Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.93K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
İrandakı hücumdan sonra bəzi aviaşirkətlər İsrailə uçuşları ləğv edib

▪️ Amerikanın “United Airlines” şirkəti təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq mayın 2-dək İsrailə bütün uçuşları ləğv edib.

▪️ Hollandiyanın KLM aviaşirkəti aprelin 19-da Təl-Əvivə uçuşları ləğv edib. Uçuşların bərpa edilib-edilməyəcəyi hələlik bəlli deyil.

▪️ Polşanın LOT Polish Airlines aviaşirkəti aprelin 19-da Təl-Əvivə bütün reyslərini ləğv edib. Uçuşların bərpası ilə bağlı qərar vəziyyətin qiymətləndirilməsi əsasında veriləcək.

▪️ “Air Canada” İsrailə uçuşları ən azı may ayına qədər dayandırıb.

▪️ “Lufthansa” və “Air India” şirkətləri İsrailə uçuşların qadağasını uzadıb.

İranın İsrailə hücumu 2001-ci ildən bəri ən böyük hava nəqliyyatı kəsilməsinə səbəb olub

ABŞ Yaxın Şərqə uçuşları ləğv edib

#İsrail #İran
Aprelin 19-da hava hücumundan müdafiə sistemi qırıcıların hücumuna məruz qalan İsfahandakı 8-ci Şəkəri bazasının ilk peyk görüntüsü mediada yayılıb. Qeyd olunur ki, fotoşəkillərdə “əhəmiyyətli ziyanın” dəydiyini görmək mümkündür (Kanal 12 İsrail özəl telekanalı).

İranın hərbi idarəsi İsfahandakı partlayışları şərh edib

#İran
Növbəti həftə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan “Su-35” qırıcılarının ilk partiyasını qəbul edəcək (Sepah Pasdaran).

#Rusiya
Sistan və Bəlucistan əyalətində daşqınlar 6 şəhərə və 289 kəndə ziyan vurub. Əhalinin su təchizatı maşınlarla həyata keçirilir. Sözügedən məlumat bölgənin Su və Kanalizasiya təşkilatının rəhbəri tərəfindən ictimailəşdirilib (İLNA).

#SistanBelucistan
​​İranın xarici işlər naziri İsrailin İsfahana hücumda iştirakını etiraf etmir

İranın xarici işlər naziri Abdullahian aprelin 19-da İsfahana hücumun arxasında İsrailin olduğunu etiraf etməkdən imtina edib. NBC News-a verdiyi müsahibədə o, zərbələrdə istifadə edilən silahları "PUA yox, İranlı uşaqların oynadıqları uşaq oyuncaqları" adlandırıb. “İsrail bizim maraqlarımıza qarşı yeni avantüralara başlamayana qədər bizim yeni reaksiyalarımız olmayacaq”, – deyə o qeyd edib və əlavə edib ki, İsrailin hücumu sübut olunarsa, İranın cavabı özünü çox gözlətməyəcək.

“Biz Hayfa və Təl-Əvivi vura bilərdik, İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik, lakin hədəfimiz hərbi obyektlər idi”, – deyə nazir əlavə edib.

#İsrail #İran
Qərbi Azərbaycan vilayətinin Xoy bölgəsində zəlzələ baş verib. Təbii fəlakət 2,7 bal gücündə olmaqla 16 kilometr dərinlikdə baş verib. Hadisə bu gün, aprelin 20-də yerli vaxtla saat 13:36-da (Bakı vaxtı ilə 14:06-da) qeydə alınıb (Xoy xəbərləri).

#Xoy
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Urmiya şəhərində partlayış baş verib. Hadisə şəhərin İmam Xomeyni küçəsində yerləşən ətir dükanında olub. Xəsarət alanlar barəsində məlumat yoxdur. Faktla bağlı araşdırmalar aparılır (Fars). 

#Urmiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranyönlü “İraqda İslami Müqavimət” hərəkatı İsrailin cənubundakı Eylat şəhərinə cavab zərbəsi endirdiyini bildirib.

