İnsan yönümlü şəhərlər ️
3.1K subscribers
2.05K photos
247 videos
628 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🇺🇸 Ostin şəhəri, ABŞ.

Amerika dünyanın ən avtomobilləşmiş ölkəsi, şəhərlərin isə əksəriyyəti avtomobilyönümlü olması bəllidir.

Buna baxmayaraq, bu ölkənin bir sıra şəhərləri İsveçin "Vision Zero" təhlükəsizlik proqramını tətbiq etməyə başlayıb. Küçələri daha təhlükəsiz etmək üçün piyada, velosiped və ictimai nəqliyyata üstünlük verilir, sürət azaldılır, yolayrıcıları isə daha təhlükəsiz edilir.

Texas ştatının paytaxtı hər il Amerikanın ən yaşamalı şəhərlər siyahısına düşür.

#ABŞ #visionzero
❗️ İlin ilk faciəvi qəzasının videosunu paylaşmıram, yəgin ki başqa səhifələrdə görmüsünüz.

Çox uzun da şərh etməyəcəm. Yalnız "Vision Zero"-nun əsas şuarını xatırladacam:

İnsanlar səhv edə bilər, heç kim ideal deyil. Amma yollar elə layihələndirilməlidir ki, kimsə səhv edəndə bu onu həyat bahasına başa gəlməsin.

İnsan yönümlü şəhər - ilk növbədə təhlükəsiz bir şəhərdir.

⚠️ "Vision Zero" nədir və o bizi necə xilas edə bilər? Azərbaycan dilinə tərcümə etdiyim bu videonu izləməyə tövsiyə edirəm.

#visionzero #təhlükəsizlik #qəzalar
⚠️ Döngələri sadə üsul ilə daha təhlükəsiz edilməsi.

Bu cür döngələrdə sürücülər sürəti azaldaraq daha diqqətli olur, piyadalar isə daha təhlükəsiz şəkildə yolu keçə bilir.

"VisionZero" proqramına daxil olan təhlükəsizlik tədbirlərindən biridir.

Foto: Nyu-York Nəqliyyat Departementi

#VisionZero #ABŞ
🇸🇪 İsveçin yollarında bilirsiniz niyə bizdən 5 dəfə daha az insan ölür? Piyada vurulma halları isə ümumiyyətlə müqayisə olunası deyil?

Bu fotolarda cavab tapacaqsınız. Fikir verin demək olar ki, hər bir yolayrıcında təhlükəsizlik adacığı var. Dönqələr özləri və küçə belə dizayn edilib ki, burada yüksək sürət üçün yer yoxdur.

Bax, nə vaxtsa biz küçələri belə layihələndirəndə, o zaman bizdə də statistika indiki kimi dəhşətli olmayacaq.

📍 Stokholm.

📱 Daha çox foto stories-də.

#visionzero #stokholm #təhlükəsizlik
⚠️ Uşaqların həyatlarını xilas edən etirazlar.

🇳🇱 Bu gün Sizə Niderland tarixindəki bir dönüş nöqtəsi haqqında danışmaq istəyirəm.

Keçən əsrin ortalarında burada, digər Avropa ölkələrində olduğu kimi, avtomobillərin sayı kəskin artmağa başladı. Küçələrdən tramvayları yığışdırıb, onların yerində geniş və sürətli yollar salınırdı (tanışdırmı?).

Təbii ki, avtomobilləşmə qəzaların sayına da təsir etdi. Belə ki, 1971-ci ildə Niderland yollarında 3300 nəfər həyatını itirmişdi, onların 400-dən çoxu uşaq idi.

Qəzəblənən ictimaiyyət "Uşaqları öldürməyi dayandırın" (Stop de Kindermoord) kampaniyasına start verdi. Minlərlə insan etirazlara çıxdı.

Dövlət məcbur olub tədbirlərə keçdi. Şəhərlər yeni, daha təhlükəsiz konsepsiya haqqında düşünməyə başladı. Məhs bu addımlar nəticədə İsveçdə qəbul olunan "Vision Zero" proqramının əsasında durdu.

Son 40 il ərzində Niderlanda yol qurbanların sayı 5 dəfədən çox azalaraq, 3300-dən təxmini 600-ə düşüb. Bu gün bu ölkənin küçələri dünyanın ən təhlükəsiz sırasındadır.

🔸 Xatırladım ki, Niderland əhalisi təxmini 18 milyon təşkil edir. Azərbaycanda isə 10 milyon əhaliyə hər il 800-dən çox yol qurbanı düşür. Avtomobil sayına görə götürsək, fərq daha çox nəzərə çırpır.

