Qanuna Zidd!
1.51K subscribers
89 photos
14 videos
44 links
"Qanuna Zidd!" səhifəsinin rəsmi Telegram kanalına xoş gəlmisiniz!
Download Telegram
YPX haqqında TƏLİMATDA deyilir:
4.7. YPX inspektoru tərəfindən NV dayandırılarkən BÜTÜN HALLARDA patrul avtomobilində və ya postda quraşdırılmış VİDEOKAMERA DAİM İŞLƏK vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən SƏS ÖTÜRƏN MİKROFONDAN istifadə edilməlidir. Sürücü ilə ÜNSİYYƏT və inzibati xətanın SƏNƏDLƏŞDİRİLMƏSİ, habelə YPX İNSPEKTORUNUN DİGƏR HƏRƏKƏTLƏRİ avtomobilin içəri hissəsində və ya kənarda KAMERANIN GÖRÜNÜŞ DAİRƏSİNDƏ aparılmalıdır.
6.9. Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon İŞLƏK VƏZİYYƏTDƏ OLMADIQDA həmin avtomobillərdə XİDMƏTİN APARILMASI YOLVERİLMƏZDİR. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq ŞƏXSLƏR MƏSULİYYƏT DAŞIYIRLAR.
Yəni, YPX əməkdaşı sizi saxlayırsa, üzərində olan kamera və mikrofon daim işlək vəziyyətdə olmalı və bütün hərəkətlər - istər ünsiyyət, istər inzibati xətanın sənədləşdirilməsi, kameranın görünüş dairəsində aparılmalıdır!
Əgər kamera və mikrofon yoxdursa və ya işlək deyilsə, YPX əməkdaşlarının bu cür xidmət aparması QANUNA ZİDDİR!
PS: #Qanunazidd xidmət apararaq avtomobillərin saxlanılması belə Qanuna Ziddir!
Son günlərdə belə bir xəbər paylaşılır ki, avtomobilin qəza işıqlarından yersiz istifadə edən sürücülər cərimələnə bilər.
Açığı bu xəbəri oxuyanda bir az şok oldum. Bu nə xəbərdir axı? Bekarçılığın əlamətidir bu yoxsa necə?
Sürücülər arasında yazılmamış qanunlar var. Bu qanunlardan biri də, qəza durma işıqlarını, yəni "avariynı" işıqları, qısa müddətli yandırıb söndürməkdir. Bununla sürücülər öz aralarında təhlükə barədə xəbərdarlıq edir, piyada barədə məlumat verir, hətta, bir birinə təşəkkür etdiklərini bildirirlər. Buna görə isə cərimənin tətbiq edilməsi mənasız və gülüncdür.
Bir şey ki, qəza işıqlarını yandırmaqla, sən arxada olan sürücüyə onun görə bilmədiyi piyada haqqında məlumat verir və baş verə biləcək hər hansısa bir qəzanın qarşısını almış olursan. Bunun nəyi pisdiki? Və ya, kimsə sənə yol verir, ya sən kiməsə yol verirsən, o isə sənə qəza işıqlarını yandırıb söndürməklə öz təşəkkürünü bildirir. Bunun nəyi pisdir axı? Yəni, danışa biləcək o qədər mövzüdan, sürücülərin bir birinə etdiyi hörməti, cərimə kimi qiymətləndirməklə nəyə nail olursunuz?..
Hə, o ki qaldı, 2-ci zolağda, yolun ortasında, piyada keçidinin üzərində və ümumiyyətlə, dayanma-durmanın qadağan olduğu yerlərdə saxlayıb qəza işıqlarını yandıranlara, bəli, bu açıq-aşkar qayda pozuntusudur və buna görə cərimə yazıla bilər deyil, yazılmalıdır. Çünki, bu nəinki qayda pozuntusudur, hətta digər hərəkət iştirakçılarına qarşı böyük hörmətsizlikdir. Belə sürücülərə İXM 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimənin tətbiq edilməsi tam məqsədəuyğundur. Dəfələrlə eyni qayda pozuntusuna yol verən və digər hərəkət iştirakçılarına hörmət etməyən sürücülərə isə daha ciddi sanksiyaların tətbiq edilməsinin tərəfdarıyam...
Lakin, sürücülər arasında olan bu "hörmət əlamətini" öldürməyin. Bundan daha ciddi məsələlər və problemlər var. Çalışın onları həll edin...
Hörmətlə...
Hansı nəqliyyat vasitəsi üstünlüyə malikdir?
