Azad İran
4.57K subscribers
19.6K photos
13.1K videos
15 files
8.54K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda öyrəncilər geyimə görə universitetə buraxılmır 👩‍🎓

BBC xəbər verir ki, Tehranın Əmirkəbir Texnologiya Universitetinin qız öyrənciləri #geyimlərinə görə universitetə buraxılmırlar.

Məlumata görə, öyrəncilərin laboratoriya geyimi ilə belə binaya giriş icazələri yoxdur.

Bildirilib ki, İran universitetlərində #məcburi_hicab qaydalarına riayət etməyən tələbələrə sərt xəbərdarlıq edilir.

#İran #universitet #öyrənci #geyim
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda öyrəncilər yeməklərin keyfiyyətsizliyinə görə etiraza qalxıblar 🍱

Dünən Kaşan Tibb Elmləri Universitetinin bir sıra öyrənciləri yeməklərin #keyfiyyətsizliyinə görə #etiraz_aksiyası keçiriblər.

Öyrəncilər öz yemək qablarını etiraz əlaməti olaraq universitetin #kampusunun həyətində yerə qoyublar.

شماری از دانشجویان دانشگاه علوم پزشکی کاشان به نشانه اعتراض به کیفیت بد غذا،‌ ظرفهای غذای خود را در محوطه این دانشگاه قرار دادند.

#İran #öyrənci #etiraz
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda öyrəncilər geyimlərinə görə hələ də universitetə buraxılmırlar 😱😡

Sosial şəbəkələrdə paylaşılan videoya görə, bu gün Azad İslam Universitetinin Tehran filialında #məcburi_hicab qaydalarına əməl etməyən öyrəncilərin universitetə girişinə qadağa qoyulub.

Bildirilib ki, ötən həftədən etibarən universitetlərdə qız öyrəncilərə qarşı #sərt_tədbirlər görülür.

#İran #universitet #öyrənci
🇮🇷 Tehran Universitetində güneyli öyrənci intihar etdi 😱😢

Ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil olan magistr tələbəsi və Güney Azərbaycan Öyrənci Hərəkatının fəallarından biri Səid Musanejad intihar edərək həyatına son qoyub.

Məlumata görə, onun cansız bədəni mayın 2-də universitetin yataqxanasındakı otağında tapılıb.

Tehran Universitetinin Sosial Elmlər Fakültəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi Səid Musanejadın vəfatını təsdiqləyib. Onun ailəsinə və qrup yoldaşlarına başsağlığı verilib.

Qeyd olunub ki, Səid Musanejad Ərdəbildən olub və intihar etməzdən bir neçə saat öncə “İnstagram” hesabında son paylaşımını edib. (Araz News)

#Tehran_Universiteti #Güney_Azərbaycan #öyrənci #intihar

Kanala abunə olun
🇮🇷 İranda öyrəncilər sıxışdırılır, ancaq Fələstini dəstəkləyən qərblilərə təqaüd təklif edilir 😱🤦

BBC xəbər verib ki, İran hökuməti ABŞ-də Fələstini dəstəkləyən təhsili dayandırılmış və ya işdən çıxarılmış professorları ölkə universitetlərinə qəbul etdiyini açıqlayıb.

Məlumata görə, İran prezidentinin parlamentdəki müavini Məhəmməd Hüseyni deyib ki, o, bu cür tələbə və professorları qəbul etməyə hazır olduqlarını bildirən bəzi ölkə universitetlərinin təşəbbüsünü alqışlayır.

Təklif öz fəallığına görə ölkədə repressiya və həbslə üzləşən iranlı öyrəncilərin davam edən etirazları fonunda verilib.

Qeyd olunub ki, təqaüdlər fələstinli tələbələrin təhsil haqqı, mənzil və dəstəyi əhatə edir. Ancaq iranlı tələbələr ölkədə hicab zorakılığından tutmuş hər cür repressiv hərəkətlə üzləşirlər.

#İran #Fələstin #öyrənci #təklif #repressiya

Kanala abunə olun
Təbrizdə Öyrənci Günü münasibətilə vərəqələr paylanılıb

Vərəqələrdə Güney azərbaycanlıların tarixən İran şovinizmindən əziyyət çəkdiyi vurğulanır.

"Haray, haray, mən türkəm" şüarları ilə şovinist rejimin dayaqlarını laxlatdığını bildirən güneylilər bundan sonra da müqavimət və mübarizəni davam etdirəcəklərini vurğulayıblar.

📍پخش پوستر به مناسبت روز دانشجو در تبریز

#Təbriz #Öyrənci_günü #vərəqə

Kanala abunə olun
🇮🇷 Kermanşahda yerləşən Razi Universitetində auditoriyanın tavanı uçub, 11 öyrənci xəsarət alıb 🔥😱

Məlumata görə, xəsarət alan öyrəncilər İqtisadiyyat fakültəsinin öyrənciləridir.

🔴 ریزش سقف کاذب کلاس ۱۱ دانشجوی دانشگاه رازی کرمانشاه را مصدوم کرد

#İran #universitet #öyrənci #xəsarət

Kanala abunə olun
🚨 Güney Azərbaycanda öyrənci qız İran prezidentinə görə universitetdən qovuldu 😱😡

#Təbriz_Universitetinin xanım öyrəncisi Sədəf Heydəri mayın 21-də heç bir rəsmi qərar göstərilmədən universitetdən xaric edilib. Bununla bağlı, “İran Azad TV” kanalı “X” hesabında paylaşım edib.

Məlumata görə, universitetin məsul şəxsləri axşam saatlarında Sədəf Heydərinin ailəsi ilə əlaqə saxlayıb və onun universitetdən qovulduğunu açıqlayıblar.

Bildirilib ki, Təbriz Universitetinin yataqxanasının mühafizə xidməti onun otağına basqın edib, güneyli öyrəncinin tələbə biletini müsadirə edərək, səhər otağı boşaltması ilə bağlı #xəbərdarlıq ediblər.

Qeyd olunub ki, Sədəf Heydəri #helikopter_qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi ilə bağlı sosial media paylaşımında şərhinə görə cəzalandırılıb.

#Güney_Azərbaycan #öyrənci #prezident #cəza

Kanala abunə olun
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda Azad İslam Universitetinin Suhanək filialının bir sıra qız öyrənciləri məcburi hicab bəhanəsilə "Əxlaq" polisi tərəfindən həbs edilib 🤬

Saxlanılan öyrəncilərin azad edilməsini tələb edən digər öyrəncilər də repressiv hökumət qüvvələri tərəfindən hücuma məruz qalıblar.

🔴 ماموران گشت‌ارشاد برخی دانشجویان دانشگاه آزاد سوهانک را به دلیل حجاب اجباری بازداشت و با دانشجویانی که خواهان آزادی آنان بودند، برخورد کردند
یکشنبه ۶ خرداد ۱۴۰۳

#İran #Əxlaq_polisi #öyrənci #həbs

Kanala abunə olun
Güney azərbaycanlı sosioloq Ramin Cabbarlı Vaşinqton Universitetinin Sosiologiya Departamenti tərəfindən "Seçilmiş Doktorantura Öyrəncisi Məqaləsi" ödülünə layiq görülüb

#Güney_Azərbaycan #öyrənci #doktorluq #Vaşinqton

Kanala abunə olun