İnsan yönümlü şəhərlər ️
3.03K subscribers
2.02K photos
240 videos
619 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🆘 Bayram Axundov yazır:

Qəçrəşə gəlmişəm. Kənddə bir dənə olsun zibil qabı yoxdur. Fikirləşərsiz ki, zibil qabı yoxdursa, yəqin ki gəlib zibili toplayan bir xidmət olar onda. Xeyr, o da yoxdur. Yerli camaat deyir ki, tullantıların toplanması sistemli şəkildə mövcud deyil deyə, onlar zibili ya yandırırlar, ya basdırırlar, ya da dərələrə atırlar (yerli və xarici turistlər daxil). Öz ətraf mühitinə daha diqqətli yanaşanlar, həmçinin maşını olanlar zibili 10 km sürüb, rayona aparmalı olurlar (hər ailədə maşının olmadığını deməyimə əlavə ehtiyac yoxdur, məncə).

Mən elə bilirdim ki, XXI-ci əsrdə nə də olmasa, heç olmasa zibilin qablara toplanması (emalı daha demirəm), onun vaxtı vaxtında poliqona çatdırılması bir qayda olaraq, hər bir yaşayış məntəqəsində sistemli şəkildə təşkil edilməlidir. Deyəsən yanılmışam.

Ölkəyə bu qədər turist gətirən, ölkə əhalisinin ən sevimli güşələrindən sayılan Qəçrəşin təbiəti bu şəkildəki kimi olmamalıdır. Turizmi bir çoxlarımız sadəcə pullu sənaye kimi görə bilərik, amma turizmin yerli ətraf mühitə vura biləcəyi ziyan nəzərdən qaçmamalıdır. Ölkə ərazisindəki yaşayış məntəqələrinin, icmaların, xüsusən də turistik potensialı reallaşmış güşələrin zibil probleminin olması adi bir hal kimi qəbul edilməməlidir.

Bütün dostlardan xahiş edirəm ki, bu postu paylaşaq, aidiyyatı qurumları tag edib, mövzunu ictimailəşdirək. Mümkün olarsa, bunun kimi digər nümunələri də işıqlandıraq.

#zibil