Anonymous Quiz
39%
Qırmızı
61%
Yaşıl
Dəfələrlə demişik, dəfələrlə deyilib. Hətta dəyərli hüquqşünas və ekspert Ərşad Hüseynov da öz çıxışlarında deyib. Lakin, buna baxmayaraq, yenə də demək məcburiyyətindəyik.
BÜTÜN FOTO və VİDEO qeydiyyat funksiyalarına malik Xüsusi Texniki Vasitələr (istər radar olsun, istər müşahidə kamerası, istər "aypatrul" və s.) müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə İNTEQRASİYA OLUNMALIDIR! Bu vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, sürücülərə zəng vurub idarəyə çağıraraq, qayda pozuntusunu əks etdirən foto və video görüntüləri "whatsapp"-la göndərərək törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında PROTOKOL tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında QƏRAR ÇIXARMAQ QADAĞANDIR!
Əgər şəxs hər hansı bir qayda pozursa (İXM Maddə 122.1-də göstərilən maddələr nəzərdə tutulur) və bu qayda pozuntusu XTV köməyi ilə aşkar edilirsə, inzibati xətanı törətmiş şəxsin İŞTİRAKI OLMADAN REAL VAXT REJİMİNDƏ elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında ELEKTRON QƏRAR ÇIXARILIR! İXP deyil, birbaşa QƏRAR deyilir!
Əgər XTV köməyi ilə aşkar edilən qayda pozuntusu 1 gün (24 saat) müddətində inzibati xəta törətmiş şəxsin elektron kabinetinə yerləşdirilmirsə, 1 həftə, 10 gün, 1 ay sonra həmin şəxsə zəng vurub idarəyə çağıraraq protokol tərtib etmək və məsuliyyətə cəlb etmək BİRMƏNALI QANUNSUZDUR!
Şəxs qayda pozursa və bu XTV köməyi ilə aşkar edilirsə, birbaşa sistemə QƏRAR vurulmalıdır! Şəxsin gəlişinə, iştirakına, telefon danışığına və s. kimi şeylərə ehtiyac yoxdur!
Hörmətlə...
Bizdən soruşurlar ki, SVETOFORUN QIRMIZI İŞIĞINDA və ya TIXACDA olan zaman telefondan istifadə etməyə görə cərimə yazıla bilər? İstərdim bu suala tam qanun çərçivəsində cavab verim.
YHQ 37.5-ci maddəsində deyilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:
1) NV qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun HƏRƏKƏTİ ZAMANI qapıları açmaq;
2) NV-in HƏRƏKƏTİ ZAMANI telefonu əldə saxlamaqla ondan istifadə etmək;
3) HƏRƏKƏT ZAMANI sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş NV ətalətlə idarə etmək - QADAĞANDIR.
İXM 342.6-cı maddəsinə əsasən isə, NV-in HƏRƏKƏTİ ZAMANI sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Göründüyü kimi, NV HƏRƏKƏTİ ZAMANI dedikdə, açıq-aydın şəkildə təkərlərin fırlanması başa düşülür. Yəni, maşın gedə-gedə sükanı əldən buraxmaq, qapıları açmaq, telefondan istifadə etmək birmənalı QADAĞANDIR. Tıxacda və ya svetoforun qırmızı işığında dayandığımız zaman biz əlimizi sükandan çəksək, telefondan istifadə etsək, hətta qapıları açıb-bağlasaq belə bizə cərimə yazıla bilməz. Çünki, avtomobilimiz HƏRƏKƏT ETMİR.
Lakin, bu o demək deyil ki, hər svetoforda və ya tıxacda olduğumuz zaman, əlimizə telefonu alıb ondan istifadə edək. Telefondan istifadə etmək fikir yayındırır və hər hansı ola biləcək bir hadisənin qarşısını almaq üçün zəruri olan imkanlardan istifadə etməyə məhdudiyyət yaradır.
Odur ki, əziz sürücülər. Avtomobil idarə edərkən, istər HƏRƏKƏT ZAMANI, istər TIXACDA, istər SVETOFORUN QIRMIZI İŞIĞINDA, fərq etməz - TELEFONDAN İSTİFADƏ ETMƏMƏYİ TÖVSİYƏ EDİRİK. Bu həm sizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçündür.
Yollarda ehtiyatlı olun...
Sürücüyə yolayrıcında geri dönüş etməyə icazə verilir?
Anonymous Quiz
27%
Bəli
73%
Xeyr
Dönmə siqnallarından istifadə edirsiniz?
Anonymous Poll
96%
Bəli
2%
Xeyr
3%
Arada