#təhlükəsizlik #qəzalar #visionzero
⚡️ Yol qəzalarında yeganə səbəbkar insanlar özləri deyil.

Yol infrastrukturu özü belə olmalıdır ki, qəza riski minimuma endirilsin. Bunun üçün inkişaf etmiş şəhər və ölkələrdə yolları elə layihələndirirlər ki, orada hərəkət etmək özü-özünə təhlükəsiz olsun. Maşınla, piyada, velosipedlə - fərq etməz.

📍 Bu gün Heydər Əliyev prospekti maqistral kimi tikilməsəydi, bu həm ağır qəzaların qarşısını alardı, həm daha çox insan daşıya bilərdi, həm də daha yaşıl və səs kirliyindən azad olan bir məkan olardı. 🇳🇴 Oslo şəhərinin nümunəsini əlavə edirəm.

#təhlükəsizlik #visionzero
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇦 Kanadanın Toronto şəhərində yaxın zamanda ilk "Niderland-tipli" yolayrıcısı təşkil ediləcək.

Yeni urbanistik yanaşması ilə təşkil olunmuş bu yolayrıcısında avtomobil, velosiped və piyadalar arasında konflikt nöqtələri minimuma endiriləcək.

Yolayrıcısına birləşən küçələrdə həmçinin əlavə velosiped zolaqları salınacaq, ağaclar əkiləcək.

🔹 Kanada və ABŞ son illər küçələrini daha təhlükəsiz etmək üçün Avropa ölkələrinin təcrübəsini tətbiq etməyə davam edirlər. Əsas məqsəd - yolları daha təhlükəsiz etməkdir.

#təhlükəsizlik #visionzero
🔁 Küçənin “VisionZero” konsepsiyasına uyğun transformasiyası.

1️⃣ Birinci fotoda bizə tanış gələn tipik bir yolayrıcısıdır. Maşınlar hər tərəfi zəbt edib, piyadalar görünmür.

2️⃣ Mərhələli şəkildə əvvəl yolayrıcını deliniatorla (el arasında “tumba”) əhatə edirik.

3️⃣ Fiziki adacıq (səki çıxıntısı) təşkil edirik.

4️⃣ Yolayrıcının səviyyəsini yola nisbətən qaldırırıq ki, sürücülər yaxınlaşarkən sürəti azaltsın.

Şəhərin bir sıra yolayrıcılarını bu cür təhlükəsiz şəkildə transformasiya etmək olar, qəzaların sayını azaltmaq olar. Misal üçün, Ağ Şəhərdə artıq daşla döşənilən yolayrıcılara rast gəlmək olar.

#visionzero #təhlükəsizlik
Daha iki uşaq təhlükəli yollarımızın qurbanı oldu.

Zaqatalada sürücülük vəsiqəsi olmayan bir şəxs küçədə gəzən 3 məktəblini vurub, onların ikisi hadisə yerində dünyasını dəyişib.

Yaxşı, sürücü məsuliyyətsiz bir axmaqdır, amma bu küçədə təhlükəsiz gəzmək üçün şərait varmı? Xeyr, fotolarda hər şey aydın görsənir. Bakının bir çox küçələrində olduğu kimi, regionlarda səkilərlə vəziyyət acınacaqlıdır. İnsanlar yolun ortası ilə gəzir, hər gün həyatlarını təhlükə altına atır. Regionlardan vloqları çəkərkən dəfələrlə bunu göstərmişik.

Bu qəzada sürücünün günahı olduqca böyükdür, əlbətdə, onu məsuliyyətə cəlb edəcəklər. Amma əgər biz istəyiriksə küçələrdə insanlarımız ölməsin biz qəzadan sonra kimisə cəzalandırmaq deyil (axmaq və məsuliyyətsiz sürücülər dünyanın hər yerində var), qəzaların qarşısını almaq üçün tədbirlərə fokuslanmalıyıq. "Vision Zero" konsepsiyası var, hər şey orada aydın izah olunub, amma bizdə tətbiq etmək istəmirlər.

🔸 Görəsən daha nə qədər soydaşlarımız ölməlidir ki, biz nəhayət bunu başa düşək? Yollardakı soyqırım nə vaxta qədər davam edəcək?

#qəzalar #visionzero
🇺🇸 ABŞ-ın daha bir şəhərində urbanistik islahatlara start verildi.

📍 San-Diego şəhərində NACTO və VisionZero standartlarına uyğun baryersiz səkilər, geniş velozolaqlar, səki çıxıntıları, parkinq cibləri və təhlükəsizlik adacıqları təşkil etdilər.

🔄 İndi bu küçə daha təhlükəsiz, əlçatan və daha çox hərəkət iştirakçılarının marağını nəzərə alır.

#ABŞ #VisionZero