Guney AZfront
4.24K subscribers
14.8K photos
6.53K videos
4 files
8.65K links
O taylı, bu taylı Azərbaycanımız!
Download Telegram
Güneyli fəal Behzad Xudabəndəlinin məhkəməsi keçirilib

Bu gün Qoçaçay şəhərinin (Miandoab) İnqilab Məhkəməsində siyasi fəal Behzad Xudabəndəlinin ittiham işinin məhkəməsi keçirilib. O, “İran İslam Respublikasına qarşı yalan yaymaq” ittihamı ilə bağlı müdafiəsini hakimə təqdim edib. Fəalla bağlı qərar yaxın gündə veriləcək.

Qeyd edək ki, son günlər Behzad Xudabandəli Azərbaycanın çoxlu sayda siyasi fəalla birlikdə Azərbaycanın siyasi məhbuslarının məhkəməsinin açıq keçirilməsi kampaniyasında iştirak edib və məhkəmə iclasının açıq keçirilməsini tələb edib.

#GuneyAzerbaycan #millifeal
İsmayıl Əhmədi məzuniyyəti bitdikdən sonra Əhər həbsxanasına qayıdıb

Bu azərbaycanlı fəal 9 aylıq cəzasını çəkmək üçün aprelin 21-də Əhər şəhər həbsxanasına yollanıb.

Bundan əvvəl İsmayıl Əhmədi şəxsi İnstagram səhifəsində 9 ay həbs və 70 şallaq cəzasının Şərqi Azərbaycan Əyalətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi tərəfindən təsdiqləndiyini bildirmişdi.

Bu azərbaycanlı fəal "İslamın müqəddəsliklərini təhqir etmək", "insanları daxili/xarici təhlükəsizliyə qarşı cinayətlər törətməyə təhrik etmək", "düşmən şəbəkələri ilə əlaqə", "yalan yaymaq" və "İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq"da ittiham edilib.

#GuneyAzerbaycan #millifeal
​​Güneyli məhbus Fərzanə Qarahəsənli əməliyyatdan sonra həbsxanaya aparılıb: onun vəziyyəti acınacaqlıdır

Siyasi məhbus çənə və dişlərində cərrahiyyə əməliyyatından sonra müalicədən məhrum edilib, onun başgicəllənməsi və fiziki zəifliyi var.
Həkim ciddi müalicə göstərişi versə də, Fərzanə Qarahəsənli aşağı qan təzyiqinə və hərəkət edə bilməməsinə baxmayaraq, təhlükəsizlik qüvvələri onu həbsxanaya qaytarıblar.
Fərzanə Qarahəsənli hazırda Məşhəddəki Vəkil Abad həbsxanasındadır və bazar günü çənə və diş əməliyyatı keçirib. 

2022-ci il noyabrın 4-də azərbaycanlı rentgenoloq, 54 yaşlı Həmid Qarahəsənli və həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis, 46 yaşlı Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.

Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunublar. Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq, Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

#GuneyAzerbaycan #millifeal
Azərbaycan Milli Hərəkatının fəalı Murtəza Nurməhəmmədi Nadarlı Şebəstar şəhər İnqilab Məhkəməsinin şöbəsi tərəfindən 3 ay 1 gün müddətinə azadlıqdan məhrum edilib.

O, "İran İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq" ittihamı ilə əlaqədar olaraq, 3 ay 1 gün həbs cəzasına məhkum edilib.

#GuneyAzerbaycan #millifeal
Kərim İsmayılzadənin azadlığa buraxılması tələb edilir

Güney Azərbaycanın mədəni-tarixi paytaxtı olan Təbriz şəhərində #Birləşək həşteqi altında zindanda saxlanılması müddətində səhhəti kəskin şəkildə pisləşən Güney Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadənin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. İctimai diqqəti bu mövzuya cəlb etmək üçün şəhərin küçələrində onun hazırkı vəziyyətini əks etdirən fotolar yayılıb.

#MilliFeal #etiraz #aksiya #SiyasiMehbus
Azərbaycanlı siyasi məhbusun səhhəti pisləşib

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Hüseyn Pirinin vəziyyəti ağırlaşıb. Bu barədə məlumat milli fəal Abbas Lisaninin Telegram hesabında dərc edilib.

İyunun 29-da aclıq aksiyasına başlayan fəalın qan təzyiqinin kəskin aşağı düşdüyü və huşunu itirəndən sonra həbsxananın tibb məntəqəsinə köçürüldüyü bildirilib.

#SiyasiMehbus #MilliFeal
Azərbaycanlı fəal Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

Azərbaycanlı fəal Səid Minai Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinə çağırılıb. Bildirişdə Minaidən ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün iyulun 7-də bu məhkəmə orqanına gəlməsi xahiş olunur.

#GuneyAzerbaycan #millifeal
Məhəmmədrza (Araz) Amani Nadarlı Şəbəstar İnqilab Məhkəməsinin hökmü ilə həbs edilib

Azərbaycanlı fəal Məhəmmədrza (Araz) Amani Nadarlıya Şəbəstar şəhər İnqilab Məhkəməsinin şöbəsi tərəfindən 3 ay 1 gün müddətinə həbs cəzası verilib. O, “İran İslam Respublikası rejimi əleyhinə təbliğat aparmaq”da ittiham olunub. 

#GuneyAzerbaycan #millifeal
​​Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılıb

İyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilən mədəni fəal, sənətçi və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsib (Sərəskənd oğlu) 800 milyon tümən girov müqabilində həbsdən azad edilib.

Şərifinəsib "separatçı və pantürkist qrup yaratmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq” və “hökumət məmurunu döymək və təhqir etmək"də günahlandırılır.

#GuneyAzerbaycan #millifeal
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Urmiyada Məsud Pezeşkianın seçki toplantısında Təbriz zindanında məhbus olan azərbaycanlı fəal Kərim İsmayılzadəyə dəstək pankartı qaldırılıb.

Qeyd edək ki, "insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək"də günahlandırılan Kərim  İsmayılzadə aprel ayının 17-də həbs edilib. Milli fəal Təbriz Mərkəzi Həbsxanası rəhbərliyinin onun müalicə prosesinə diqqət yetirməməsi və dərmanlarının gəlməsinə mane olması səbəbindən hazırda İmam Rza xəstəxanasına yerləşdirilib və koma vəziyyətindədir.

#GuneyAzerbaycan #millifeal