“Daily Mail”: ABŞ gizli şəkildə İranın nüvə obyektlərini mülki şəxslərə zərər vermədən elektronikasını sıradan çıxararaq məhv edə biləcək raketlər hazırlayır. Söhbət istənilən elektronikanı məhv etmək potensialına malik olan CHAMP (Counter-Electronics High Power Microwave Advanced Missile Project) raketlərindən gedir.
Əks-Elektron Yüksək Güclü Mikrodalğalı Raket (CHAMP) Boeing Phantom Works tərəfindən yaradılıb və ilk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilib. Onlar dünyanın müxtəlif yerlərində quraşdırılıb. 2019-cu ildən ABŞ Silahlı Qüvvələrində xidmətdədir.
#İran #İsrail #ABS

Media is too big
VIEW IN TELEGRAM
Azərbaycanlı idmançıya bıçaqla hücum edən kürd əsilli şəxs saxlanılıb
Urmiya şəhərində keçirilən Ramazan Kuboku futzal turnirinin bağlanış mərasimi zamanı güneyli idmançı Ehsan Moumeni "Yaşasın Azərbaycan" şüarını səsləndirdiyi üçün ona hücum edən şəxs həbs olunub. Onun kürd millətindən olduğu məlum olum.
17 aprel tarixində futzal matçında “Yaşasın Azerbaycan, Yaşasın Urmiya” şüarından sonra naməlum bir şəxs idmançıya hücum edərək, onu bıçaqlamağa çalışıb.
Torpaq iddiaları, siyasi qruplar arasındakı gərginliklər qarşısında qalan Güney Azərbaycan xalqı PKK və PJAK kimi kürd terror təşkilatlarının terror və dağıdıcı hücumlarına məruz qalır.
İraqdan İrana köç edən kürdlər bütöv Qərbi Azərbaycana iddia edirlər, bu separatçı iddialar Qərbi Azərbaycan vilayətinin paytaxtı Urmiya, Salmas, Xoy, Soyuqbulaq (Mahabad), Qoşaçay (Miyandoab) və digər bölgələrini əhatə edir.
#GuneyAzerbaycan #Urmiya

Ynet: İsfahana hücum təkcə İran üçün deyil, həm də Rusiya üçün bir siqnaldır
Ynet yazır ki, aprelin 19-da döyüş təyyarələrinin hücumuna məruz qalan İsfahandakı hərbi bazada Rusiya istehsalı olan “C-300” hava hücumundan müdafiə sisteminin zədələnməsinin peyk görüntüsü təkcə İran üçün deyil, həm də Rusiya Federasiyası üçün siqnaldır.
“Əgər batareya həqiqətən zədələnibsə və hücum edən tərəf İsraildirsə, o, faktiki olaraq bir daşla iki quşu öldürüb”, – deyə bildirilib. Məqalədə qeyd olunur ki, yəhudi dövləti Tehrana birbaşa ona hücum edə biləcəyini sübut edib və həmçinin Moskvaya Ukraynaya qarşı müharibədə istifadə edilən pilotsuz təyyarələr müqabilində İranın nüvə proqramına kömək etməməyi eyham edib.
#İran #İsrail #Ukrayna

İranda doğum haqqında şəhadətnamələr dəyişdiriləcək. Qərarın həyata keçirilməsinin 34 milyon vətəndaşı əhatə etməsi planlaşdırılır. Bu haqda məlumatı Vətəndaşlıq Qeydiyyatı Təşkilatının rəisi açıqlayıb. Pilot layihə ilkin olaraq Tehran, Simnan, Qəzvin, Xuzistan və Fars əyalətlərində tədbiq ediləcək (İSNA).
#İran
#İran
Tehranda ictimai nəqliyyatda tariflər kəskin şəkildə bahalaşıb
Bu gündən, 20 aprel tarixindən ictimai nəqliyyatda gediş haqqı artırılıb. Bu haqda qərar Tehran İslam Şurası tərəfindən təsdiq edilib.
Ekspres (böyük məsafələri heç bir yerdə dayanmadan qət edən avtobuslar) və şəhər daxilində fəaliyyət göstərən avtobuslar üçün biletlərin qiyməti də dəyişib. Qət edilən hər kilometrə görə sürətli avtobuslar üçün 20%, müntəzəm avtobuslar üçün isə 40% artım tətbiq edilir (İRNA).
Ötən illə müqayisədə taksilərdə gediş haqqı 45% yüksəlib.
#Tehran

