Qanuna Zidd!
1.53K subscribers
87 photos
14 videos
38 links
Rəsmi Telegram kanalımıza xoş gəlmisiniz!
Download Telegram
Bu nişanlardan hansı düzünə getməyi qadağan edir?
Anonymous Quiz
3%
Yalnız 1
17%
Yalnız 2
16%
Yalnız 3
21%
Yalnız 4
1%
Yalnız 1 və 2
4%
Yalnız 2 və 3
39%
Heç biri
Əziz dostlar! Sizinlə yaxşı bir xəbəri bölüşmək istəyirəm. Artıq texniki baxışa getdiyiniz zaman Təlimat Kitabçasını əldə etmək üçün axtarış etməyə ehtiyac olmayacaq. Çünki Təlimat Kitabçasını rahat şəkildə Zabrat qəsəbəsində, daha dəqiq desək, Zabrat dairəsində yerləşən aptekdən əldə edə bilərsiniz. Yəni, Zabratda yerləşən Müayinə Mərkəzinə getməzdən öncə yolunuzun üstündə olan aptekdən Təlimat Kitabçasını əldə edərək texniki baxışdan rahatlıqla keçə bilərsiniz.
Təlimat Kitabçasını əldə etməklə siz həm özünüz üçün İlk Tibbi yardıma dair məlumat əldə etmiş, həm texniki baxış üçün tam hazırlıqlı və bizim layihəyə dəstək etmiş olursunuz.
Hər birinizə öncədən təşəkkür edirik!
Yolunuz açıq olsun!
Ünvan: Zabrat qəsəbəsi, Zabrat dairəsi, 50 Qəpik Restoranın altı
Qiymət: 6 azn
Dəfələrlə demişik, yenə də demək məcburiyyətindəyik. Avtomobilə eyni marka-modelin yeni buraxılış ilinin buferini, bamperini, faralarını quraşdırmaq qayda pozuntusu hesab edilmir. Bunun üçün qeydiyyat şəhadətnaməsində (texpasportda) nəsə yazdırmaq lazım deyil və ümumiyyətlə qanunvericilikdə belə bir şey nəzərdə tutulmayıb.
Loru dildə desək, misal üçün 2012 TOYOTA PRADOYA 2018 TOYOTA PRADONUN buferlərini, faralarını quraşdırmaq qayda pozuntusu hesab edilə BİLMƏZ. Buna görə maşın duracağa yerləşdirilə BİLMƏZ. Buna görə cərimə də yazıla BİLMƏZ.
Bunun üçün "texpasportda" 2018-ə yığılıb və s. kimi sözləri yazdırmaq tələbi də QANUN POZUNTUSUDUR.
Biz dəfələrlə bunu demişik, qanun bunu deyir, digər həmkarlarımız da bunu radio vasitəsilə də deyib, lakin nə olsun? Köhnə hamam, köhnə tas...
İzləyicilərimizdən birinin bizə ünvanladığı mesajı sizlərlə bölüşürəm...
Bu vəziyyətdə axırıncı kim keçəcək?
Anonymous Quiz
9%
Qırmızı avtomobil
39%
Sarı avtomobil
52%
Ağ avtomobil
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏ edilən dəyişikliklər bir sıra cərimələrin artmasına səbəb olub. Gəlin bir bir baxaq görək hansı cərimələr artıb və hansılar əlavə olunub.

İlk öncə avtobus və velosiped zolaqlarından danışaq. Deməli, İXM 327.1-1, 327.1-2, 346.7 və 346.8 maddələrinə əsasən, AVTOBUS və VELOSİPED YOLLARINDA (zolaqlarında) digər NV HƏRƏKƏTİ, DAYANMASI və DURMASI - 100 manat + 2 baldır. Bu maddələr təzə əlavə olunub.

Qırmızı işıqda keçmək, qoşa xəttin tələbini pozub sola və geriyə dönmək, "Giriş qadağandır" nişanın tələbini pozmaq və s., əvvəl 80 manat + 3 bal idisə, indi artaraq 100 manat + 3 bal olub (İXM Maddə 327.2).

Əvvəl idarəetmə hüququ olmadan, yəni "bez prava" maşın sürməyin cəriməsi ilk dəfə üçün 100 manat, 1 il ərzində təkrar hal üçün 300 manat idisə, indi artaraq ilk dəfə üçün 200 manat, təkrar hal üçün isə 400 manat olub (İXM Maddə 332.2, 332.3).

