? Tarifləri kim və necə hesablayıb? Rəsmi toplanan pullar hara gedəcək, necə xərclənək? Ən əsası, bu urbanistik islahatdan gözləntilər nədir?

Ətraflı yeni videoda: https://youtu.be/n8t3KGQsJGg

P.S. Bizə Patreon-da daimi dəstək göstərənlərə təşəkkür etmək istəyirəm. Həmçinin, işimə dəstək göstərmək istəyənlər mənə buradan kofe ala bilər.

#parklanma #vloq #TərlanSəfərov
İnsan yönümlü küçə nə edə bilər?

Misal üçün dövlət büdcəsinə külli miqdarda pul gətirə bilər. 💵

Bunun bir misalı Lankaster şəhəridir (ABŞ, Kaliforniya). 2010-cü ildə bu küçədə əsaslı təmir işləri görülüb, hərəkət zolaqlarının sayını azaldıblar, ağaclar əkiblər, daha çox piyadaları bura cəlb ediblər. Bəzi günlərdə bu küçəni isə maşınlar üçün təmamilə bağlayırlar.

🔹 Beləliklə, bura biznesi cəlb etmək olub, 13 il ərzində 800 yeni iş yeri yaranıb. Küçənin təmirinə 11,5 milyon dollar xərclənib, lakin təmirdən sonra küçə 130 milyon dollar investisiya və $273 milyon iqtisadiyyata xeyir gətirib.

"Burada unikal bir şey yoxdur. Digər şəhərlər də bu təcrübəni təkrar edə bilər. Təkrarı çətin olan bizim şəhər hakimiyyətinin niyyətidir." - Ceyson Kodl, Lankaster şəhərinin meri.

#ABŞ
🌳 Ağaclar şəhərin kondisioneridir. Bu ifadəni dəfələrlə səsləndirmişəm.

Bu gün Bakıda “cəhənnəm istisi” hökm sürsə də, bəzi Türkiyə kurortlarında yay bizdən də isti keçir.

Amma Alanyanın nümunəsində mən hələ keçən il göstərdim ki, ağacların yaratdığı kölgələr havanı 10 dərəcədə daha sərin edə bilər.

Eyni zamanda vloqda şəhər mühiti və dəniz qırağı haqqında danışmışdım.

Baxmamısınızsa, məncə əsl vaxtıdır. ⤵️

https://youtu.be/O_fJ9TTKw24

#vloq #ağaclar
🇺🇸 1946-cı ildə Atlanta şəhərinin məmurları denmişdilər ki, bu yolda 6 zolaq olsa tıxac olmayacaq.

Reallıq isə budur: ⬆️

Yolların genişləndirilməsi tıxac problemini həll etmir. Bu hər kəs üçün dərs olmalıdır.

#ABŞ #urbanistika
❗️ Bu gecə bloger Nicat Şakirli (Nikosayağı) ağır qəzaya düşüb. Avtomobili Heydər Əliyev prospektində TIR-a çırpılıb.

Nəticədə sərnişin dünyasını dəyişib, özünün isə qolunun amputasiya edilməsi deyilir.

Qəzanın təfərrütları hələ bilinmir, amma Nicatın ən azı çəkdiyi videolarda bir dəfə də olsun təhlükəsiz kəmərindən istifadə etməsini görməmişəm.

Yüksək sürət də rol oynayıb güman ki, avtomobilin vəziyyətindən bu görünür. Amma nəyə görə sə, kəmər bağlamaq bizdə hələ də sanki söyüş kimi qəbul olunur. Niyə öz həyatı ilə belə oynasan? 1 milyonluq izləyicisi olan səhifədən əksinə təbliğat kimi istifadə edib kəmər taxmaqla kifayət qədər insanlara təsir edib örnək ola bilərsən.

Başqa dərd isə şəhər daxilindəki yolların maqistral kimi olmasıdır. Küçə və prospektlər özü belə dizayn edilməlidir ki, istəsən belə oradan 100 ilə bilməyəsən. H.Əliyev prospekti bunun tam əksidir.

Qəzada həlak olan sərnişinə Allah rəhmət eləsin, Nicata isə şəfa diləyirəm.

#qəzalar
⚡️ Yol qəzalarında yeganə səbəbkar insanlar özləri deyil.

Yol infrastrukturu özü belə olmalıdır ki, qəza riski minimuma endirilsin. Bunun üçün inkişaf etmiş şəhər və ölkələrdə yolları elə layihələndirirlər ki, orada hərəkət etmək özü-özünə təhlükəsiz olsun. Maşınla, piyada, velosipedlə - fərq etməz.

📍 Bu gün Heydər Əliyev prospekti maqistral kimi tikilməsəydi, bu həm ağır qəzaların qarşısını alardı, həm daha çox insan daşıya bilərdi, həm də daha yaşıl və səs kirliyindən azad olan bir məkan olardı. 🇳🇴 Oslo şəhərinin nümunəsini əlavə edirəm.

#təhlükəsizlik #visionzero