İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
241 videos
620 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇴 Boqota şəhərində ayrılmış avtobus zolağı sizi belə tıxacdan xilas edə bilər.

Avropa deyil bura, Cənubi Amerikadır. Burada da başa düşürlər ki, insanlara seçim vermək lazımdır. Ya öz maşınında daha komfortlu, amma daha gec və tıxacda, ya da ictimai nəqliyyatla, ayaq üstə gedə bilərsən, lakin vaxtında çatacaqsan.

#avtobuszolaqları
⬆️ Avtobus zolaqların vacibliyi haqqında danışanda, bu şəkli göstərə bilərsiniz.

Bu gün "Transport for Baku" səhifəsinə təşəkkür videomüraciəti gəlmişdir. Xırdalanda yaşayan izləyici deyir ki, ayrılmış zolaq sayəsində avtobuslar rahat və tıxacsız gəlir Bakıya.

💬 Çox vaxt deyirlər ki, bəs "sürücülər də insandır, ayrıseçkilik gərək olmasın". Lakin unutmayaq şəhərdə və yollarda ərazi məhdud olan bir yerdir. Və biz bu yeri daha səmərəli istifadə etməliyik. Daha çox insan daşıyan nəqliyyat vasitəsinə birmənalı olaraq prioritet verilməlidir. İctimai nəqliyyata prioritet verərik və insanları ona cəlb edərək, biz eyni zamanda avtomobil istifadəsini azaltmış oluruq.

🚍 Avtobus zolaqları və ictimai nəqliyyat dəhlizləri bütün Bakını əhatə etməlidir.

#avtobuszolaqları #urbanistika
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇰 Danimarkanın Olborq şəhərində BRT sistemi. Bus Rapid Transit.

Öz ayrılmış xətti ilə hərəkət edən sürətli avtobus.

Hərdən buna metrobus deyilir (İstanbulda misal üçün).

#avtobuszolaqları #BRT
🇸🇰 Geniş velosiped zolağı, avtobus zolağı və cəmi bir zolaq avtomobillər üçün.

🇦🇿 Bakıda da edək, yoxsa 2040-ci ili gözləyək?

#Bratislava #avtobuszolaqları #velosipedzolaqları
🚍 Neftçilər prospektində avtobus zolağı salındı! 🔥

Düzdür, hələ ki cəmi 100 metrlik ərazini əhatə edir, daha sonra "8 noyabr"da yeni salınan zolağa birləşir. Amma Neftçilər prospekti boyu mütləq ayrılmış avtobus zolağı olmalıdır (tramvayı ümid get-gedə yox olur).

🔸 Ümumiyyətlə, AYNA söz verib ki, bu ilin sonuna qədər şəhərdə 100 km-dən çox yeni avtobus zolaqları salınır. Bu zolağa daxil olub qayda pozan sürücüləri isə daha sərt cərimələr gözləyir.

#avtobuszolaqları
🚍 Daha bir avtobus zolağı salındı.

📍 Şəmsi Bədəlbəyli küçəsi.

#avtobuszolaqları
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚍 Şəmsi Bədəlbəyli küçəsində yeni avtobus zolağı. Fikir verin, sürücülər necə də intizamlıdır.

🔹 Yolayrıcıdan avtobus zolağına deyil, birbaşa avtomobil zolağına giriş-çıxışları xüsuslə bəyəndim. Ləngimələr daha az olacaq və avtobus daha da boş qalacaq.

TiflisdəMoskvada da bu cür edirlər.

#avtobuszolaqları
💬 Bu fotonu paylaşan izləyici yazır ki, Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına YPX əməkdaşları avtomobilləri yönəltməyə başladı.

Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?

🚍 Ayrılmış zolağının yeganə məqsədi - avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur.

🔸 Bu halda cəriməsi qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?


#avtobuszolaqları
🚍 Ayrılmış avtobus zolağının məqsədi nədir?

Əslində çox sadə - ictimai nəqliyyatın tıxacda qalmaması və onun vaxtı-vaxtında öz qrafiki üzrə hərəkət etməsi.

Detallara getsək isə belədir:

🔹 Avtobus minik avtomobildən ortalama 3 dəfə çox yer tutur, amma eyni zamanda 50 dəfə daha çox insan daşıyır.

🔹 Deməli şəhərdə 2000 avtobus hərəkət edirsə bu 100 min avtomobil əvəz edir.

🔹 Bunun həm sıxlıq və tıxax, həm ekoloji fəsadlarını da düşünün.

🔹 Ayrılmış zolaqla hərəkət edən avtobus tıxacda hərəkət edən avtomobilə alternativdir. Əgər tıxacda avtomobil A nöqtəsindən B nöqtəsinə 40 dəqiqə, avtobus isə 15 dəqiqə çatırsa, deməli insanlarda seçim olacaq.

🔹 Avtobus zolaqların sayəsində, hər bir marşrutun qrafikini tərtib etmək mümkündür ki, intervallar daha az olsun, ictimai nəqliyyat cəlbedici olsun.

🔹 Avtobus zolaqlarında heç bir halda hərəkət etmək olmaz, bu nəyinki qayda pozuntusudur, həm də açıq şəkildə cəmiyyətə hörmətsizliyin nümayiş etməkdir.

🔹 Avtobus zolaqlarının cəriməsini 100 manata qaldırılması, əlavə olaraq 2 cərimə ballarının tətbiq edilməsi təklif olunur. Düşünürəm ki, bu çəkindirici tədbirlə yanaşı sərt nəzarət də gələcək. Bu böyük irəlləyiş olacaq.

🔹 Bəli, sürücülər bir müddət narazı qalacaq, digər ölkələrdə bu narazılıqlar hələ də qalır, lakin 5-ci bəndə qayıdaraq - məhz ictimai nəqliyyata prioritet verməklə onu daha cəlbedici etmək və tıxacları azaltmaq mümkündür.

#avtobuszolaqları
🚍 Ayrılmış avtobus zolaqlarına etiraz edən sürücülərə həsr olunur.

Nədənsə sükan arxasına oturan insanların bir çoxunda eqoizm digər hissləri üstələyir.

#avtobuszolaqları #karikatura