AVTOBUS DAYANACAQLARINDA və onlara 15 metrdən az məsafədə maşın saxladıqda, yəni DAYANMA və DURMAYA görə, sürücüləri həmişəki kimi 40 manat cərimə gözləyir. Sadəcə əlavə olaraq bonus kimi 2 balda gələcək. Yəni, 40 manat + 2 bal oldu cəriməsi (İXM Maddə 346.2). Əvvəl tək 40 manat idi.

Ən yaralı yerimiz 2-Cİ ZOLAĞDA saxlayanlara aiddir. Belə ki, 2-ci cərgədə (zolağda) avtomobillərin DAYANMA və DURMASINA görə sürücüləri artıq 80 manat + 2 bal cərimə gözləyir (İXM Maddə 346.4). Əvvəl tək 20 manat idi.

DÖNGƏLƏRDƏ və döngələrə 5 metrdən az məsafədə maşınların DAYANMA və DURMASI-na görə sürücüləri 40 manat + 2 bal cərimə gözləyir (İXM Maddə 346.5). Əvvəl tək 20 manat idi.

Həmçinin, TAKSİ DURACAQLARINDA adi maşınların DAYANMA və DURMASI-na görə sürücülərə 40 manat + 2 bal cərimə tətbiq ediləcək (İXM Maddə 346.6). Əvvəl cəriməsi yox idi.

Ən ağır cərimələrdən biri də SƏKİLƏRDƏ maşınların DAYANMA və DURMASINA görə olan cərimədir: 60 manat + 2 bal (İXM Maddə 346.9). Əvvəl tək 20 manat idi.

Parklanma yerlərinə aid olan cərimələrin məbləği isə 10 manatdan 20 manata qalxdı: parklanma müddətinin başladılmamasına görə, müddətdən artıq qalmağa görə, ödəniş edilmədən parklanma yerini tərk etməyə görə, parklanma üsulunu pozaraq digər maşınlara maneə yaratmağa görə və ya 24 saatdan artıq qalmağa görə (İXM Maddə 346.-1).

ƏLİLLİYİ OLAN ŞƏXSLƏR üçün nəzərdə tutulan parklanma yerlərində park etməyə görə isə cərimə artaraq düz 60 manat oldu (İXM Maddə 346-1.3). Əvvəl 10 manat idi.

Hə, birdə onu qeyd edim ki, 1 il ərzində 20 və daha çox bal toplandıqda NV idarəetmə hüququ 6 aylıq müddətə məhdudlaşdırılır (İXM Maddə 327.7).

