İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
241 videos
620 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🌙 Gecə xronikası.

Azərbaycan prospektində velozolağı qanunsuz parkinqdən qorumaq velosipedçilər öz velosipedlərini baryer kimi düzüblər.

📸: Paylaşdı: Cycling Baku.

#velosipedzolaqları
🇺🇸 Nyu-York lap "ağını çıxardı"!

🚲 Dünən bir şərh rastıma gəldim ki, deyir, “velosiped zolaqlarını mövcud yol hissəsinin hesabına təşkil etmək olmaz”. Təbii ki, mövzu ilə maraqlanan çoxdan bilir ki, məhz mövcud hərəkət hissəsini daha səmərəli və ədalətli istifadə etmək üçün velozolaqlar və avtobus zolaqları salmaq lazımdır.

🔹 İslahatları ilə fərqlənən Nyu-Yorkda isə lap “ağını” çıxarıblar. Götürüb nə az nə çox, iki avtomobil zolağını veriblər velosipedçilərə - biri hərəkət üçün, biri də veloparkinq üçün. 🙂

💬Bizdə velosiped sürən yoxdur” deyənlər bu fotoda bir dənə də olsun belə velosipedçi tapa bilməzlər. Amma Nyu-Yorkun rəhbərliyi çox gözəl başa düşür ki, tıxaclara qalib gəlmək üçün insanlara dayanıqlı alternativlər yaratmaq lazımdır.

#velosipedzolaqları #ABŞ
🚲 A. Cəlilov küçəsi. Velosiped zolağı.

Gecə vaxtı buna cərimə yazan olmayacaq, lakin ümid edirəm yeni qanun tam qüvvəyə minəndən sonra, həm velozolaqlara, həm “bus” zolaqlarına ciddi nəzarət başlayacaq.

#velosipedzolaqları
🇩🇪 Berlinin velosiped zolaqları - maraqlı faktlar.

🚲 Almaniyanın paytaxtında artıq 620 km velosiped zolağı var. Bu, Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planından 2 dəfə çoxdur.

🚙 Berlində 1.2 milyon avtomobil var (Bakıdan çox), buna baxmayaraq bu gün şəhərdə səfərlərin 18%-i velosipedlərin payına düşür. Müqayisə üçün Bakıda bu rəqəm heç 1% təşkil etmir (AYNA-nın məlumatı).

❗️ Almaniya Avropanın ən çox avtomobilləşmiş ölkəsidir. Dünyanın aparıcı avtomobil şirkətləri və konsernləri məhz Almaniyada cəmləşib. Buna baxmayaraq, almanlar maşını daha çox gündəlik əsasda deyil, istirahət günlərində və uzaq məsafələrə sürməyə üstünlük verir.

📸 Fotolar: Melissa & Chris Bruntlett

#velosipedzolaqları #Berlin
💬 “Bakıda heç kim velosiped sürmür! Kimə lazım idi bu zolaqlar?!”

🚲 Həmin an Bakı ⬆️

#velosipedzolaqları
🚲 Velozolaqlar Yasamala da gəlib çatdı.

Parlament prospektində yeni asfalt çəkiləndən sonra velosiped zolaqları da təşkil olundi.

Ardı gəlsin, böyük bir şəbəkəyə çevrilsin.

#velosipedzolaqları
🚲 Qusarda velosiped zolağı.

🔸 Şəxsi mesajlarda və qrupda izləyicilər qayda pozuntularını fotolarını göndərib soruşurlar ki, niyə bəzi sürücülər cərimədən çəkinmirlər, ya da ki niyə bəzi küçələrdə cərimə yazmırlar?

Qarşı sualım var. Sizcə regionlarda 100 manatlıq cərimə reydi başlasa reaksiya necə olar? Misal üçün, Qusar ölkənin nadir şəhərlərdən biridir ki, burada velozolaqlar var. Lakin bəzi yerlərdə zolağa heç kim riayət etmir. İndi bu sürücülərə cərimə yazan olacaq sizcə?

🔹 Sualın cavabı oradan başlayır ki, bəs burada velosiped zolağı düzgün təşkil olunubmu?

#regionlar #qusar #velosipedzolaqları
🚲 Velozolaqların sayı artmaqdadır.

Ötən gecə "8-ci zavod" küçəsi kimi tanınan 250 metrlik ərazidə (xəritə) də velozolaq salındı. Düşünürəm ki, burada və gələcəkdə bir çox küçələrdə artıq yolun bir tərəfində ikitərəfli zolaq salmaqdansa hər iki tərəfdə birtərəfli zolaq salmaq daha məntilqli olar. Bunu mən Xaqani və Nizami küçələri üçün təklif etmişdim.

🔹 Misal üçün, geniş Yusif Səfərovda da mütləq yolun hər iki tərəfindən velosiped zolağı lazımdır, çünki küçənin hər iki tərəfində yaşayış və müxtəlif obyektlər var.

📸 Foto: Mikromobillik Azərbaycan (deyəsən, AYNA əməkdaşlarının səhifəsidir).

#velosipedzolaqları
🚲 Velosiped zolaqlarını təşkil edərəkən tez-tez yaddan çıxan məsələ — velosiped keçidləridir.

🔸 Yenə də 8 noyabr prospektinə qayıdırıq. Bildiyiniz kimi, burada yolun hər iki tərəfindən velozolaqlar salınır, o zaman niyə bu zolaqları birləşdirən velokeçid olmasın ki?

🔸 Və söhbət artıq bitmiş hissədən gedir (fotoda ASAN xidmətinin yanı). Piyada keçidi zatən çox geniş deyil, həmçinin buradakı pandusu tam baryersiz etmək alınmadı. İndi üstəgəl velosipedlə bu dar yerdən keçmək piyadalara əlavə narahatlıq və ləngitmə yaradacaq.

❗️ Həm burada, həm hazırda prospekt boyu təmir işləri gedən bütün kəsişmələrdə velokeçidlər nəzərə alınmalıdır.

#velosipedzolaqları #8noyabrprospekti
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😵‍💫 Bizi təəccübləndirməyə davam edirlər.

🚲 8 noyabr prospektində bu velosiped zolaqlarında məntiq axtardım, amma tuta bilmədim.

#minivloq #velosipedzolaqları #8noyabrprospekti