Azad İran
4.37K subscribers
18.7K photos
12.5K videos
15 files
8.52K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Yasuc şəhərində SEPAH-a bağlı "Bəsic" qüvvələrinə məxsus qərargaha etirazçı gənclər tərəfindən partlayıcılar atılıb 🔥

💥💥تهاجم و به آتش کشیدن پایگاه بسیج در یاسوج

#İran #Bəsic #etiraz
🇮🇷 İranda yaşı 12-dən aşağı olan 1 milyon uşaq tam savadsızdır 🔥🏫

İran parlamentinin Təhsil Komissiyasının sədr müavini Seyid Məhəmməd Mövləvi bu ölkədə 1 milyona yaxın şagirdin təhsilini yarımçıq qoyduğunu açıqlayıb.

O deyib: "Uşaqların təhsildən kənarda qalması o deməkdir ki, onlar birinci sinifdə qeydiyyatdan keçməyiblər və məktəbə qeydiyyatdan keçib təhsil prosesinə başlamalı olduqları yaşda məktəbə getməyiblər, başqa sözlə, tam savadsızdırlar.

Habelə, İranda 279 000 şagird maliyyə problemlərinə görə təhsilini yarımçıq qoyub və onların əksəriyyəti ucqar və kənd yerlərindədir".


📍۱ میلیون از کودکان زیر ۱۲ سال در ایران بی‌سواد مطلق هستند

#İran #təhsil #savadsızlıq

Kanala abunə olun
🇮🇷 İranın Nişabur şəhərində bələdiyyə işçiləri etiraza qalxıblar 🔥

Bələdiyyə binasının qarşısına toplaşan narazı işçilər bir neçə aydan bəri əməkhaqqı ala bilmədiklərini bildirib və öz haqlarını gələb ediblər.

🔥تجمع اعتراضی کارگران شهرداری نیشابور

#İran #Nişabur #etiraz

Kanala abunə olun
Azad İran
🇮🇷 İranın 🇦🇲 Ermənistandakı mədəniyyət müşaviri İrəvandakı Göy Məscidin İrana məxsus olduğunu iddia edir Məhəmməd Əsədi Movəhhed qədim 🇦🇿 Azərbaycan ərazisi olan İrəvandakı Göy Məscidin İranın tarix və mədəniyyətinin qaşı olduğunu iddia edən bəyanatla çıxış…
İranlı diplomat İranın SNN xəbər ajansına müsahibəsində deyib:
"270 illik tarixə malik İrəvan Göy Məscidi Ermənistanın ən vacib turizm məkanlarından biridir.

Bu məscid həm də mədəniyyət mərkəzi və dini təlimlər mərkəzi kimi fəaliyyət göstərir və
İran İslam Respublikası tərəfindən idarə olunur.

Gündəlik yayda 500-600, qışda isə 200-250 ziyarətçi bu memarlıq-sənət və tarixi abidəni ziyarət edir.

Göy Məscid tikiliş, tarixi memarlıq baxımından İrana aid olduğu üçün bizim üçün dəyərlidir.
Ermənistan dövləti ilə razılaşdırılmış anlaşmaya əsasən, sözügedən məscid
İran İslam Respublikasının ixtiyarındadır.
1996-cı ildə məscidin təmiri başa çatıb.

1996-cı ildən mədəniyyət ocağı kimi fəaliyyətə başlayıb. İranlılar və müsəlmanlar üçün dini istinad yeri kimi İrəvan Göy Məscidində dini mərasimlər və ayinlər keçirilir.

Bu məscidi ziyarət etmək turistlərə müsəlman İranın tarixi və mədəniyyətinə dərindən bələd olmaq imkanı verir".

🎥رایزن فرهنگی ایران در ارمنستان: مسجد کبود ایروان، نگینی از تاریخ و فرهنگ ایران اسلامی در قلب ارمنستان است

#İran #İrəvan_Göy_Məscidi #iddia

Kanala abunə olun
🇮🇷🇨🇳 Çinin Tehrandakı səfiri Zonq Pei Vu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni ilə görüşüb

Görüşdə ikitərəfli münasibətlərdəki son proseslər, regional və beynəlxalq əməkdaşlıq sahəsində ən mühüm məsələlər müzakirə edilib.

