İnsan yönümlü şəhərlər ️
2.87K subscribers
1.81K photos
212 videos
563 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Gecə vaxtı keçidlərin işıqlandırılması.

🇸🇪 Stokholmdan qısa video çəkdim sizin üçün.

#piyadakeçidləri #Stokholm
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔹 Öz vətəndaşlarına hörmət edən şəhər insanlara əziyyət vermir. Piyadaları təhqir etmir və onları yerin altına qovmur.

🇭🇺 Budapeştdə bütün yeraltı keçidlərin üzərində əlavə eynisəviyyəli "zebra"lara rast gələcəksiniz.

Rahat və insan yönümlü şəhər belə olmalıdır 💚

#piyadakeçidləri #Budapeşt
Eybəcər və lazımsız keçid səkini də pis günə qoydu. 👎

Koroğlu Rəhimov küçəsində tikilən (hazırda dayandırılıb) yerüstü keçid həmçinin buradakı mövcud səkisini görün nə günə qoyub. 🤦‍♂️

Onsuzda park edilmiş maşınlar burada səkinin bir hissəsini alıblar, indi isə görünür bu keçidin "eşşək boyda" pilləkəni səkinin 80%-ni zəbt edib.

❗️ Xatırladım ki, keçid qanunsuz tikilir, Arxitektura Komitəsi bu keçidin tikintisinə razılıq verməyib.

#piyadakeçidləri
Bu absurd yerüstü konstruksiya birmənalı olaraq sökülməlidir.

Koroğlu Rəhimov küçəsindəki lazımsız piyada keçidinin yanına getdim və onun şəhər mühitinə nə dərəcədə ziyan dəyməsindən video hazırladım.

"Bu keçidin nəyi pisdir ki" deyən dostlarınız qalıbsa, onlara da mütləq göstərin.

https://youtu.be/2-bhC6xVYIo

#vloq #piyadakeçidləri
🇲🇽 Meksikada yerüstü keçidləri söküb eynisəviyyəli keçidlərlə belə əvəz edirlər.

Bu proseslər bütün dünyada baş verir və bir gün mütləq Bakıda da kütləvi şəkildə baş tutacaq.

💬 "Yeraltı/yerüstü keçidlər yaxşı şeydir və şəhərdə lazımdır" deyən dostlarınız arasında bu fotoları paylaşın.

#piyadakeçidləri
Koroğlu Rəhimov küçəsindəki lazımsız yerüstü piyada keçidi tarixə qovuşdu.

Paylaşdı: Road Safety

#piyadakeçidləri #əvvəlsonra
🔹 Bəsti Bağırova və Cəfər Cabbarlı küçələrinin kəsişməsində mövcud olan piyada keçidində svetofor qoydular.

İki hərəkət zolağının üzərindən keçən bütün piyada keçidləri nizamlanan olmalıdır, əslində.

Həm də çox yaxşı oldu ki, "zebra" indi kəsişmənin hər tərəfindədir, əvvəllər yalnız iki tərəfdə idi.

Videosu burada: https://www.youtube.com/watch?v=RW3pbS3Sc6E

#piyadakeçidləri
🚷 Neftçilər prospektini ildən-ilə piyada keçmək narahat olur.

Arxiv peyk fotolara baxsaq görünür ki, 15 il əvvəl bu prospekti bir çox yerdə rahatlıqla "zebralar" üzərindən keçmək olurdu.

❗️ Müqayisə üçün:

🔹 2009-cu ildə burada 12 piyada keçidi var idi (11 "zebra" +1 yeraltı).
🔹 2023-cü ildə isə cəmi 6 keçid var, onların hamısı yeraltıdır və azmobilli insanlar üçün əlverişsizdir. ♿️

Deyə bilərsiniz, bəs 6 zolağın üzərindən eynisəviyyəli keçid təhlükəlidir.

🚦 Bunun üçün bəşəriyyət svetofor icad edib. Yenə deyərsiniz, "bəs svetofor tıxac yaradır axı". Xeyr, düzgün nizamlanmış svetofor hərəkət axınının paylanılmasını təmin edir. Nəqliyyat elmi küçədənkənar keçidlərin lazımsız olduğunu çoxdan sübut edib.

📍 Xüsusilə nəzərə alsaq ki, şəhərin mərkəzində yerləşən Neftçilər prospekti həm sakinlərin istirahət etdiyi məkanları birləşdirir, həm də turist axını olan bir məkandır. Burada ilk növbədə piyadaların rahatlığı düşünülməlidir.