Ötən gecə İraqın iranyönlü yarımhərbi təşkilatının Babil əyalətindəki “Həşd əş-Şaabi” hərbi bazasında partlayış baş verib. Qeyd edilir ki, bu, İsrail və ABŞ-yə aid edilən hava hücumundan sonra baş verib. Vaşinqton zərbələrdə əli olduğunu təkzib edib.

#İsrail #İran
Musəvinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran mediası: Musəvi İranın zəifliyini etiraf etdi

Tasnim: İran Azərbaycana yeni səfir təyin edib

İranın Azərbaycandakı səfiri öz ölkəsi tərəfindən hədələnib

#İran #Azerbaycan
Yüksəkrütbəli israilli məmura istinadla CNN yazır ki, İsrail İraqdakı iranyönlü yarımhərbi təşkilatın hərbi bazasına hücumlarda iştirak etməyib.

#İsrail #İran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İraqdakı iranyönlü paramilitar təşkilatın “Həşd əş-Şaabi” hərbi bazasına endirilən hava hücumunun nəticələri. Təşkilatın baş qərargah rəisi Əbdül Əziz əl-Məhəmmədavinin (Əbu Fədak) hadisə yerinə gəldiyi qeyd olunub (Hezbollah al-Nujaba).

#İsrail #İran
Güney Azərbaycanda iki evsiz şəxs qazdan boğulub

Hadisə Mərənd şəhərində baş verib. Səyahət çadırında gecələyən iki şəxs qazdan zəhərlənərək ölüb. Bu haqda məlumatı Şərqi Azərbaycan Fövqəladə Hallar İdarəsinin sözçüsü ictimaiyyətə açıqlayıb.

Araşdırma zamanı məlum olub ki, onlar çadırın içərisindəki kömür sobasından istifadə etdikləri zaman yaranan qazdan zəhərləniblər (Azərbaycan Assosiyası).

#GuneyAzerbaycan #Marand
Güney Azərbaycanda ölümlə nəticələn ağır qəza baş verib

Hadisə Əhər–Meşkinşəhr yolunun 7-ci kilometrində baş verib. İki “Pride” markalı avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Əraziyə Qızıl Aypara yanğınsöndürmə idarəsinin əməkdaşları cəlb ediliblər. Yaralılar xəstəxanaya yerləşdiriliblər (SNN.ir).

#GuneyAzerbaycan #qeza
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran və ermənistanlı MMA döyüşçüləri dava ediblər

Rusiyada qarışıq döyüş sənəti (MMA) üzrə keçirilən “Hardkor” turnirində kütləvi dava baş verib. Erməni döyüşçü Arkadi Osipyan və iranlı idmançı Əli Heybati arasında rinqdən kənarda baş verən dava kütləvi qarşıdurmaya çevrilib.

Əli Heybatinin “ring girl”a təpik vurduğu bildirilir. İranlı kütləvi davada iştirak etdiyi üçün cərimələnəcək və yarışlardan kənarlaşdırılacaq (Kommersant). 

#MMA #Rusiya
Bu gün, aprelin 20-də “Traktor” futbol klubunun idarə heyətinin komandanın vəziyyətinin nəzərdən keçirilməsi və lazımi qərarların qəbulu, əsas da yeni baş məşqçinin seçilməsi ilə bağlı növbədənkənar iclası keçiriləcək

#GuneyAzerbaycan #Traktor
​​Ynet İsrail zərbələrinin ehtimal edilən İran hədəfləri haqda

İsrailə aid edilən hücumun istiqamətləndirildiyi İranın İsfahan şəhərində hücumların hədəfi ola biləcək bir neçə mühüm hərbi obyekt var. Bu barədə Ynet yazıb.

Orada, şəhərin beynəlxalq hava limanının yaxınlığında Şəkəri Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Bu bazada potensial hədəflərə bunkerlər, təyyarə anqarları və raket buraxılış qurğuları və radarlar da daxil olmaqla hava hücumundan müdafiə sistemləri daxildir.

