Guney AZfront
4.15K subscribers
15.1K photos
6.67K videos
4 files
8.94K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Evin həbsxanasında saxlanılan Tahir Nəqviyə tibbi yardım göstərilmir

Hazırda Evin həbsxanasında həbsdə olan vəkil Tahir Nəqvi fiziki vəziyyətinin pisləşməsinə baxmayaraq, ona müvafiq tibbi yardım göstərilməsinə icazə verilməyib və həbsxanadan kənar tibb mərkəzlərinə göndərilib.

Siyasi və Mülki Məhbusların Müdafiəsi Kampaniyası: “ Ürəyində, qan təzyiqi və qalxanabənzər vəzində problemlər yaranmasına baxmayaraq, səlahiyyətlilər Nəqvi bəyi xəstəxanaya göndərməkdən imtina edirlər."

#GuneyAzerbaycan #millifeal
Milli fəal Əbdüləziz Əziminin vəziyyəti pisləşib

Milli fəal Əbdüləziz Əziminin 28 günlük aclıq aksiyasından sonra bu milli fəalın ailəsi və yaxınlarının onun fiziki durumu ilə bağlı narahatlıqları artıb. Bu azərbaycanlı fəala yaxın mənbələrin bildirdiyinə görə, bir aya yaxın aclıq aksiyasından sonra o, 15 kiloqrama yaxın arıqlayıb və fiziki vəziyyəti pisləşib.

Əbdüləziz Əzimi Kadim, Tahir Nəqvi və Hüseyn Piri məhkəmə və təhlükəsizlik qurumlarının qeyri-qanuni davranışlarına və onların qərarsız vəziyyətinə etiraz olaraq iyunun 13-də aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı fəallar 6 aydan çoxdur ki, Evin həbsxanasında qətiyyətsiz saxlanılırlar və işin hakimi Abolqasem Salavati onların müvəqqəti girov müqabilində azadlığa buraxılmasının qarşısını alıb.

#GuneyAzerbaycan #millifeal
Azərbaycanlı repçi Milad Cəlili (Elşən) Təbriz həbsxanasından girov müqabilində elektron halqa ilə azadlığa buraxılıb

Bu gün Təbriz Mərkəzi Həbsxanasında 8 aylıq həbs cəzasını çəkən azərbaycanlı repçi Milad Cəlili (Elşən) 98 gündən sonra 100 milyonluq girov müqabilində elektron cihazla Təbriz zindanından azad edilib.

Qeyd edək ki, azərbaycanlı repçi Milad Cəlili Kərim İsmayılzadə və Salar Tahir Əfşarla birlikdə Təbriz həbsxanasında aclıq aksiyasını dayandırandan bəri onun görüşünə və telefon danışığına qadağa qoyulmuşdu.

Qeyd edək ki, Cəlili siyasi rep ifa etdiyi üçün həbs cəzası alıb və cəzasını Təbriz həbsxanasında çəkib.

O, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində “Pantürk separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da ittiham olunub və 8 ay müddətinə azadlıqdan məhrum edilib .

#GuneyAzerbaycan #millifeal
Molla rejimi həbsdə saxladığı azərbaycanlı fəalları məhkəməyə çağırıb

Molla rejimi  Tehranın Evin zindanında həbsdə saxladığı Güney Azərbaycan Milli Hərəkatının fəalları Əbdüləziz Əzimi Qədimi və Tahir Nəqəvini iyulun 13-də Tehrandakı İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırıb.

Fəalların saxta ittihamlarla mühakimə ediləcəyi gözlənilir.

Əbdüləziz Əzimi Qədimi hələ də aclıq aksiyasını davam etdirir. Bir aya yaxın aksiyadan sonra o, 15 kiloqrama yaxın çəki itirib və sağlıq durumu pisləşib.

Qeyd edək ki, hər iki milli fəalın həbsindən 6 ay keçir. Onlar qeyri-müəyyən şəraitdə həbsdə saxlanılırlar.