#İran #Çin
🇱🇧🇮🇱🇸🇾🇮🇷 Hizbullah Məcdəl Şəms şəhərində stadiona zərbə endirib; çox sayda insan tələfatı qeydə alınıb 🔥🚀

İsrail ordusunun sözçüsü Daniel Hagari bu haqda açıqlama verib: "Məcdəl Şəms şəhərinə hücum Hizbullah tərəfindən 50 kq döyüş başlığına malik İran raketi ilə həyata keçirilib".

دانیل هاگاری سخنگوی ارتش اسرائیل: حمله مجدل شمس توسط حزب‌الله با موشک ایرانی انجام شد که دارای سر انفجاری به وزن 50 کیلوگرم بود.

#Hizbullah #Suriya #İran_raketi #İsrail #hücum
🇮🇷 İran zindanlarında işgəncə üçün süni edamlardan istifadə edilir 😱😡

İran hökuməti hənsxanalarda məhbuslara qarşı işgəncənin ən dəhşətli növlərindən biri kimi süni edamlardan istifadə edir.

Bununla bağlı, insan haqları təşkilatları keçmiş məhbuslara istinadən hazırladıqları hesabatda bildiriblər.

Məlumata görə, həbsxanalarda bir sıra məhkumları etiraf verməyə məcbur etmək üçün süni edam icra edilir. Belə ki, etiraf etməyən məhkumlar dar ağacına aparılır, onların boğazına ip salınır və danışmayacaqları təqdirdə edam ediləcəkləri deyilir.

Qeyd olunub ki, süni edama məruz qalanlar arasında güneyli idmançı, 2022-ci ilin etiraz aksiyalarında həbs olunan Səhənd Nurməhəmmədzadənin də adı var. O, törətmədiyi cinayəti etiraf etməsi üçün üç dəfə dar ağacında boğazına ip salındığını vurğulayıb.

#İran #zindan #süni_edam

Kanala abunə olun
🇦🇲 Erməni öyrəncilər 🇮🇷 İran XİN-in araşdırmalar mərkəzinin ekspertləri ilə görüşüblər 🤔

İyulun 23-də İrəvan Dövlət Universitetinin və İran Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun bir qrup professor və tələbəsi İrana səfər zamanı Araşdırmalar İnstitutunun rəhbərləri və baş ekspertləri ilə görüşərək fikir mübadiləsi aparıblar.

Bununla bağlı, İranda ermənilərə məxsus “HUR” Araşdırma və Tərcümələr Mərkəzinin “Telegram” kanalı xəbər verir.

Məlumata görə, görüşdə Cənubi Qafqaz məsələləri, İran-Ermənistan münasibətləri və Ermənistanda gedən daxili proseslər müzakirə edilib, o cümlədən iki ölkə arasında ənənəvi əlaqələrin əhəmiyyəti və inkişaf perspektivləri qeyd olunub.

#Ermənistan #öyrənci #professor
#İran #səfər

Kanala abunə olun
SON DƏQİQƏ

🇮🇷 İranın yeni prezidentinin Xameneyi tərəfindən təsdiq edilməsi mərasimi başlayıb

İSNA xəbər verir ki, İranın yenil prezidenti #Məsud_Pezeşkianın ölkəni ali rəhbəri Əli #Xameneyi tərəfindən prezidentlik postuna təsdiq edilməsi mərasimi başlayıb.

Məlumata görə, mərasimdə #Xameneyi ilə yanaşı, 2500-dən çox hökumət rəsmiləri, hərbçilər, universitet rektorları, o cümlədən xarici ölkələrin səfirləri iştirak edir.

Qeyd edək ki, prezident postuna ali rəhbər tərəfindən təsdiqin icrası İran #Konstitusiyasının 110-cu maddəsinin 9-cu bəndinə əsasən, andiçmə mərasimindən öncə keçirilir.

#İran #prezident #Xameneyi

Kanala abunə olun
🇮🇷 Məsud Pezeşkian rəsmi olaraq prezidentlik postuna təsdiq edildi

İranın yeni prezidenti Məsud Pezeşkianın ölkəni ali rəhbəri Əli Xameneyi tərəfindən prezidentlik postuna təsdiq edildi.

Bununla bağlı, “Tasnim News” xəbər verir.

Məlumata görə, Xameneyi Məsud Pezeşkianın ölkə prezidenti təyin edilməsi haqqında fərman imzalayıb və ona fəaliyyətində uğurlar arzulayıb.

#İran #Məsud_Pezeşkian #prezident

Kanala abunə olun