Guney AZfront
4.06K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
 "Azercell" Yardımlıya gedən şəxsin İran ərazisində olduğunu bildirən SMS göndərib

Bununla bağlı Milli Məclisin deputatı Sabir Rüstəmxanlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, Yardımlıda olduğu halda nə üçün ona SMS vasitəsilə "İrana xoş gəlmisiniz" göndərildiyini anlamadığını qeyd edərək, "Azercell" şirkətinə irad bildirib.

#Azerbaycan
Azərbaycanın Cəbrayıl rayonunda mina partlayışı nəticəsində yerli minalardan təmizləmə təşkilatının (ANAMA) əməkdaşı həlak olub. Daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib (APA).

#Azerbaycan
2020-ci ildə baş tutan 44 günlük müharibədən sonra Azərbaycan Respublikasında 369 soydaşımız mina partlayışlarının qurbanı olub. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Twitter hesabında paylaşım edilib.

#Azerbaycan
Rusiya, İran və Azərbaycan arasında layihə irəliləyib

Beləliklə, beş il davam edən tikintidən sonra iyunun 20-də sahə istifadəyə verilib. Yaxın vaxtlarda isə Xəzər limanından İranın şimal-qərbində Astaraya dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan dəmir yollarının tranzit imkanlarından tam istifadə etməyə imkan verəcək.

İranın şimalındakı Rəşt şəhərindən Xəzər limanına qədər olan 37 kilometrlik hissə Rəşt-Astara dəmir yolunun tikintisinin başlanğıc mərhələsidir. Gələcəkdə marşrutların bir hissəsinin Xəzərdən İranın şimal-qərbindəki Astara şəhərinə və daha sonra Azərbaycanla sərhədə qədər uzadılması planlaşdırılır. Bu arada, Rəşt-Xəzər qolu İranın cənub və şimal limanlarını birləşdirməyə imkan verir, Xəzər dənizini Fars və Oman körfəzləri ilə birləşdirən nəqliyyat əlaqəsini təmsil edir.

#İran #Azerbaycan #Rusiya
İranın ermənipərəst eksperti Azərbaycana qarşı absurd fikirlər səsləndirməkdə davam edir

Azərbaycanı yenidən qərəzli şəkildə “Bakı Respublikası” adlandıran bədnam siyasi şərhçi Ehsan Movəhhediyan “Qərbi Azərbaycana qayıdış” festivalının keçirilməsini həzm etməyərək qısqanclıqla yazır:

“Bakı Respublikası hökumətinin” təşəbbüsü ilə Naxçıvanda sayca ikinci “Qərbi Azərbaycana qayıdış” festivalı keçirilir. Bu addım Bakının bölgədə demoqrafik tərkibi dəyişmək, geosiyasi dəyişikliklər etmək və bütün Ermənistanı fəth etmək siyasətinin davamıdır. İran rəsmiləri dəfələrlə hər iki məsələyə kəskin qarşı olduqlarını bildiriblər!”

#Azerbaycan #İran
İran və Azərbaycan Xarici İşlər Nazirliyi rəsmilərinin görüşü baş tutub

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şəriflə görüşüb.

Baqeri bu xəbəri “X” sosial şəbəkəsindəki hesabında açıqlayıb və deyib: “Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Samir Şəriflə faydalı və konstruktiv söhbətimiz oldu”.

#İran #Azerbaycan
Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamağa və Türkiyə ilə sərhədi açmağa hazırdır

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağın və üçüncü ölkələrin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün ümumi sərhədin açılmasının vaxtının yetişdiyinə inanır.

Ermənistan xarici işlər naziri deyib: “Ermənistan Azərbaycan Respublikası ilə sülh sazişinin yekun mətnini hazırlamağa və yaxın bir ay ərzində imzalamağa hazırdır”.

#Azerbaycan #İran
İranın Azərbaycandakı səfirliyi iyunun 28-də İranda keçirilən prezident seçkilərində səsvermə ilə bağlı yaradılan şəraitə görə ölkəyə minnətdarlığını bildirib.