#GuneyAzerbaycan #millifeal
Milli fəal azərbaycanlı siyasi məhbusların aclıq aksiyasına dəstək verib

Cümə axşamı, 11 iyul 2024-cü il tarixində Təbriz şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəalları aclıq aksiyasına başlayan Kərim İsmayılzadənin rəsmi olan vərəqələri paylayıblar.

İsmayılzadə Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədilə aclıq aksiyasına başlayıb və onların azadlığa buraxılmasını tələb edir (AZOH).

#MilliFeal #GuneyAzerbaycan #SiyasiMehbus
Təbrizdə azərbaycanlı fəal saxlanılıb

Azərbaycan Milli Hərəkatının üzvü Səccad Sedehi Təbrizdə kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, işə gedərkən tutulub. Gənc 4 saat davam edən sorğu-sualdan sonra sərbəst buraxılıb.

“Günaz TV”-yə Səccad Sedehinin saxlanılması və sərbəst buraxılmasının təfərrüatlarına aydınlıq gətirən mənbədən məlumat daxil olub. Onun sözlərinə görə, polislər fəaldan son 4 gündə gələn zənglərə cavab verməsini tələb ediblər.

#MilliFeal
​​Milli fəal elektron halqa ilə sərbəst buraxılıb

Mədəni fəal Salar Tahir Əfşar elektron halqa ilə Təbriz həbsxanasından sərbəst buraxılıb.

Bildirilib ki, urmiyalı fəal cəzasının qalan hissəsini həbsxanadan kənarda, məhdud hərəkətlə keçirəcək.

Qeyd edək ki, Salar Tahir Əfşar cari ilin iyun ayının 5-də 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına köçürülüb.

O, “ölkə təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq və toplaşmaq”, "hökumət əleyhinə təbliğat"da günahlandırılıb.

#GuneyAzerbaycan #millifeal
Azərbaycanlı fəallara qarşı təzyiqlər şiddətlənir

İyulun 14-də təhlükəsizlik məmurları Savalan dağına qalxan 4 milli fəalı həbs ediblər. Bu barədə yerli fəallar sosial media kanallarında məlumat yayıblar.

Saxlanılanlar Kazım Səfabəxş, Siyamək Seyfi, Saman Bidar və Salar Mehdipur adlı şəxslər olublar. Fəallar Xiyav (farsca – Meşkinşəhr) şəhərinin İctimai Məkanlara Nəzarət İdarəsinə aparılıblar. Onlar 4 saat dindirildikdən sonra sərbəst buraxılıblar.

Fəalların hansı səbəbə görə saxlanıldıqları barədə açıqlama verilməyib.

#MilliFeal #SiyasiMehbus
Azərbaycanlı milli fəal həbs müddəti bitdiyi üçün azadlığa çıxıb

Əhər şəhərindəki zindanda saxlanılan Güney azərbaycanlı milli fəal İsmail Əhmədi bu gün həbs müddətinin başa çatması ilə azadlığa qovuşub.

Qeyd edək ki, İsmail Əhmədi Bəkrabad ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edildiyi bildirilir.

#GuneyAzerbaycan #millifeal
Azərbaycanlı fəalların son məhkəmə iclası keçirilib

Fars-molla rejimi dünən Güney Azərbaycan Milli Hərəkatının fəallarından Vədud Əsədi və Salar Tahir Əfşarı mühakimə edib. Azərbaycanlı fəallar barələrində irəli sürülən ittihamlara qarşı son müdafiə çıxışlarını ediblər.

Məhkəmə iclasına xüsusi qəddarlığı ilə seçilən hakim Əbulqasım Səlavati sədrlik edib.

Qeyd edək ki, məhkəmədə azərbaycanlı milli fəallara qarşı irəli sürülən “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” ittihamına baxılıb.

#GuneyAzerbaycan #millifeal