Güney Azərbaycanda itkin düşmüş alpinistlərin meyitləri tapılıb
Ərdəbil vilayətinin Xiyav (Meşkinşəhr) bölgəsində axtarışlar yekunlaşıb. Bu ilin yanvar ayında itkin düşən 3 alpinistin meyiti Əyalətin Qızıl Aypara Cəmiyyətinin qüvvələri tərəfindən aşkar edilib.
Bu haqda məlumatı Ərdəbil vilayətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Qavidel ictimaiyyətə açıqlayıb.
#GuneyAzerbaycan #Alpinist

Urmiya gölünün son vəziyyəti: gölün şimal-qərbindəki adalar
İntensiv yağan yağışlar nəticəsində Urmiya canlanmağa başlayıb.
#GuneyAzerbaycan #Urmiya
İntensiv yağan yağışlar nəticəsində Urmiya canlanmağa başlayıb.
#GuneyAzerbaycan #Urmiya
İranda qaçırılan 16 yaşlı qızın valideynlərindən 200 min dollar istənilib
İranın Kürdüstan əyalətində 16 yaşlı qız qaçırılıb. Hadisə ötən həftə baş verib. Qaçıran şəxs qızın azad edilməsi üçün valideynlərindən 10 milyard tümən (~200 min ABŞ dolları) tələb edib. İnsan oğurluğunda təqsirləndirilən həmin şəxs bir müddət sonra müəyyən edilərək həbs edilib.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qaçırdığı qızla sosial şəbəkələr vasitəsilə tanış olduğunu, qızın ona qoşularaq öz istəyi ilə qaçdığını və girovun tələbinin qızın öz planı olduğunu bildirib (İSNA).

Ərdəbil vilayətində kanal və çayların daşması xəbərdarlığı edilib
Ərdəbil Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə İdarəsi bildirib ki, əyalətdə leysan yağışlarının olacağı proqnozlaşdırılır və nəticədə kanalların və çayların daşması ehtimalı var.
#GuneyAzerbaycan

Azərbaycanlı siyasi məhbusa dərman ötürülməsinə icazə verilməyib
Təbriz şəhəri Mərkəzi Həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadənin ailəsi onun ürək və mədə dərmanlarını çatdırmaq məqsədilə həbsxanaya müraciət edib. Lakin həbsxana rəhbərliyi buna icazə verilməyib (AZ News).
İsmayılzadə həbsdə olarkən aclıq aksiyası keçirməsi nəticəsində mədəsində xora yaranıb və onun müalicəsi üçün bir neçə əməliyyat aparılıb. İsmayılzadə aprelin 17-də saxlanılaraq 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına aparılıb.
#MilliFeal #SiyasiMehbus

