Neftçi PFK
1.58K subscribers
6.82K photos
747 videos
5 files
3.33K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
🇦🇿 “Neftçi” PFK-nın 2 futbolçusu – Emin Mahmudov və Eddi İsrafilov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-si Bakı vaxtı ilə saat 22:45-də səfərdə Slovakiya, ayın 25-i saat 20:00-da “Dalğa Arena”da isə Qazaxıstan yığması ilə qarşılaşacaq.

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Azərbaycan milli komandası bu mövsüm UEFA Millətlər Liqasında ikinci qələbəsini qazanıb. Komandamız səfərdə Slovakiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Antona Malatinski stadionunda reallaşan görüşdə millimizin qollarını 44-cü dəqiqədə Renat Dadaşov və 90+5-ci dəqiqədə Höccət Haqverdi vurublar.

“Neftçi”nin hər iki üzvü – Emin Mahmudov və Eddi İsrafilov start heyətində yer alıblar. Emin 83-cü dəqiqədə əvəzlənib, Eddi isə sonadək meydanda olub.

Milli komandamız UEFA Millətlər Liqasında növbəti oyununu sentyabrın 25-i saat 20:00-da “Dalğa Arena”da Qazaxıstana qarşı keçirəcək.

#UEFAMillətlərLiqası #UEFANationsLeague #SlovakiyaAzərbaycan #MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 Azərbaycan milli komandası UEFA Millətlər Liqasındakı son oyununda böyükhesablı qələbə qazanıb. Komandamız Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəlib. “Dalğa Arena”da baş tutan matçın 66-cı dəqiqəsində avtoqol qeydə alınıb. Digər qolları 74-cü dəqiqədə Filip Ozobiç və 90-cı dəqiqədə Anatoli Nuriyev vurublar.

“Neftçi”nin futbolçuları – Emin Mahmudov və Eddi İsrafilov start heyətində yer alıblar. Emin sonadək, Eddi isə yalnız ilk hissədə meydanda olub.

Qeyd edək ki, bu mövsüm UEFA Millətlər Liqasının C liqasında mübarizə aparan milli komandamız 3-cü qrupda 2-ci yeri tutub.

#UEFAMillətlərLiqası #UEFANationsLeague #AzərbaycanQazaxıstan #MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 Bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 3 futbolçumuz milli komandada!

“Neftçi” PFK-nın 3 futbolçusu – Emin Mahmudov, Ramil Şeydayev və Rza Cəfərov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Lilleküla stadionunda Estoniya, ayın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlanacaq.

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Lilleküla stadionunda Estoniya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi