Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
176 subscribers
4.27K photos
32 videos
900 links
Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumatlar
Download Telegram
CBC televiziyasının “Аспекты иностранных дел” verilişinin #Zəfər Gününə həsr olunmuş buraxılışına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, #Azərbaycan #aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal və #Rus #Pravoslav Kilsəsinin #Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy və "Azərbaycan #Bibliya Cəmiyyəti”nin sədri Rasim Xəlilov qatılıblar.
Verilişdə xalqımızın #Vətən müharibəsində güclü #birlik#həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsinin önəmindən bəhs olunub. Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən #dini konfessiyaların fəaliyyətinə diqqət çəkilib. Dövlətin uzun illər dini icmalarla #multikulturalizm#tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyi vurğulanıb.
Eyni zamanda 30 il müddətində dini abidələrimizə qarşı ermənilər tərəfindən törədilən vandallığa toxunulub və ABŞ-nin Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, #Amerika #Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, #DQİDK və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışılıb.
Daha ətraflı:
https://youtu.be/chClWTDo1bQ
📍“Artıq birgə yaşayışın vaxtı çatıb” - Dini icma nümayəndələrindən Qarabağda yaşayan ermənilərə müraciət

"Qeyri-islam dini icmalarının nümayəndələri azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Qubaya səfər ediblər. Bu səfər zamanı #yəhudi, #xristian, #islam icmasının nümayəndələri bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət ediblər.
Çağırışımızda artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri #Qarabağda yaşayan ermənilərə də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə yaşayırıq. #Tolerantlıq, #multikulturalizm ənənələri, #birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir”.
📌Azərbaycandakı #multikulturalizm#tolerantlıq mühitini əks etdirən qısametrajlı #filmin çəkilişlərinə başlanılıb.

Film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanır. Filmin çəkilişləri ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman #dini icmalarının üzvləri #Qubaya səfər ediblər.


📎https://scwra.gov.az/az/view/news/11765/
Mübariz Qurbanlı: "Bu gün dünyada 160-dan çox münaqişə mövcuddur. Bu münaqişələrin həllində dini #konfessiyalar, #multikulturalizm#multikultural dəyərlərin inkişafı mühüm rol oynayır. Dünyanın əksər ölkələrində #din dövlətdən ayrıdır, lakin dövlət dindən ayrı deyil. Eyni zamanda, müharibələr dövlətlərə öz ambisiyalı niyyətlərini həyata keçirmək üçün lazımdır. Din xadimləri bu məsələdə dövlət başçılarına təsir göstərməlidirlər. #Azərbaycan bu yöndə #multikultural dövlət xəttini əsas götürüb".

📌Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransdakı çıxışı zamanı söyləyib.
"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində #Azərbaycan tarixən sahib olduğu #tolerantlıq#multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi".

"Bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də #Azərbaycanda #multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, üstəlik bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadovun "Yeni Azərbaycan" qəzetində nəşr olunan "Multikulturalizmin Azərbaycan modeli" adlı məqaləsindən


📌https://scwra.gov.az/az/view/news/11908
📌https://www.yeniazerbaycan.com/xeberlenti_e91863_az.html
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.

#DQİDK #multikulturalizm #tolerantlıq #dinlər #dialoq #SCARA #multiculturalism #tolerance #religions #dialogue #scwraGovAz #DialogueForum #forum

Ətraflı

https://scwra.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/prezident-ilham-eliyev-rusiyanin-simali-qafqaz-regionunun-muftilerinden-ibaret-numayende-heyetini-qebul-edib#prettyPhoto
📌Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov: “Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələri daha da inkişaf etdirilərək dövlət siyasətinə çevrilib”.

📌Rusiyanın baş ravvini Berl Lazar: “Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir”.

Ətraflı:
https://scwra.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dqidk-sedri-rusiyanin-bas-ravvini-ile-gorusub#

#DQİDK #multikulturalizm #tolerantlıq #dinlər #dialoq #SCARA #multiculturalism #tolerance #religions #dialogue #scwraGovAz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti və Hampton sinaqoqunun təsisçisi ravvin Mark Şnayer ilə görüşüb.

Ətraflı⤵️

https://scwra.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dovlet-komitesinin-sedri-abs-nin-etnik-anlasma-fondunun-prezidenti-ile-gorusub

#DQİDK #multikulturalizm #tolerantlıq #dinlər #dialoq #SCARA #multiculturalism #tolerance #religions #dialogue #scwraGovAz
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Qarabağa səfəri başlayıb.

Dini liderlər Füzuli şəhərində olublar

#DQİDK #multikulturalizm #tolerantlıq #dinlər #dialoq #SCARA #multiculturalism #tolerance #religions #dialogue #scwraGovAz #interculturaldialogue #dinlər #dialoq

Ətraflı

📎https://scwra.gov.az/az/xeber/xeberler/dini-liderler-fuzuli-seherinde-olublar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov:

📌Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb.

📌Sülh, əməkdaşlıq və birgəyaşayışın indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində alternativi yoxdur.

📌Azərbaycan xalqı dini və etnik tolerantlığı öz milli kimliyinin vacib bir elementi kimi yaşatmaqda davam edir.

https://scwra.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dovlet-komitesinin-sedri-azerbaycan-xalqi-dini-ayri-seckiliyin-en-qeddar-tezahurleri-ile-qarsilasib

#DQİDK #multikulturalizm #dialoq #SCARA #multiculturalism #dialogue #scwraGovAz #DialogueForum #forum
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Argentina Respublikasının Etiqad işləri üzrə katibi Fransisko Sançez ilə görüşüb.
Qonağa ölkə rəhbərliyinin #mədəni #müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti barədə ətraflı məlumat verən Ramin Məmmədov #Azərbaycanın #multikulturalizm, #tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyini diqqətə çatdırıb.
#DQİDK #SCARA #scwraGovAz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb.

#DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #tolerantlıq #multikulturalizm
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) ilə görüşüb.

Ətraflı:
https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/baki-ve-azerbaycan-yepiskopu-aleksiy-dovlet-komitesinde-olub

#DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #multikulturalizm
İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev “Columbia International University”nin prezidenti Bill Cons ilə görüşüb.
Ətraflı:
https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dovlet-komitesinde-gorus-kecirilib-50
#DiniQurumlarlaİşüzrəDövlətKomitəsi
#multikulturalizm