Hücuma məruz qalan baza İran Hərbi Hava Qüvvələrinin ən mühüm mərkəzlərindən biridir və “onların ən qabaqcıl döyüş təyyarələrini ehtiva edir”. Qeyd olunur ki, Şahid Babai kimi tanınan baza 17 aviabazadan ibarət İran Hərbi Hava Qüvvələrinin “ürəyi”dir. Şəhər ərazisində başqa hərbi obyektlər də var ki, onlardan biri də yeraltı bazadır.

Məqalədə deyilir: “Hərbi və nüvə obyektləri olan şəhərə hücum İsrailin də İranın ən həssas yerlərini vura biləcəyinə dair Tehrana siqnal vermək idi”.

İsrailin İrana hücumu ilə bağlı

ABC News: Aprelin 19-da səhər saatlarında İsrail qırıcıları İranın nüvə obyektinin hava hücumundan müdafiə sisteminə hücum edib

ABC News: İsrail İranın ərazisinə raket zərbəsi endirib

#İran #İsrail
Güney Azərbaycan Milli Hərəkatının üzvləri “Sulduz qətliamı” kimi tanınan kürd terrorçularının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı qurbanlarının məzarlarını ziyarət ediblər (Milli fəal Abbas Lisaninin Telegram hesabı).

#SulduzQetliami
​​BBC İran–İsrail qarşıdurması haqqında

“İranın aprelin 14-nə keçən gecə İsrailə misli görünməmiş hücumu Yaxın Şərqdə münaqişənin mümkün gərginləşməsi ilə bağlı yeni narahatlıqlar yaradıb. Bu hücum nəticəsində İsrail ciddi itki verməyib və İranın atdığı 300 raket və pilotsuz təyyarənin, demək olar ki, hamısını vurub. Bu cür kütləvi hücum İranın hava hücumları həyata keçirmək qabiliyyətini, eyni zamanda İsrailin onlara qarşı müqavimət göstərmək qabiliyyətini nümayiş etdirdi. Buna cavab olaraq, İsrail çox məhdud bir zərbə endirdi, bu da heç bir ciddi ziyan vurmadı və daha çox Tehrana xəbərdarlıq xarakteri daşıdı. Ölkələrin heç biri bu zərbə mübadiləsini tamhüquqlu müharibəyə çevirməyə həvəsli deyil, çünki hər iki tərəf əhəmiyyətli hərbi gücə malikdir”, – deyə BBC-nin rus xidməti yazır.

Qeyd olunur ki, aprelin 14-dək İran və İsrail üçüncü ölkələrdə öz tərəfdaşları, əsasən, Hizbullah, HƏMAS və Yəmən husilərinin “Ənsar Allah” təşkilatı, həmçinin İraq və Suriyadakı İranyönlü qruplar vasitəsilə qarşıdurma aparırdılar. Bundan əlavə, “Tehran Suriyanın Əsəd hökumətinin tərəfindədir və bəzi məlumatlara görə, bu ölkənin ərazisindən İsrailə hücum etmək üçün istifadə edir”.


#İran #İsrail #Hizbullah #Suriya #İraq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Traktor” azarkeşləri məğlubiyyəti həzm edə bilməyiblər

“Traktor” futbol komandasının dünən, aprelin 19-da “Nassaci Mazandaran”a məğlubiyyətindən sonra Təbrizə qayıdan futbolçular tərəfdaşlarının qəzəbi ilə üzləşiblər. Hava limanına toplaşan azarkeşlər zəif nəticələrə görə oyunçulara qarşı nalayiq ifadələr işlədiblər. Həmçinin klubun avtobusuna hücum edilib (İran İnternational). 

İsrail–İran qarşıdurması "Traktor"un baş məşqçisinin və oyunçusunun klubdan ayrılmalarına səbəb olub

#Traktor