İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
241 videos
620 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🚇 Bu metroda şəkil çəkdirmək olar. 📸

Ona görə yeni videoda sizə dünyanın ən qeyri-adi metrostansiyalarını göstərəcəm. Unikal dizayna malik və yeraltı rəsm qalereyasına bənzəyən 🇸🇪 Stokholm metrosunu gəzərək sizə eyni zamanda Bakı metrosunda çatışmayan məsələləri göstərdim.

https://youtu.be/8fkMmiSY_Oo

Videolar sizə maraqlı gəlirsə, sizin dəstəyinizə şad olaram: https://t.me/city4people_az/1114

#metro #Stokholm #vloq
❗️ Yol hərəkəti təhlükəsizliyində çox ciddi islahatlar aparılmalıdır.

Bakı-Salyan yolunda bu gün baş verən qəzada 4 (!) nəfər həlak olub. Onların arasında 2020-ci il təvəllüdlü körpə də var.

Bu faciədir.

#qəzalar
⚠️👆 Şəkildəki xəbərin 9 yaşı var. ⠀

Bizi hələ 2014-cü ildə tıxaclardan qurtulmaq istəyirdilk. 10 ilə yaxın vaxt keçdi, vəziyyət isə daha da pisləşdi.⠀

🔹 Çünki o vaxtdan bəri bizim qurumlar "Maşınlar üçün necə şərait yaradaq?" sualına cavab axtarırdılar. Yolları genişləndirirdilər, piyadaları yerin üstünə və yerin altına qovurdular, səkiləri parkinqə çevirirdilər, ictimai nəqliyyata diqqət demək olar ki yox idi.⠀

BNA gəldi, dedi ictimai nəqliyyata prioritet verək, yeni avtobus zolaqları salaq, amma populist məmurlar və deputarlar bunu qınadı, polis inspektorları isə bu gün özləri avtomobilləri bu zolağa yönəldirlər.⠀

Bunların hamısının "bəhrəsini" indi pəncərəyə baxıb görə bilərsiniz 🚗🚗🚗. Bakı şəhəri həm tıxaclar boğulur, həm də yol təhlükəsizliyi problemi çox acınacaqlı vəziyyətdədir.⠀

🔹 İndi isə Nəqliyyat Nazirliyi (RİNN) deyir ki, biz şəhəri piyadayönümlü etməliyik, xarici mütəxəssislər dəvət etmişik.⠀

💬 Bu xarici mütəxəssislər sizə bilirsiniz nə deyəcək? Deyəcək ki, maşınlar üçün olan geniş prospektləri daraldın, orada ayrılmış zolaqlar çəkin, tramvayı qaytarın, velozolaqlar salın.⠀

❗️ Bunların hamısı düzgün təbliğ görməyən cəmiyyətdə çox ciddi narazıçılığa gətirəcək. Bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə, belə islahatlar xalq tərəfdən təzyiqlə qarşılaşıb.⠀

Bizim dövlət qurumlarına sualım odur ki, siz bu təyziqə hazırsınızmı? Urbanistik islahatlar böyük cürət tələb edir.⠀

🔹 Yaxın gələcəkdə baş verən proseslər mənə çox maraqlıdır. Və əlbəttə ki, bu səhifədə dayanmadan maarifləndirməni aparmağa davam edəcəm, xarici təcrübəni göstərəcəm ki, bizim cəmiyyətdə "həqiqətən yaxşı şəhər necə olmalıdır?" sualına düzgün cavab formalaşsın.⠀

🤝 Kanala daha çox dostlarınızın dəvət etməsi də bu islahatları yaxınlaşdıracaq.

#tıxac #analitika
❗️Tikinti agentliyi yol hərəkətinin təşkilinə qarışmamalıdır!

AAYDA agentliyi yalnız yolların tikintisi və digər qurumlardan gələn sifarişləri icra etməlidir.

💬 İzləyicimiz İlkin Babayev yazır ki, Zığ yolundan İnqilab İsmayılov küçəsinə dönmək üçün mövcud vəziyyətdə sürücülər ~6 km əlavə yürüş etməlidir. Həmin kəsişmədə sadəcə bir kəsişmə açmaq ilə bu məsafəni tam sıfıra endirmək olar.

Bu təklifə BNA razılıq versə də, AAYDA bunu "məqsədəuyğun hesab etmir". Argument kimi "hərəkət intensivliyi" və "mühəndis kommunikasiyaların olması" gətirilir.

Birinci məsələyə gələndə, əminəm ki, BNA-da hərəkət intensivliyi haqqında daha çox və daha dəqiq məlumat var ki, onlar razılıq veriblər. Mühəndis kommunikasiyalarının olmasının problemini isə mən ümumiyyətlə başa düşmürəm.

Qarabağda, Qafqaz dağlarının altında tunnel tikən bir şirkət üçün kiçik bir ərazidə kabellərin yerlərini dəyişmək necə problem ola bilər?! 🤦‍♂️

🔹 Həmçinin qeyd edim ki, əlavə yürüş avtomobillərdən havaya atılan zərərli tullantılara da təsir edir. Yəni, indiki vəziyyət nəinki sürücülərin əlavə vaxt itkisinə, həm də mənfi ekoloji təsirə də gətirib çıxarır.
💨 Post-apokaliptik Bakı.

Maraqlı bir vizyonun müəllifi: Barış Mehtiyev.
💸🅿️ Hər ay yarım milyondan çox manat şəhər küçələrində parkinq üçün qanunsuz şəkildə yığılır.

Bu, hələ rəsmi təsdiq olunmuş parkinq yerlərin sayını nəzərə almaqla hesablanıb.

2018-ci ildə Bakı küçələrində parklanma BNA-ya verilməli idi, amma bu gün faktiki olaraq, paytaxtda parklanma "parkovşiklərin" əlindədir.

📊 Bəzi maraqlı rəqəmlər infoqrafikada.

#parklanma #infoqrafika
❗️Bura Yeni Yasamaldır.

Bu foto bir daha göstərir ki, buradakı yanaşma təmamilə insan yönümlü deyil.

🔹 Yeni Yasamalda yaşayış massivindən ətraflı bir videomuz var, izləməyi tövsiyyə edirəm.

#həyətlər
🇸🇪 İsveçdə yaşayan həmyerlimiz sizə Stokholm nəqliyyatından, küçələrindən və yaşayışından danışacaq.

Yeni videonun qonağı Ramiz Babayevin maşını olsa da, o, daha çox ictimai nəqliyyatdan istifadə edir və piyada gəzir. Bu doğrudan da rahatdırmı?

Həmçinin Ramiz İsveçdə sürücülük vəsiqəsi alınması təcrübəsindən danışdı, hətta marketlərdəki qiymətləri və maaşları Bakı ilə müqayisə etdik.

https://youtu.be/JByy9hz9zHg

🔹 Bu cür videoları isə faydalı hesab edirsinizsə, dəstəyinizə şad olaram.

#Stokholm #vloq