İran səfirliyindən verilən məlumata görə, diplomatik nümayəndəlik Azərbaycanda yaşayan iranlıların 14-cü prezident seçkilərinin birinci turunda iştirakını yüksək qiymətləndirir və ölkə hökumətinə əməkdaşlıq və əlverişli şəraitin və platformanın yaradılmasında göstərdiyi köməyə görə dərin minnətdarlığını bildirir.

İran səfirliyi bəyan edib ki, Azərbaycan hökumətinin razılığı ilə 14-cü prezident seçkilərinin ikinci turunda səsvermə 2024-cü il iyulun 5-də saat 8:00-dan 18:00-dək səfirliyin konsulluq şöbəsinin binasında keçiriləcək.

#İran #Azerbaycan
​​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib

İranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən Azərbaycan dövlətinin başçısı Azərbaycanla İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb:

“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan–İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycanla İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”.

İlham Əliyev ikitərəfli əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.

#İran #Azerbaycan
​​Yaxın yarım ayda Azərbaycanın Tehrandakı səfirliyi yenidən işə başlayacaq

Yaxın 15-20 gündə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yenidən fəaliyyət göstərəcək. Bunu İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçulu deyib.

XİN-in Avrasiya şöbəsinin baş direktoru bildirib ki, Bakıdakı İran səfirliyinə hələlik yeni səfir təyin olunmayıb:

“Səfir təyinatı uzun bir prosesdir, ilk növbədə yeni administrasiya qurulmalı, sonra yeni səfir təyin edilməlidir”.

Xatırladaq ki, Azərbaycan səfirliyi yeni binada fəaliyyət göstərəcək.

#Azerbaycan #İran
Azərbaycan və İran prezidentləri Əliyev və Pezeşkian arasında telefon danışığı olub. Ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi müzakirə edilib (Azərbaycan Prezidentinin internet saytı). 

#Azerbaycan
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yeni ünvanda fəaliyyətə başlayan Azərbaycanın İran səfirliyindən görüntülər

Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul tarixindən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.

#Azerbaycan #İran
Azərbaycan Respublikası səfirinin Tehrana qayıtdıqdan sonra ilk açıqlaması

Azərbaycan Respublikasının İrandakı səfiri bildirib: “İki ölkənin birgə səyləri ilə Azərbaycan və İran arasında qarşılıqlı hörmət, dostluq və xeyirxahlıq əsasında əlaqələr daha da möhkəmlənəcək”.

Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib

#İran #Azerbaycan
​​İrandan göndərilən “ölüm boğçası” ələ keçirilib

Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən şəxslər tutulublar. 

Bu barədə məlumatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti yayıb.

#İran #Azerbaycan #narkotik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran Xəzəryanı ölkələrin iştirakı ilə birgə dəniz təlimləri keçirir

İyulun 22-də İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Xəzər dənizində “CASAREX24” birgə axtarış-xilasetmə təlimi başlayıb. Azərbaycan, Qazaxıstan və Türkmənistan müşahidəçi qismində iştirak edir (İSNA).

#İran #Qazaxistan #Turkmenistan #Rusiya #Azerbaycan
Azərbaycan Respublikasında əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib. Eləcə də yetkinlik yaşına çatmayan şəxslərə dini kəbin kəsənlər inzibati həbs olunacaqlar. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

#Azerbaycan
Azərbaycan Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın son hərəkətlərinin növbəti müharibəyə hazırlığın əlaməti olduğunu və bu hərəkətlərə son qoyulmayacağı təqdirdə lazımi cavab veriləcəyini açıqlayıb.

#Azerbaycan #Ermenistan
Xarici turistlər Xudafərin körpüsünü ziyarət ediblər

Müxtəlif ölkələrdən gələn bir qrup turist tarixi Xudafərin körpüsünü ziyarət edib.

Bu turizm turunun təşkilatçısı dünyanın dörd ən böyük səyahət klubundan biri olan Amerika MTP Klubudur.

#Azerbaycan
​​Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi İranın siyasətinin əsas strateji istiqamətlərindən biridir. Bunu İslam Respublikasının yeni təyin olunmuş vitse-prezidenti Azərbaycanın baş naziri Əsədovla görüşündə deyib.

#İran #Azerbaycan
Baş nazir Əli Əsədov Azərbaycanın İrandakı yeni Səfirliyində olub. Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücüm olunub

#Azerbaycan #sefirlik