İnsan yönümlü şəhərlər ️
3K subscribers
2.01K photos
236 videos
616 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
⚡️ Bu gündən etibarən "Bolt", "Uber", "Yango" taksi şirkətlərində minimal qiymət 2,50 ₼ təşkil edəcək.

Bu da o deməkdir ki, qısa məsafə gedişlərində minimal olaraq 2,50 ₼ ödəyəcəksiniz.

“Uklon” və 189-da hələ ki qiymətlər dəyişməyib.

#taksi
⚠️ İzləyicilər qanunun daha bir boşluğuna fikir verdilər.

Deməli, mövcud qanunveriliciyə görə, taksi xidmətlərini göstərən şirkətlərin avtomobilləri yalnız sarı, ağ və ya bənövşəyi rəngində ola bilər. Bu məlumatı hazırda daşıyıcılara keçirilən treninqdə sürücülərə təqdim edirlər.

Lakin, elə dövlət taksisi sayılan "Baku Taxi" yeni elektrik "London Cab"-ları qırmızı rəngindədir. Belə çıxır ki, "pomidor" dediyimiz taksilər qanunveriliciyin tələbinə cavab vermir? 🙂

#taksi