“Birləşək” həşteqi ilə növbəti aksiya baş tutub. Azərbaycan Milli Hərəkatının Təbrizdə fəaliyyət göstərən bir qrup fəalı şəhər ərazisində pankartlar paylayıb: “Urmu – Araz üçün, Gələcək üçün, Azərbaycan üçün, Uşaqlarımız üçün, Mədənlərimiz üçün” (Günaz).
#MilliFeal
#MilliFeal
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təbrizdə “Nissan” markalı maşınlara yüklərin daşınması ilə məşğul olan sürücülər aksiya keçiriblər. Dünən, aprelin 20-də onlar maddi durumlarının aşağı olmasına etiraz ediblər. Sürücülər aksiyanı dağıtmaq üçün əraziyə göndərilən polis əməkdaşlarına bildiriblər ki, tətil elan edərək işə çıxmayacaqlar (İran Protests).
#Tabriz #aksiya
#Tabriz #aksiya
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İrşad Polis Patrul Xidməti (Əxlaq Polisi) ilə əməkdaşlıq edən mülki geyimli qadın konsert zamanı azyaşlı qız uşağının rəqs etməsinə mane olub (İran İnternational).
Azərbaycanlı qadın İrşad Polis Patrul Xidmətinin (Əxlaq Polisi) mülki geyimli əməkdaşını vurub
İranda mülki geyimli kişi və qadın cütlüyü hicabsız gənc qızları telefon kameralarına çəkib
Tehranda yerləşən ticarət mərkəzlərinin qarşısında qadınların həbs edilib
#hicab
Azərbaycanlı qadın İrşad Polis Patrul Xidmətinin (Əxlaq Polisi) mülki geyimli əməkdaşını vurub
İranda mülki geyimli kişi və qadın cütlüyü hicabsız gənc qızları telefon kameralarına çəkib
Tehranda yerləşən ticarət mərkəzlərinin qarşısında qadınların həbs edilib
#hicab
Media is too big
VIEW IN TELEGRAM
Şərqi Azərbaycanda 148 kq narkotik aşkar edilib
Şərqi Azərbaycan Narkotiklərlə Mübarizə Polisi: “Son bir ay ərzində polisin səyləri nəticəsində əyalətdə 14 qaçaqmalçı və 272 narkotik alverçisi həbs olunub, 147 kiloqram 75 qram müxtəlif növ narkotik aşkar edilib”.
#GuneyAzerbaycan #narkotik

Əməkhaqqı qərarı Əmək Qanununun 41-ci maddəsinə uyğun deyil
Ali Əmək Şurasının Əməkhaqqı komitəsi:
“İşçilərin yaşayış dəyəri göz qabağındadır və hökumət tərəfindən qəbul edilən 1403 saylı Əməkhaqqı fərmanı ilə inflyasiya nisbəti ilə dolanışıq səbəti arasındakı fərq çox böyükdür. İşçilərin maaşlarının cəmi 15% qaldırılması onların dolanışıq problemini həll etmir.
Bu il maaş 41-ci maddənin nə 1-ci bəndinə, nə də 2-ci bəndinə uyğun deyil və bu, o deməkdir ki, qanuni minimumlara belə əməl edilməyib” (Pelikan).
Tehran vilayətinin İslami Əmək Şurasının Koordinasiya Mərkəzi bildirib ki, 3 nəfərdən ibarət ailənin dolanışıq səbətinin aylıq dəyəri 23,5 milyon tüməndir (~360 dollar). Lakin hal-hazırda işçilərin minimum əməkhaqqı 11 milyon 500 min tüməndir (~175 dollar).

Sosial şəbəkələrdə yayılan videoya görə, mülki geyimli qadın İrşad Polis Patrul Xidmətinə (Əxlaq Polisi) məlumat vermək üçün küçədə gəzən kişi və hicabsız xanımını telefona çəkib. Hadisə Rəşt şəhərində baş verib. Onların həmin qadınla mübahisəsi telefona çəkilərək sosial şəbəkələr vasitəsilə ictimailəşdirilib (Azadi).
Azərbaycanlı qadın İrşad Polis Patrul Xidmətinin (Əxlaq Polisi) mülki geyimli əməkdaşını vurub
İranda mülki geyimli kişi və qadın cütlüyü hicabsız gənc qızları telefon kameralarına çəkib
Tehranda yerləşən ticarət mərkəzlərinin qarşısında qadınların həbs edilib
#hicab
Azərbaycanlı qadın İrşad Polis Patrul Xidmətinin (Əxlaq Polisi) mülki geyimli əməkdaşını vurub
İranda mülki geyimli kişi və qadın cütlüyü hicabsız gənc qızları telefon kameralarına çəkib
Tehranda yerləşən ticarət mərkəzlərinin qarşısında qadınların həbs edilib
#hicab
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İranın Gilan ostanının Rəşt şəhərində bir ailənin bütün üzvləri həbs edilib. Şəhər sakinləri Səqələksər gölünün kənarında istirahət edərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Buna səbəb qadınların məcburi hicab qaydalarını pozmaları olub (Begoonah1).