Belə, əziz sürücülər. Nə deyək? Xeyirli olsun! Cərimələrin artması problem deyil. Əsas odur ki, qayda pozan HƏR KƏSƏ - vəzifəsindən, statusundan, sürdüyü maşından asılı olmayaraq, HƏR KƏSƏ bu cərimələr tətbiq olunacaq ya yox? Məsələ budur...
Ümid edək...
Hörmətlə...
Göy rəngli avtomobilin sürücüsünə sola məhəlləyə dönməyə icazə verilir?
Anonymous Quiz
61%
Bəli
39%
Xeyr
Bu gün BDYPİ Qİİ-nə dostumun adına (HONDA CİVİC 1.800 kub/sm 2008 il) maşın keçirmək üçün müraciət etdik. Ərizələri əvvəlcədən hazırlamışdıq deyə ərizə yazmağa vaxtımız getmədi
(ərizələr üçün link: https://drive.google.com/file/d/1GoBdibd4kl1Ck-Qil-Nh_NM8AK92Eupq/view?usp=drivesdk).
Maşın daxil oldu boksa, müayinə olundu. Sonra ərizələrdə müvafiq qeydlər aparıldı və möhürlər vuruldu (cərimələr, həbs, texniki baxış barədə və s.). Ondan sonra TuranBankın ordakı filialında rüsumları ödədik: 27.4 azn mühərrik həcmi və ilə görə + 30.4 azn nömrə + 30.4 azn texpasport = cəmi 88.2 azn. Nömrələr dəyişəcəkdi deyə, zirzəmiyə (podvala) düşüb nömrələri təhvil verdik və ərizədə bunu qeyd etdilər. Ən sonda isə dostumun qeydiyyatda olduğu rayon üzrə otağa daxil olduq, ərizələrə qol çəkdik, maşının qiymətini (7000₼) yazdıq və çıxdıq. Düz 15 dəqiqədən sonra adımız çəkildi və texpasport verildi. Texpasportu götürüb düşdük zirzəmiyə, yeni nömrələri təhvil aldıq və çıxıb gəldik. Bu qədər...
Soruşa bilərsiniz ki, yəni bu qədər sadə? Bəli, bu qədər sadə və asan. Bizə artıq bir kəlmə deyən, nəsə istəyən, işimizi yubadan və s. kimi şeylərə rast gəlmədik. Səbəb bilirsiniz nə idi? Qanunları bilmək. Ən əsas 2 qanun maddəsini. Bu 2 Qanunun maddələrini sizlərlə paylaşıram.
1️⃣ Dövlət Rüsumu haqqında Qanun.
Maddə 18.65.3-1 və Maddə 19.5: : mühərrikin həcminə və avtomobilin ilinə görə:
1800 kub/sm * 0.05 azn * 0.3 əmsal = 27 azn
Maddə 18.65.6.2: qeydiyyat nömrəsi 30 azn
Maddə 18.65.7.1: qeydiyyat şəhadətnaməsi 30 azn
2️⃣ Nağdsız Hesablaşmalar haqqında Qanun.
Maddə 3.4.11: PƏRAKƏNDƏ satış qaydasında təqdim edilən malların (AVTOMOBİLLƏR İSTİSNA OLMAQLA) satışı üzrə bir əməliyyat çərçivəsində 4000 (dörd min) manatdan artıq olan ödənişlər yalnız NAĞDSIZ QAYDADA həyata keçirilir. Yəni, "pulu banka qoy, sonra qəbzi gətir təqdim elə" kimi söylənən ifadələrin cavabı bu maddədədir.
AVTOMOBİL 2 FİZİKİ ŞƏXS arasında alqı-satqı olunursa, qiymətini lap 20.000 manat yazsanız belə bank sənədinə EHTİYAC OLMAYACAQ!!! Çünki, qanunda açıq aydın yazılıb ki, AVTOMOBİLLƏR İSTİSNADIR! Vəssəlam!!!
Buda bizim axtardığımız sualın cavabı.
Çalışaq dövlətimizin inkişafı naminə qoyulan qaydalara riayət və tələb edək.
Hörmətlə...
Bu da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Standartlaşdırma İnstitutunun" AZS 122:2023 dövlət standartı haqqında rəsmi cavabını sizlərə təqdim edirəm.
Qısa olaraq onu qeyd etmək istəyirəm ki, bu standarta əsasən istər avtomobilin ilkin qeydiyyatı zamanı, istər təkrar qeydiyyatı, yəni alqı-satqı zamanı, istər texniki baxış zamanı, fərq etməz - sürücüdən arxada qalan şüşələrin tünd və ya plyonkalı olması qeydiyyat prosesi və ya texniki baxış üçün heç bir rol oynamır.
Yəni, loru dildə desək, xaricdən gətirdiyiniz maşının arxa şüşələrinin tünd olmasına görə sizə heç kim heçnə deyə bilməz. Ay, nə bilim, "şüşələri dəyiş sonra gəl qeydiyyat edək", ya "texniki baxışa belə girə bilməz" və s. kimi ifadələr eşitdikdə bu rəsmi cavabı onlara göstərin və durun qırağda...
Sonda onu da qeyd edim ki, bu standarta görə, ÖN ŞÜŞƏ və ÖN YAN ŞÜŞƏLƏRİN, yəni sürücüdən sağda və solda olan şüşələrin işıqburaxma qabiliyyəti ən azı 70% olmalıdır, yəni şüşənin özünün 30% tünd olmasına icazə verilir. Bu şüşələrə plyonka, jalüz və pərdə çəkmək QADAĞANDIR!
Arxa şüşələrə isə heç bir məhdudiyyət yoxdur. Sürücüdən arxada olan şüşələrə PƏRDƏDƏN BAŞQA (həm yan, həm arxa podpres) istər plonka, istərsə də jalüz çəkə bilərsiniz. Bunun nə bir qadağası, nə də bir cəriməsi var...
Hörmətlə...