Neftçi PFK
1.58K subscribers
6.82K photos
747 videos
5 files
3.33K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
Kapitanımız Emin Mahmudov milli komandamızın heyətində 42-ci oyununda 11-ci qoluna imza atdı 🤍🖤

#Neftçi #MilliKomanda #EminMahmudov
🇦🇿 4 futbolçumuz milli komandada

“Neftçi” PFK-nın 4 futbolçusu – Emin Mahmudov, Eddi İsrafilov, Filip Ozobiç və Höccət Haqverdi Azərbaycan milli komandasına dəvət olunub. Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-ü Bakı vaxtı ilə saat 20:00-da səfərdə Estoniya, ayın 16-sı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq.

#Azərbaycan #Azerbaijan #MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
🇦🇿 “Neftçi”nin 4 üzvü Şimali İrlandiya və Lüksemburq yığmalarına qarşı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. U-21-ə “Neftçi”dən 4 futbolçu – Rza Cəfərov, Fərid Yusifli, Ağadadaş Salyanski və Hüseyn Babayev dəvət olunub. Hər iki oyun “Azersun Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq.

#Azərbaycan #Azerbaijan #U21 #MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 “Neftçi”nin 2 üzvü U-19 milli komandasında

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Rüfət Abbasov və Murad Məmmədov dəvət olunublar. U-19 toplanış çərçivəsində oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.

#U19 #MilliKomanda #NationalTeam #Neftçi #NeftçiFutbolAkademiyası
🇦🇿 U-17 milli komandasının ilkin heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. Bu heyətə “Neftçi” PFK-nın üzvləri – Röyal Fərzullazadə və Əli Nəbizadə dəvət olunublar.

Millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 11-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bakı toplanışından sonra Serbiyaya gedəcək yekun heyət müəyyənləşəcək.

#U17 #MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da səfərdə Estoniya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq.

#MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
🇦🇿 Təbriklər, Milli!

Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində ilk qələbəsini qazanıb. Millimiz Estoniya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Tallindəki “Le Kok Arena”da baş tutan görüşdə qolları Toral Bayramov (9-cu dəqiqə) və Ramil Şeydayev (45+4-cü dəqiqə) vurublar.

“Neftçi”nin futbolçularından start heyətində yer alan Emin Mahmudov ilk qolun səbəbkarlarından olub. 22-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılan kapitan 75-ci dəqiqədə “ağ-qaralar”ın digər üzvü Filip Ozobiçlə əvəzlənib. Höccət Haqverdi isə əvvəldən sonadək meydanda olub.

#EstoniyaAzərbaycan #MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
🇦🇿 Bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq.

#MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
🇦🇿 Millətlər Liqası çərçivəsində oktyabrın 27-də səfərdə Farer adaları, 31-də isə “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyun üçün heyəti açıqlanıb. Bu oyunlara hazırlıq məqsədilə oktyabrın 23-də Farer adalarında təlim-məşq toplanışına başlayacaq millimizə “Neftçi” PFK-nın 6 üzvü – Günay İsmayılova, Manə Mollayeva, Coşqunə Əliyeva, Firəngiz Teymurova, Milana Rəhimova və Aysun Əliyeva dəvət olunub.

#MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 “Neftçi” PFK-nın 3 futbolçusu – Emin Mahmudov, Eddi İsrafilov və Höccət Haqverdi Azərbaycan milli komandasına dəvət olunub. Millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç, ayın 19-u Bakı vaxtı ilə saat 21:00-da səfərdə Belçika yığması ilə qarşılaşacaq.

#Azərbaycan #Azerbaijan #MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
🇦🇿 Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində isə noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. U-21-ə “Neftçi”dən 3 futbolçu – Fərid Yusifli, Ağadadaş Salyanski və Hüseyn Babayev dəvət olunub.

#Azərbaycan #Azerbaijan #U21 #MilliKomanda #NationalTeam #Neftçi
🇦🇿 Təbriklər, Milli!

Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində ikinci qələbəsini qazanıb. Millimiz İsveç yığmasına 3:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə qollardan ikisini “Neftçi”nin və millinin kapitanı Emin Mahmudov vurub. 3-cü və dəqiqədə hesabı açan yarımmüdafiəçi 89-cu dəqiqədə uzaq məsafədən fantastik qola imza atıb. Milli komandamızın digər qolunu 6-cı dəqiqədə Renat Dadaşov vurub.

“Neftçi”nin digər üzvləri – Eddi İsrafilov və Höccət Haqverdi isə sonradan meydana daxil olublar.

#Azərbaycan #Azerbaijan #MilliKomanda #NationalTeam #euro2024 #Neftçi
⚪️⚫️“Neftçi”nin 3 üzvü 🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿Şotlandiya, 🇳🇱Niderland və 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿Uelsə qarşı

☑️19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Avqustun 31-dən Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq milliyə “Neftçi” PFK-nın 3 üzvü – Məhəmməd Məmmədli, Mirşahbaz Şahbazov və Murad Məmmədov dəvət alıb.

📌Qeyd edək ki, İspaniyadakı hazırlıq müddətində 3 yoldaşlıq görüşü keçirəcək U-19 milli komandamız sentyabrın 4-də şotlandiyalı, 6-da niderlandlı, 9-da isə uelsli yaşıdları ilə qarşılaşacaq.

#NeftçiPFK #MilliKomanda
🇦🇿 Bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 3 futbolçumuz milli komandada!

“Neftçi” PFK-nın 3 futbolçusu – Emin Mahmudov, Ramil Şeydayev və Rza Cəfərov Azərbaycan milli komandasına dəvət olunub. Millimiz UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Lilleküla stadionunda Estoniya, ayın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da başlanacaq.

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Lilleküla stadionunda Estoniya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi
🇦🇿 Bu gün Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə qarşılaşacaq milli komandamıza uğurlar arzulayırıq!

#MilliKomanda #NationalTeam #UEFAMillətlərLiqası #UEFANationsLeague #Neftçi