Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
174 subscribers
3.5K photos
19 videos
768 links
Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumatlar
Download Telegram
#Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.

Eng: Monastery called temple of God, Khotavang or Khudavang located on the left bank of the river Tartar in the territory of #Kalbajar has been religious centre of Khacin Alban principality in the mountainous part of Karabakh. There was the residence of Albanian bishop and worked religious education center in the complex. The cathedral built by Albanian prince is distinguished from the Armenian and Georgian churches according its architectural features.
#QarabakhisAzerbaijan
Alban-udi dini icmasının nümayəndələri #Xudavəng monastırında #Pasxa bayramını qeyd ediblər

Mayın 9-da #Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan #Azərbaycan Alban-udi #dini icmasının nümayəndələri #Pasxa bayramı münasibətilə Ermənistanın işğalından azad olunan #Kəlbəcər rayonundakı #Xudavəng monastır kompleksini ziyarət ediblər.
İcma nümayəndələri məbəd kompleksə aid #kilsədə dini ayinlər icra edib, bayram duaları oxuyub, şamlar yandırıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (#DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan #Alban-udi dini icmasının nümayəndələri avqustun 24-də Ermənistan işğalından azad olunan #Kəlbəcər rayonundakı #Xudavəng monastır kompleksini ziyarət ediblər. Onlar burada #dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar.
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda #Gəncə, #Naftalan şəhər, #Goranboy, #Samux, #Göygöl, #Daşkəsən, #Kəlbəcər, #Xocalı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
🔽🔽🔽
https://bit.ly/3VZ9LPV
#DQİDK #Vətəndaşqəbulu
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (#DQİDK) təşkilatçılığı ilə #Alban (Qafqaz) Apostol Müstəqil #Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi dini icmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan #Kəlbəcər rayonundakı #Xudavəng monastır kompleksini ziyarət ediblər.

↘️↘️↘️
https://scwra.gov.az/az/view/news/11568/qeyri-islam-dini-icmalarin-numayendeleri-xudaveng-monastirini-ziyaret-edibler
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan #Alban-udi #xristian #dini icmasının nümayəndələri #Kəlbəcər rayonundakı #Xudavəng monastır kompleksini ziyarət ediblər.
Dini icma nümayəndələri məbəd kompleksə aid #kilsədə dini ayinlər icra edib, şamlar yandırıblar.