⚠️ Şəhər insanlara qaytarılmalıdır.

#piyadakeçidləri #Neftçilərprospekti
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬 Tural Yusifov Hövsandakı əlverişsiz piyada keçidlərindən danışdı və çox yaxşı izah etdi.

Bu cür keçidlər narahatdır və əksinə təhlükəsizliyə ziddir.

#piyadakeçidləri #təhlükəsizlik
Anlaşılmaz yeraltı keçidlər, yarımçıq və baryerlər dolu səkilər - və bunların hamısı düz şəhərin mərkəzində. Qış Parkı deyilən ərazidə.

Piyadalar üçün burada yaradılan şəraiti əvvəllər görməmisinizsə, o zaman bir az şoka düşəcəksiniz. Yeni videoda memar Dilqəm İsmayılov ilə Füzuli və ətraf küçələri gəzişdik, urbanistik icmalını edərək səhvləri göstərdik, öz məsləhətlərimizi verdik.

🔹 İzləyin və xahiş edirəm paylaşın ki, çoxlu baxış gəlsin, problemlərə daha tez diqqət yetirsinlər və onlar daha tez öz həllini tapsın.

https://youtu.be/8PBGYHobxI4

🔥 Bu cür reportajların çəkilişini biz hətta qızmar yay istisində davam edirik. İşimizi bəyənirsinizsə və dəyər vermək istəyirsinizsə, bizə dəstək edənlərin sırasına qoşula bilərsiniz.

#vloq #piyadakeçidləri
Piyadaların hərəkətini daha rahat etmək əvəzinə onları cərimələyirik. 🤦‍♂️

Dövlət Yol Polisi piyadalara növbəti sürpriz hazırlayıb. İzləyicimiz yazır ki, Azadlıq prospekti və Füzuli küçəsinin kəsişməsindəki piyada keçidi məntiqsiz olaraq yolayrıcında deyil ondan 30 metr aralığında təşkil olunub. Nəticədə siz prospektin düz hərəkət etmək üçün gedib 60 metr dairə vurmalısınız. ❗️

Təbii ki, bunun heç bir məntiqi yoxdur və piyadalar bütün normal insanlar kimi yolu düzünə keçməyə üstünlük verir. Və bu piyadaları polis 18 AZN cərimələyir...

❗️ BİR DAHA! İNSANLARIN RAHATLIĞINI DÜŞÜNMƏK ƏVƏZİNƏ, BİZ ONLARI CƏRİMƏLƏYİRİK!

2023-cü ildə... Bütün dünya insan yönümlü şəhər qurmaq istəyir, biz isə yol infrastrukturun qüsurlarından istəfadə edərək insanlara cərimə yazırıq.

Siz Allah bəsdirin, ayıbdır! 🤦‍♂️

#piyadakeçidləri
🔥 YENİ VİDEO!

Bu gün yeraltı və yerüstü keçidlər haqqında ətraflı danışacağıq. Bu mövzunu səhifədə dəfələrlə qabartmışıq, lakin yenə də məsələyə aydınlıq gətirməyə ehtiyac qalır.

Urbanist İlkin Babayevlə Ukrayna dairəsindəki məşhur keçidə və ətrafına baxdıq, mövcud vəziyyətdən və çıxış yollarından danışdıq. Və bir daha əmin olduq ki, bu keçidə xərclənən maliyyəni daha effektiv istifadə etmək olardı.

🔹 https://youtu.be/yoQvBRxSzUY

#piyadakeçidləri #vloq #İlkinBabayev
Azadlıq prospektinin bu hissəsində hələ də keçidin olmaması təhlükə yaratmağa davam edir.

🔹 Bir neçə ay bundan öncə buradakı vəziyyəti izah etmişdim. və dövlət qurumlarına müraciət ünvanlamışdım.

Müraciətə hələ müsbət cavab gəlməyib və hər gün piyadalar burada təhlükəli şəkildə yolu keçməyə davam edir.

💬 Məyusedici həmçinin odur ki, bəzi izləyicilər yazır “tənbəl piyadaların canı çıxsın getsin 200 metr qabaqdakı svetofordan keçsin”.

Amma bu belə işləmir, əgər sizdə kütləvi şəkildə yolu nəzərdə tutulmayan yerdən keçirlərsə, siz ora qadağalar deyil, əksinə yolu keçmək üçün şərait yaratmalısınız.

🔸 Piyadaları təhqir və tənqid edərək inkişaf heç vaxt olmayacaq.


#piyadakeçidləri #azadlıqprospekti